Məhkəmə qərarları › İş №3(5-99)-993/2026

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(5-99)-993/2026

24.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-99)-993/2026 24.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Aynur Məhəmməd qızının sədrliyi ilə X1 inzibati tənbeh vermə haqqında qərardan şikayətini nəzərdən keçirərək, müəyyən etdi: X3 xx.xx.2026-cı il tarixli İXP7808240 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. İnzibati tənbeh vermə haqqında qərardan şikayət onunla əsaslandırılmışdır ki, X3 barəsində AR DİN Bakı şəhəri DYPİ tərəfindən xx.xx.2026-cı il tarixli İXP7808240 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək şəxs 100 manat məbləğində cərimə olunmuşdur. X3 inzibati xəta haqqında protokolu əsassız hesab edərək, şikayət vermiş, AR DİN Bakı şəhəri DYPİ tərəfindən xx.xx.2026-cı il tarixli İXP7808240 nömrəli inzibati xəta haqqında protokolun və qərarın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, materiallar baxılmadan geri qaytarılmalıdır. Belə ki, X3 AR DİN Bakı şəhəri DYPİ tərəfindən xx.xx.2026-cı il tarixli İXP7808240 nömrəli inzibati xəta haqqında protokoldan şikayət vermiş, həmin protokol əsasında tətbiq edilmiş inzibati tənbeh vermə haqqında qərarı isə şikayətə əlavə etməmişdir. Həmçinin məhkəmə tərəfindən müəyyən edildi ki, X1 yaşayış yeri (qeydiyyat ünvanı) ünvan 1diyi yer isə Bakı şəhəri, Xətai rayonu ərazisidir. Belə olan halda, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə, elekron qərardan şikayət isə şikayət verən şəxsin yaşayış yeri üzrə məhkəməyə verilməlidir. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər 129.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir: 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə (bu Məcəllənin 129.1.3-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla); 129.1.3-1-ci maddəsinə əsasən, bu Məcəllənin 122.1-ci və 127-3.2-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərarlardan məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə; 132.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: 132.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; 132.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu; Göründüyü kimi, inzibati xətalar qanunvericiliyində səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında protokoluna deyil, inzibati xəta haqqında iş üzrə qərarına yenidən baxılması nəzərdə tutulmuş və tənzimlənmişdir. Bunun üçün isə barəsində şikayət verilmiş qərarın mövcud olması və onun şikayətlə birlikdə məhkəməyə təqdim edilməsi zəruridir, həmçinin şikayətdə qərarla müəyyən olunmuş hallar müvafiq qaydada əsaslandırılmalıdır. Nəzərə alınmalıdır ki, X3 mübahisələndirdiyi qərarı təqdim etməmiş və şikayətini qərarın müvafiq hallarına uyğun əsaslandırmamışdır. Bu səbəbdən inzibati tənbeh vermə haqqında qərardan verilən şikayət X2 geri qaytarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 11 noyabr 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə (protestə) baxmağa hazırlıq mərhələsinin təyinatı iş üzrə sübutların qiymətləndirilməsinə yönələn hərəkətləri etmədən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə (protestə) baxılması üçün şəraitin təşkil edilməsindən, onun uğurla həyata keçirilməsi üçün ilkin təminatların yaradılmasından ibarətdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 100 və 109-cu maddələrini rəhbər tutaraq, qərara aldı: X3 tərəfindən xx.xx.2026-cı il tarixli İXP7808240 nömrəli inzibati xəta haqqında protokol və qərardan verilən şikayət geri qaytarılsın. X2 izah edilsin ki, göstərilən nöqsanı aradan qaldırmaqla aidiyyəti məhkəməyə müraciət edə bilər. Qərardaddan şikayət verilə bilməz. Hakim: Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar