Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(5-99)-824/2026 03.03.2026 BAKI ŞƏHƏRI NIZAMI RAYON MƏHKƏMƏSI Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclasının katibi Əfəndiyev Azər İlham oğlunun katibliyi, AR ƏƏSMN X4 Xidmətinin Bakı Şəhər idarəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin (VÖEN:**********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X4 Xidmətinin Bakı Şəhər idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Nizami Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində AR İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X4 Xidmətinin Bakı Şəhər idarəsi tərəfindən tərtib olunmuş ##.##.2026-cı il tarixli MN******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən müəyyən edilir ki, vətəndaş X1 şikayəti əsasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şirkətinə *-**-*/*-****/**** nömrəli ##.##.2026-cı il tarixli məktub göndərilərək sənədlərin 7 (yeddi) iş günü ərzində təqdim edilməsi tələb edilsə də, bu günədək müddətə sənədlərin təqdim edilmədiyi müəyyən edilmişdir. Nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən AR İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bu fakt müəssisəyə göndərilmiş sorğu məktubunun çatmasını təsdiq edən sənədlərlə öz təsdiqini tapır. Əlavə olaraq protokolda qeyd edilmişdir ki, müəssisəsinin rəhbəri protokolun müzakirəsinə dəvət edilsə də, iştirak etməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş X4 Xidmətinin Bakı Şəhər idarəsinin nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, vətəndaş X1 müraciəti əsasında araşdırılma aparılmışdır. Araşdırma zamanı AR ƏƏSMN yanında DƏMX Bakı Şəhər idarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin ünvanına *-**-*/*-****/**** nömrəli ##.##.2026-cı il tarixli məktub göndərilmişdir. “Azərpoçt”un göndərişlərinin izlənilməsi altsistemindən çıxarışdan müəyyən edilmişdir ki, həmin məktub ##.##.2025-ci il tarixində saat 14:04-də hüquqi şəxsə çatdırılmış, həmçinin hüquqi şəxsin elektron kabinetinə də yerləşdirilmişdir. Həmin məktuba əsasən tələb olunan sənədlər Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən 7 (yeddi) iş günü ərzində X4 Xidmətinin Bakı şəhər idarəsinə təqdim edilməmişdir. AR ƏƏSMN X4 Xidmətinin Bakı Şəhər idarəsinin nümayəndəsi inzibati xəta haqqında protokolun təmin edilməsini, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin AR İXM-nin 539-cu maddəsinə əsasən məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini məqsədəuyğun hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - ##.##.2026-cı il tarixli MN******* nömrəli inzibati xəta haqqında protokola əsasən müəyyən edilir ki, vətəndaş X1 şikayəti əsasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şirkətinə *-**-*/*-****/**** nömrəli ##.##.2026-cı il tarixli məktub göndərilərək sənədlərin 7 (yeddi) iş günü ərzində təqdim edilməsi tələb edilsə də, bu günədək müddətə sənədlərin təqdim edilmədiyi müəyyən edilmişdir. Nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən AR İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bu fakt müəssisəyə göndərilmiş sorğu məktubunun çatmasını təsdiq edən sənədlərlə öz təsdiqini tapır. Əlavə olaraq protokolda qeyd edilmişdir ki, müəssisəsinin rəhbəri protokolun müzakirəsinə dəvət edilsə də, iştirak etməmişdir. - Vətəndaş X1 ##.##.2025-ci il tarixli ərizəsindən müəyyən edilir ki, X1 28 avqust tarixindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də kassir işləməyə başlamışdır və işlədiyi dövr ərzində heç bir problem yaşamadığını, hətta əskikliklər olduğu zaman öz hesabına onları aradan qaldırdığını, bütün tələbləri yerinə yetirdiyini bildirmiş,rəhbərliyin göstərişinə əsasən, müştərilərə çek vermədiyini qeyd etmişdir. İstirahət günlərində işə cəlb olunması ilə bağlı əməkhaqqının artılacağı deyilsə də, heç bir artım olmadığını əlavə etmişdir. Dekabr ayının 5-dən isə müəssisədə külli miqdarda vəsait çatmadığına görə ona işə gəlməməsini, işdən azad olunduğunu bildirmişlər. X1 başqa yerdə işləyə bilməsi üçün, işdən azad olunmasına xitam verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X4 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə ünvanlanan *-**-*/*-****/**** nömrəli ##.##.2026-cı il tarixli məktubdan müəyyən edilir ki, vətəndaş X1 müraciətinə münasibət bildirilməsi məqsədilə onunla bağlanmış əmək müqaviləsinin surəti, müəssisənin cavab məktubu, işçinin işə qəbul və xitam sənədləri (xitam verildiyi halda), iş vaxtının uçot tabelləri (bütün dövr), əmək haqqının hesablanması və ödənilməsini təsdiq edən sənədlərin surətlərinin (bütün dövr), 7 (yeddi) iş günü ərzində X4 Xidmətinin Bakı şəhər idarəsinə təqdim edilməsi xahiş olunmuşdur. - Müəssisəyə göndərilmiş sorğu məktubunun çatmasını təsdiq edən sənədlərdən müəyyən olunur ki, *-**-*/*-****/**** nömrəli ##.##.2026-cı il tarixli məktub ##.##.2026-cı il tarixdən müəssisənin kabinetinə daxil olmuşdur. -##.##.2026-cı il tarixli 3-17-5/2-16302 /**** nömrəli məktubdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin rəhbərliyi inzibati xəta haqqında protokolun tərtib olunmasında iştirak edilməsi məqsədilə ##.##.2026-cı il tarixdə saat 12:00-da * saylı Bakı DOST Mərkəzinə dəvət edilmişdir. Eyni zamanda şəxsə bildirilmişdir ki, “Əmək və Məşğulluq” altsistemində əks olunmuş zoom-link vasitəsilə də inzibati xəta haqqında protokolun tərtib olunmasında iştirak edilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 15.2-ci maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 7.3-cü maddəsinə əsasən hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.3-ci maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1- 1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. AR IXM-nin 32-ci və 33-cü maddələrinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində cəzasını yüngülləşdirənvə ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən hüquqi şəxsin təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alaraq, hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC İXM-nin 539.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməli və aşağı həddə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 21, 31.3, 40, 110, 114-117 və 128- 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: ünvan 1 ünvanında qeydiyyatda olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC (VÖEN:**********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə təqsirli bilinsin və 2.000 (iki min beş yüz) manat cərimə edilsin. Qərarın icrası Nizami rayon İcra Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Aynur Əliyeva
Məhkəmə qərarları › İş №3(5-99)-824/2026
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(5-99)-824/2026
03.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver