Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(5-99)-834/2026 03.03.2026 BAKI ŞƏHƏRI NIZAMI RAYON MƏHKƏMƏSI Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Məhkəmə iclasının katibi Əfəndiyev Azər İlham oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İbrahim oğlunun iştirakları ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İbrahim oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Nizami rayon Polis İdarəsindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İbrahim oğlunun Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında iş materialları tərtib edilərək baxılması üçün Nizami rayon məhkəməsinə göndərilmişdir. Qeyd edilənlərlə bağlı Nizami Rayon DYPŞ-nin R X1 tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. ##.##.2026-cı il tarixli İXP7821771 nömrəli inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İbrahim oğlu ##.##.2025-ci il tarixində saat 11:34-də Qara Qarayev prospektində “LİFAN LF 7132/2 320” minik markalı, **-HJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən AR İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Xəta nəticəsində Nizami rayonu, ünvan 2 ünvanında yaşayan ##.##.2006-cı il təvəllüdlü zərərçəkmiş şəxs2 sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İbrahim oğlu Qarabağ qazisi olduğunu, özünü tam təqsirli bilərək, ehtiyatsızlıqdan, bilmədən bu hadisənin baş verdiyini bildirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, soldan gələn maşın siqnal verən zaman zərərçəkmiş şəxs qaçaraq hərəkət etmiş, nəticədə ehtiyatsızlıqdan şəxsə yüngül zərər dəymişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İbrahim oğlu əməlindən peşman olduğunu, onun sağlamlıq vəziyyətini nəzərə alaraq barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş inzibati xəta haqqında protokolu tərtib etmiş AR DİN Bakı şəhəri Nizami rayon DYPŞ-nin nümayəndəsi və zərərçəkmiş məhkəmə iclasına gəlməmiş, iclasda iştirak etməmiş və iştirak etməməsi ilə bağlı məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə işə inzibati xəta haqqında protokolu tərtib etmiş AR DİN Bakı şəhəri Nizami rayon DYPŞ-nin nümayəndəsi və zərərçəkmişin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları nəzərdən keçirib və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İbrahim oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - ##.##.2026-cı il tarixli İXP7786918 nömrəli “İnzibati xəta haqqında” protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İbrahim oğlu ##.##.2025-ci il tarixində saat 11:34-də Qara Qarayev prospektində “LİFAN LF 7132/2 320” minik markalı, **- HJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən AR İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir - ##.##.2025-ci il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokollarından” müıyyən edilir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İbrahim oğlu hadisə zamanı spirtli içki qəbul etməmiş, ayıq olmuşdur. - ##.##.2025-ci il tarixli “Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan müəyyən edilir ki, həmin gün hadisə yerinə baxış keçirilmiş, hadisə yeri və vaxtı barədə sxem tərtib olunmuşdur. Hadisə yerinin fotoşəkilləri də iş materiallarına əlavə edilmişdir. - AR ƏN Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2026-cı il tarixli ekspert rəyindən müəyyən edilir ki, “LİFAN LF 7132/2 320” minik markalı, **-HJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İbrahim oğlunun hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” AR Qanununun 1-ci maddəsinin tələblərinə uyğunsuzluq olmuşdur. -##.##.2025-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi PHŞ-in **** nömrəli ekspert rəyindən müəyyən edilir ki, zərərçəkmiş şəxs2 qıznda- baş beynin kiçik kontuziya (hemorragiya) sahələri, ənsə sümüyünün xarici sümük səhvəsində məhdudlaşan natamam sınıq xətti, soltərəfli təpə-ənsə nahiyəsinin yumşaq toxumaların əzilməsi olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə ##.##.2025ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı alınmaları mümkündür, dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞIR zərər vurmaya aiddir. -##.##.2025-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi PHŞ-in **** nömrəli ekspert rəyindən müəyyən edilir ki, vətəndaş zərərçəkmiş şəxs1 baş beyin və onurğa beynin silkələnməsi, sağ baldırın arxa-bayır səthinin sıyrıqları olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə ##.##.2025-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı alınmaları mümkündür, dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. -##.##.2026-cı il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan müəyyən edilir ki, AR Milli Məclisin ##.##.2025-ci il tarixli, “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında” Qərarının 4-cü hissəsinə əsasən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İbrahim oğlu tərəfindən AR CM-nin 263.1-ci maddəsində nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətdiyindən onun barəsində AR Milli Məclisin ##.##.2025-ci il tarixli, “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında” Qərarı tətbiq edilməklə material üzrə cinayət işinin başlanması rədd edilmişdir. -İş materiallarına əlavə edilmiş fotoşəkillərdən göstərilmiş inzibati xəta hadisəsinin törədilməsi sübuta yetirilir. - zərərçəkmiş şəxs1 qıznın notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İbrahim oğlu ilə barışmış, ona dəymiş zərərin tam ödənilmiş, ona qarşı iddia, tələbi və şikayəti yoxdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə AR İXM-nin 32-ci maddəsinə əsaslanaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İbrahim oğlunun əməlini etiraf etməsini və əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İbrahim oğlunun 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti ağırlaşdıran halların olmamasını, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, əməlini etiraf etməsini və əməlindən peşman olmasını, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İbrahim oğlunun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDI: ##.##.1972-ci il təvəllüdlü Abşeron rayonu, X2, Məmmədli kəndi, Zabrat-Kürədxanı şossesi, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İbrahim oğlu AR İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Aynur Əliyeva
Məhkəmə qərarları › İş №3(5-99)-834/2026
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(5-99)-834/2026
03.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver