Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-99)-856/2026 19.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, Vəliyeva Nazlı Eldar qızının katibliyi ilə, Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin böyük icra məmuru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Bakı şəhəri 06 saylı Vəkil bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1962-ci il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Bakı şəhəri Nizami rayon İcra Şöbəsindən Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında protokola və materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında iş üzrə icraat materiallarından və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-1671/2023 saylı icra vərəqəsindən görünür ki, Şəxs 30000 ABŞ dolları məbləğində pul ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. İnzibati iş üzrə materiallardan görünür ki, icra məmuru tərəfindən xx.xx.2026-cı il tarixli “icraata başlamaq haqqında” qərarla icra sənədi üzrə icraata başlanılmış, borclu Şəxs tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin böyük icra məmuru X5 tərəfindən tərtib olunmuş xx.xx.2026-cı il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-1671/2023 saylı icra sənədinə əsasən 5600 manat tələbkarın xeyrinə ödəniş etmiş, 26705,88 ABŞ dolları borcu qalmışdır. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında icra məmuru X5 izahatında göstərdi ki, Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icraatında Şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-1671/2023 saylı icra vərəqəsi üzrə icra işi mövcuddur, icra sənədinin icrasına başlanılmış və borclu Şəxs tələbin könüllü icrası barədə bildirişlər göndərilmişdir. Borclu icra sənədi üzrə borcdan mütəmadi olaraq hər ay ödənişlər etmiş, həmçinin borcluya məxsus torpaq sahəsi tələbkarın mülkiyyətinə verilmişdir. Hazırda borclunun 26705,88 ABŞ dolları borcu qalmışdır. Məhkəmə iclasında borclu Şəxs bildirdi ki, 64 yaşı var, özü heç yerdə işləmir, oğlu işləyir və ona baxır. Borcunu birdəfəlik ödəməyə maddi imkanı yoxdur. Ancaq hər ay mütəmadi olaraq borcundan 200 manat ödəniş edir. Bundan başqa mülkiyyətində olan torpaq sahəsi də tələbkara verilmişdir. Həmçinin bir torpaq sahəsi daha var, ancaq onun sənədləri qaydasında olmadığı üçün hələ ki satışa çıxara bilmir. Lakin yaxın günlərdə sənədləri düzələcək, bundan sonra həmin torpaq sahəsi də satışa çıxarılacaqdır. Qeyd olunanlara əsaəsn, məhkəmədən barəsindəki inizbati xəta haqqında iş üzrə icraat xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Vəkil bildirdi ki, borclu borcun ödənilməsindən qərəzli olaraq yayınmır, hər ay mütəmadi olaraq ödənişlər edir. Həmçinin ona məxsus bir torpaq sahəsi də borcun qarşılığı olaraq tələbkara verilmişdir. Şəxs əməlində inzibati xəta tərkibi yoxdur. Qeyd olunanların nəzərə alınaraq, inzibati xəta haqqında materiala xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, inzibati xəta haqqında protokolu daxil olmuş iş materialları ilə əlaqəli araşdırıb, inzibati işin baxılmasında iştirak edən şəxslərin izahatını dinləyərək hesab edir ki, Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, borclu tərəfindən mütəmadi olaraq borcundan ödənişlər edilir. Sonuncu dəfə xx.xx.2026-cı il tarixdə 2000 manat ödəniş edilmişdir. İş materiallarında olan tələbkar Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi X1 xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Şəxs məxsus Quba rayonu, Digah kəndində yerləşən 0.02 ha təsərrüffat təyinatlı torpaq sahəsinə dair Quba rayon İcra və Probasiya Şöbəsinin təklifini qəbul etmişdir. Məhkəmə hesab edir ki, borclu Şəxs tələbkara hər ay mütəmadi olaraq 200 manat məbləğində ödəniş etməsi, həmçinin borcluya məxsus torpaq sahəsinin tələbkarın mülkiyyətinə verilməsi icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən icra etməmə kimi qiymətləndirilə bilməz. Odur ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığına görə barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, borclu Şəxs barəsində tərtib olunmuş xx.xx.2026-cı il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 03 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 saylı qərarına əsasən hüquqi yardım haqqı 11 manat miqdarında nəzərə alınmaqla 33 manat əmək haqqı müdafiəçiyə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə 03 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Vəkil 33 (otuz üç) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Axundov
Məhkəmə qərarları › İş №3(5-99)-856/2026
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(5-99)-856/2026
19.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver