Məhkəmə qərarları › İş №3(5-99)-822/2026

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(5-99)-822/2026

10.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(5-99)-822/2026 10.03.2026 BAKI ŞƏHƏRI NIZAMI RAYON MƏHKƏMƏSI Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əsgərzadə Şadiyə Zaur qızının katibliyi, qərardan şikayət vermiş Qərardan şikayət verən orqan (şəxs) İdris oğlunun, onun nümayəndəsi “Praym Leqal” vəkil bürosunun vəkili Vəkil, qərarı barəsində şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) İdris oğlunun inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qərardan şikayət verən orqan (şəxs) İdris oğlu Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ## ###### 2026-cı il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ## ###### 2026-cı il tarixdə Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi ərazisində hərəkətdə olarkən **-SC-*** dövlət qeydiyyat nişanlı “Kia Sorento” markalı avtomobil idarə etdiyi **-CA-*** dövlət qeydiyyat nişanlı “Toyota Aqua” markalı avtomobilə sol qabaq qapıdan vurması nəticəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. Həmin hadisə ilə əlaqədar ## ###### 2026-cı il tarixdə Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi üzrə (əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə) TP ******* nömrəli qərar qəbul edilmiş və həmin qərarla 40 AZN məbləğində inzibati cərimə qismində tənbeh tədbirinin seçilməsi müəyyən edilmişdir. Lakin qeyd etmək istəyir ki, tərəfindən heç bir yol hərəkət qaydasının pozuntusuna yol verilməmiş, baş verən yol-nəqliyyat hadisəsi **-SC-*** dövlət qeydiyyat nişanlı “Kia Sorento” markalı avtomobilin sürücüsünün təqsiri səbəbindən baş vermişdir. Bu xüsusatı aşağıdakı məsələlər təsdiq edir: - Manevr əməliyyatına başlamazdan əvvəl tərəfindən müvafiq xarici işıq siqnalının (dönmə işığı) köməyi ilə digər yol hərəkət iştirakçılarına dönmə əməliyyatı barədə xəbərdarlıq edilmişdir; - **-SC-*** dövlət qeydiyyat nişanlı “Kia Sorento” markalı avtomobilin sürücüsü onun manevr əməliyyatı həyata keçirdiyini bilməli olduğu halda və idarə etdiyi avtomobilin sola dönmə etdiyinə baxmayaraq avtomobilinin sol yanından (qarşı istiqamətdə) yüksək sürətlə ötmə əməliyyatı həyata keçirməyə cəhd etmiş, nəticədə yolnəqliyyat hadisəsi baş vermişdir; - Tərəfindən manevr əməliyyatı aparılarkən əks istiqamətli hərəkət zolağına keçərkən arxadan gələn **-SC-*** dövlət qeydiyyat nişanlı “Kia Sorento” markalı avtomobil tərəfindən yol-nəqliyyat hadisəsi törədilmişdir. Beləliklə, o, əks istiqamətli hərəkət zolağına keçdikdən sonra dönmə əməliyyatı aparmağa cəhd etsə də, müvafiq yolnəqliyyat hadisəsi səbəbindən həmin əməliyyat uğursuz alınmışdır. Odur ki, barəsində aparılmış inzibati xəta haqqında iş üzrə icraat vəzifəli şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmaqla, sübutların obyektiv və hərtərəfli araşdırılması prinsiplərinə əməl edilmədən aparılmışdır ki, bu da qəbul edilmiş qərarın qanunsuzluğunu şərtləndirir. Göstərilənlərə əsasən, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ##.##.2026cı il tarixli, TP ******* nömrəli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş Qərardan şikayət verən orqan (şəxs) İdris oğlu şikayətin dəlillərini müdafiə edib eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, hadisənin videosu ona mobil telefonda göstərilmişdir. O, xarici işıq siqnalını yanırıb xəbərdarlıq etməklə dönmə əməliyyatı həyata keçirərkən arxadan gələn nəqliyyat vasitəsi yüksək sürətlə ötmə əməliyyatı həyata keçirmiş, onun avtomobilini vurduqdan sonra isə sürətini azalda bilməyib digər nəqliyyat vasitələrinə də dəymişdir. Şikayətinin təmin olunmasını və qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxsin nümayəndəsi Vəkil şikayətin dəlillərini müdafiə etmiş, əlavə olaraq göstərmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) İdris oğlu ötmə əməliyyatı etdiyi vaxt digər arxadan gələn avtomobil qarşı zolağa keçərkən qəza baş vermişdir. Öndə gedən Dilqəm olmuş, arxadan manevr edən avtomobil sol qapını zədələmişdir. Qərardan şikayət verən orqan (şəxs) İdris oğlu inzibati xətaya yol vermədiyi üçün barəsində tənbeh tətbiq edilməsi qanunsuz olmuşdur. Şikayətin təmin olunmasını və qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərarı barəsində şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, araşdırma zamanı görüntülərlə Qərardan şikayət verən orqan (şəxs) İdris oğlunun inzibati xəta törətdiyi sübuta yetirilmişdir. O, arxadan gələn nəqliyyat vasitəsini gözləmədən təhlükəli manevr həyata keçirmiş, “Yol hərəkəti haqqında” Qanunun 42.1-ci maddəsinin tələbərini pozmuşdur. Şikayət əsassız olduğundan təmin olunmamasını, qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət qismən təmin edilərək mübahisələndirilən qərar ləğv olunmalı, lakin hazırkı halda icraata xitam verilməsi üçün əsaslar müəyyən edilmədiyi üçün iş üzrə yenidən araşdırma aparılmalı olduğundan materiallar aidiyyəti üzrə göndərilməlidir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, inzibati xətalar haqqında iş üzrə icraatın aparılması, qərarın qəbul edilməsi müvafiq qanunvericiliyə uyğun olaraq həyata keçirilməmişdir. Belə ki, Qərardan şikayət verən orqan (şəxs) İdris oğlunun ## ###### 2026-cı il tarixdə, saat 09:00-da Elşən Süleymanov küçəsi ünvanında “Toyota Aqua minik” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən “əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməyə görə” Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməsini təsdiq edən sübutlar toplanıb tədqiq edilmədən işə baxılmış və o, təqsirli bilinərək inzibati qaydada tənbeh olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 61.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin aşağıdakı hüquqları vardır: inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq; izahat vermək; sübutlar təqdim etmək; vəsatət və etirazlar vermək; işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək; inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək; ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək; inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq; yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının nömrəsi, inzibati xəta sürət həddinin aşılması ilə əlaqədar olduqda sürətölçən cihazın göstəricisi, inzibati xətanın törədilmə yeri və tarixi barədə məlumatlar göstərilməklə, inzibati xətanın törədildiyi anın fotoşəklini almaq. 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə - qırx manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin İ hissəsinin 1 və 2-ci hissələrinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Həmin Qanunun 64-cü maddəsinin İ hissəsinə əsasən qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) İdris oğlunun inzibati qaydada tənbeh edilməsinə, onun ## ###### 2026-cı il tarixdə, saat 09:00-da Elşən Süleymanov küçəsi ünvanında “Toyota Aqua minik” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən “əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməməsi” əsas olmuş, barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq olunmuşdur. Lakin Qərardan şikayət verən orqan (şəxs) İdris oğlunun məhz hansı yol nişanının tələbinə riayət etməməsini, ehtimal olunan inzibati xətanı törətməsini və bunda onun təqsirinin olmasını müəyyən etmək mümkün olmamışdır. Səlahiyyətli orqan tərəfindən isə, qanunvericiliyin tələblərinə əməl edilməyərək, qərardan şikayət vermiş Qərardan şikayət verən orqan (şəxs) İdris oğlunun həmin inzibati xətanı törətməkdə təqsirli bilinməsini təsdiq edən sübutlar toplanıb tədqiq edilmədən, yalnız ehtimallar əsasında o, təqsirli bilinərək inzibati qaydada tənbeh olunmuş, bununla da həmin qərarın qəbul olunması ilə şəxsin hüquqları pozulmuşdur. Hansı ki, məhkəmə tədqiqi ilə müəyyən olunur ki, işin faktiki halları mübahisəlidir, qeyd olunanlar araşdırılmadan, kamera görüntülərinə və zərurət yarandıqda xətanın baş verdiyi yerə baxış keçirilib müvafiq qaydada hüquqi qiymətləndirilmə aparılmadan iş üzrə düzgün hüquqi nəticəyə gəlinməsi mümkün deyildir. Məhkəmə bu zaman nəzərə alır ki, İnzibati Xətalar Məcəlləsinin 115-ci maddəsinin ziddinə olaraq iş üçün nühüm əhəmiyyət kəsb edən faktiki halların qəbul edilən inzibati tənbeh vermə haqqında qərarda göstərilməməsi, inzibati xəta haqqında qərar qəbul etmiş orqanın səlahiyyətli orqanın (vəzifəli şəxsin) İnzibati Xətalar Məcəlləsinin 8, 75 və 76-cı maddələrinin tələblərinə zidd olaraq inzibati xəta törətmiş şəxsin təqsirliliyini sübut etmək vəzifəsini yerinə yetirməməsi, belə nəticəyə gəlməyə əsas verir ki, həmin səlahiyyətli orqan (vəzifəli şəxs) iş üçün əhəmiyyətli halları sübuta yetirməmişdir. Ona görə məhkəmə hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) İdris oğlu tərəfindən törədilməsi ehtimal edilən inzibati xəta üzrə ilkin araşdırma zamanı müvafiq hallar araşdırılaraq inzibati xətaya düzgün hüquqi qiymət verilmədiyi halda, onların məhkəmə baxışı zamanı araşdırılması qeyri-mümkündür, inzibati araşdırma qaydasında müvafiq sübutlar tədqiq olunaraq qiymətləndirilməli, zərurət yarandıqda digər hərəkətlər həyata keçirilməli (ekspertizanın təyin olunması və s.), daha sonra şəxsin təsirlilik məsələsi həll edilməlidir. Həmin araşdırma zamanı həmçinin Qərardan şikayət verən orqan (şəxs) İdris oğlunun irəli sürdüyü dəlillər hərtərəfli, tam və obyektiv araşdırılmalı və işin faktiki halları ilə birlikdə qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5- 1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) İdris oğlunun şikayətində irəli sürülən dəlillər əsaslı olmaqla, mübahisələndirilən qərarı qəbul etmiş səlahiyyətli vəzifəli şəxs tərəfindən gəlinən nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadığına, həmin nəticələr işin faktiki hallarına uyğun olmadığına, müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmədiyinə, İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulduğuna görə, Qərardan şikayət verən orqan (şəxs) İdris oğlunun barəsindəki ## ###### 2026-cı il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, material üzrə yenidən araşdırma aparılaraq icraatın inzibati xətalar qanunvericiliyinə uyğun həyata keçirilməsi üçün materiallar qərarı qəbul etmiş orqana göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114-115, 128-136cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Şikayət qismən təmin edilsin. Qərardan şikayət verən orqan (şəxs) İdris oğlunun barəsindəki ## ###### 2026-cı il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin, iş üzrə yenidən araşdırma aparılaraq icraatın inzibati xətalar qanunvericiliyinə uyğun həyata keçirilməsi üçün materiallar Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar