Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-99)-989/2026 23.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Məhkəmə iclasının katibi Əfəndiyev Azər İlham oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Nizami RPİ-nin 24-cü PŞ-nin sahə rəisi, polis mayoru X2, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin sahə rəisi, polis mayoru X4 tərəfindən AR İXM-nin 227-ci maddəsi ilə xx.xx.2026-cı il tarixli, MN2728528 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs protokolun mətnini müdafiə edərək, Şəxs xx.xx.2026-cı il tarixdə Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev 32 ünvanında yerləşən “Araz” marketdən dəyəri 2,50 (iki manat 50 qəpik) manat olan 31 ədəd kinder, dəyəri 4.50 (dörd manat 50 qəpik) manat olan 9 ədəd şokoladları və dəyəri 0,90 (90 qəpik) manat olan 1 ədəd təndir çörəyini oğurlayaraq ümumilikdə 118,90 (bir yüz on səkkiz manat 90 qəpik) manat dəyərində ziyan vurmuş və qaçmışdır. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs izahat verərək 6 ədəd böyük kinder, bir az da başqa kinder və 1 ədəd təndir çörəyi olmaqla cəmi 50-55 manatlıq oğurluq etdiyini etiraf etmiş, lakin protokolda göstərildiyi qədər məbləğdə ziyan dəymədiyini, özünü təqsirli bildiyini bildirmişdir. Bu əməli öz şəxsi ehtiyacları üçün törətdiyini bildirərək məhlədə uşaqlarla yediklərini əlavə etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, 1 (bir) il 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsə də, qolbağı taxmır. Dəymiş ziyandan 50 manat ödəyə biləcəyini, qalan hissəni isə hissə-hissə qaytarmaq imkanı olduğunu bildirmişdir. İnzibati xəta üzrə yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, mühafizə kamerasından müəyyən edilmişdir ki, Şəxs xx.xx.2026-cı il tarixdə Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev 32 ünvanında yerləşən “Araz” marketdən dəyəri 2,50 (iki manat 50 qəpik) manat olan 31 ədəd kinder, dəyəri 4.50 (dörd manat 50 qəpik) manat olan 9 ədəd şokoladları və dəyəri 0,90 (90 qəpik) manat olan 1 ədəd təndir çörəyini oğurlayaraq ümumilikdə 118,90 (bir yüz on səkkiz manat 90 qəpik) manat dəyərində ziyan vurmuşdur və dəymiş ziyan ödənilmədiyi halda onunla barışmayacağını, şikayətçi olacağını bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında xx.xx.2026-cı il tarixli, MN2728528 nömrəli inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, protokolu tərtib etmiş şəxsin və zərərçəkmiş şəxsin izahatları, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2026-cı il tarixli, MN2728528 nömrəli inzibati xəta haqqında protokoldan müəyyən edilir ki, Şəxs xx.xx.2026-cı il tarixdə Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev 32 ünvanında yerləşən “Araz” marketdən dəyəri 2,50 (iki manat 50 qəpik) manat olan 31 ədəd kinder, dəyəri 4.50 (dörd manat 50 qəpik) manat olan 9 ədəd şokoladları və dəyəri 0,90 (90 qəpik) omanat olan 1 ədəd təndir çörəyini oğurlayaraq ümumilikdə 118,90 (bir yüz on səkkiz manat 90 qəpik) manat dəyərində ziyan vurmuş və qaçmışdır. -“İnzibati qaydada tutma haqqında” protokoldan müəyyən edilir ki, Şəxs xx.xx.2026-cı il saat 16:45-də inzibati qaydada tutulnuşdur. - xx.xx.2026-cı il tarixli raportdan müəyyən edilir ki, Nizami RPİ-nin 24-cü PŞ-nin sahə rəisi, polis mayoru X4 həmin tarixdə saat 15:45 radələrində inzibati ərazidə xidmət apararkən Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev 32 ünvanında bir nəfər şəxsin özünü şübhəli aparıdığını, ona yaxınlaşaraq özlərini təqdim edərək, ad-soyadını bildirməsini tələb etmiş və şəxsin özünü qeyri adekvat apardığından “Araz” marketdən oğurluq etməsinə əsaslı şübhələr doğurduğundan həmin şəxsi 24-cü polis şöbəsinə dəvət edərək şəxsin Şəxs olduğu müəyyən edilmişdir. - “Cinayət işi başlanmasının rədd edilməsi barədə” Nizami RPİ-nin 24-cü Polis şöbəsinin təhqiqatçısı, polis baş leytenantı X3 tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli qərarlardan müəyyən edilir ki, vətəndaş X1 müraciəti əsasında toplanmış materiallarda cinayət tərkibi olmadığından materiallar üzrə cinayət işinin başlanması rədd edilmişdir. -“Araz” marketdən oğurlanmış malların qiymətini təsdiq edən qəbzdən görünür ki, Kinderin 1 ədədinin qiyməti-2,5 (iki manat 50 qəpik) manat, təndir çörəyinin 1 ədədinin qiyməti - 0,90 (90 qəpik) manat və böyük kinderin 1 ədədinin qiyməti - 4,50 (dörd manat 50 qəpik) manat məbləğində olmaqla cəmi 119,10 (bir yüz on doqquz manat 10 qəpik) manat təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Qeyd: Bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci və 33-cü maddələrinə əsasən məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuna və məqsədə müvafiqdir. Şəxs xx.xx.2026-cı il saat 14:03-də inzibati qaydada tutulduğundan həbsin əvvəli xx.xx.2026-cı il saat 14:03-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: xx.xx.1993-cü il təvəllüdlü, ünvan 2 ünvanında qeydiyyatda olan Şəxs AR İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 25 (iyirmi beş) gün müddətinə inzibati həbs növündə tənbeh təyin edilsin. Həbsdə saxlama müddətinin əvvəli inzibati qaydada tutulduğu vaxtdan, yəni, xx.xx.2026cı il saat 16:45-dən hesablansın. Qərar dərhal icra olunsun. Şəxs Azərbaycan Respublikası DİN-nin İnzibati həbs olunanların saxlanılma mərkəzinə təhvil verilməsi Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Bakı Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynur Əliyeva
Məhkəmə qərarları › İş №3(5-99)-989/2026
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(5-99)-989/2026
23.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver