Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 6(3-9)-39/2026 28.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən), Kərimov Tale Suliddin oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi Ələskərov Sənan Adil oğlunun katibliyi, şikayətçi Şikayət verən şəxs, onun müdafiəçisi-fərdi qaydada fəliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə. İ.Işin halları: Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında şikayətlə məhkəməyə müraciət edərək, Kürdəmir RPŞ-də qanunsuz və hər hansı prosessual qərar olmadan saxlanılması ilə bağlı müvafiq qərar qəbul edilməsini, habelə Kürdəmir RPŞ-nin birinci mərtəbəsində yerləşən hər iki araşdırma otağında olan müşahidə kameralarının ##.##.2026-cı il tarixdən sonrakı müddətə dair görüntülərinin çıxarılaraq cinayət işinin materiallarına əlavə edilməsinə göstəriş verilməsini xahiş etmişdir Kürdəmir Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli qərarı ilə Kürdəmir Rayon Polis Şöbəsinin Istintaq bölməsinin baş müstəntiqi, R X1 prosessual hərəkətlərindən şikayətçi Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında verdiyi şikayət təmin edilməmişdir. Şikayətçi Şikayət verən şəxs məhkəmənin qeyd olunan qərarından apellyasiya şikayəti vermişdir. II.Məhkəmə nəzarəti qaydasında verilən apellyasiya şikayətinin dəlilləri: Kürdəmir Rayon Poliş Şöbəsinin əməmkdaşları tərəfindən ## ##### 2026-cı il tarixdən saat 00:50-dən ## ##### 2026-cı il tarixdə saat 16:00-dək qanunsuz və məhkəmənin qərarı olmadan məcburi olaraq Kürdəmir RPŞ-in növbətçi hissəsinin araşdırma otağında saxlanılmış və bununla AR CPM-in 150.3-cü maddəsinin tələblərinə zidd olan prosessual pozuntulara yol verilmişdir. Hüquqlarının pozuntusu Kürdəmir RPŞ-in əməkdaşları tərəfindən gizlədilir və onlar iddia edir ki, həmin vaxt ərzində o azadlıqda olmuşdur. Hərəkətindən (qərarından) şikayət verilən orqan və Kürdəmir Rayon Məhkəməsi həmin vaxt üçün istifadəsində olan mobil nömrənin anten dairələrinin və Kürdəmir RPŞ-in araşdırma otaqlarının müşahidə kameralarının görüntülərinin çıxarılmasını istəsə də, həmin qurumlar vəsatətini təmin etməmişdir. Göstərilənlərə əsasən Kürdəmir Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*- ***)-*/**** nömrəli qərarının ləğv edilməsi, ona qarşı olan prosessual pozuntulara hüquqi və obyektiv qiymət verməklə pozulmuş hüquqlarının bərpa edilməsində köməklik göstərilməsi xahiş olunur. III.Proses iştirakçılarının çıxışları: Şikayətçi Şikayət verən şəxs və müdafiəçisi Müdafiəçi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, Kürdəmir Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli qərarının ləğv edilməsini, ##.##.2026-cı il tarixə Kürdəmir RPŞ-nin müvəqqəti saxlama yerində, Şöbənin birinci mərtəbəsində yerləşən hər iki araşdırma otağında olan müşahidə kameralarının görüntülərinin iş materialarına əlavə edilməsini xahiş etmişlər. Kürdəmir Rayon Polis Şöbəsinin Istintaq bölməsinin baş müstəntiqi, R X1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, Şikayət verən şəxs qanunsuz saxlanılmadığını, qeyd edilən görüntülərin texniki səbəblərə görə verilməsi rəhbərlik tərəfindən mümkün olmadığını, odur ki, şikayətin təmin edilməməsini və Kürdəmir Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. IV.Hüquqi məsələlər: Məhkəmə nəzarəti Cinayət-prosessual qanunvericiliyi sahəsində əsasən məhkəməyədək icraat mərhələsində öz funksional yükünü daşıyır. Məhkəmə nəzarəti cinayət prosesi çərçivəsində təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun fəaliyyəti nəticəsində insan və vətəndaş hüquq və azadlıqlarına qanunsuz müdaxilələrin qarşısını almağa, pozulmuş hüquqların bərpasına xidmət edən məhkəmə fəaliyyətinin müstəqil növüdür (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il, 12 fevral tarixli Qərarı). “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 453.10-cu maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2022-ci il tarixli qərarında qeyd etmişdir ki, Cinayət-Prosessual Məcəlləsinin 449.3.5-ci maddəsinin məzmununa uyğun olaraq, məhkəmə nəzarəti qaydasında yoxlanılması mümkün olan prosessual hərəkətlərin və qərarların sırasında cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar da göstərilmişdir. Apellyasiya şikayətində məhkəmənin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmamasını iddia edilərək, tələb Cinayət-Prosessual Məcəlləsinin 399.1.2-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Cinayət-Prosessual Məcəlləsinin 399.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Nəzərə alınmalıdır ki, CPM-in 204.1-ci maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayət haqqında cinayət işinin başlanması üçün səbəb hesab edilən fiziki şəxslərin məlumatları yazılı və ya şifahi şəkildə ola bilər. Ona görə də, ilkin yoxlama hərəkətləri prosessual tələblərə uyğun icra olunmalı, nəticədən asılı olaraq CPM-in 207.5-ci maddəsinə göstərilən qərarlardan biri qəbul olunmalıdır. Həmin Məcəllənin 207.1-ci maddəsinin tələbinə görə, təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror aşağıdakı hərəkətləri yerinə yetirməlidir: -207.1.1. törədilmiş və ya hazırlanan cinayət haqqında fiziki və ya hüquqi şəxs tərəfindən daxil olmuş, habelə onun səlahiyyətlərinə aid olan və mediada əks etdirilmiş və təsdiq edən sənədlərlə birgə təqdim edilmiş məlumatı dərhal qeydə almaq və ona baxmaq; -207.1.2. zəruri hallarda törədilmiş və ya hazırlanan cinayət haqqında məlumat (aşkar cinayətlər haqqında məlumatlar istisna olmaqla) alındıqdan sonra 3 (üç) gün müddətində, bu mümkün olmadıqda 10 (on) gündən, ekspertin rəyinin alınması ilə əlaqədar və ya bu Məcəllənin 207.3-cü maddəsində nəzərdə tutulmuş hallarda isə 30 (otuz) gündən artıq olmayan müddətdə cinayət işinin başlanması üçün əsasların kifayət qədər olmasına dair ilkin yoxlama aparmaq; -207.1.3. törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatlara baxılmasının (aparılmış yoxlamanın) nəticələri üzrə cinayət işinin başlanması və ya cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmək. Qeyd olunan Məcəllənin 207.2-ci maddəsinin tələbinə görə, təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror ictimai-xüsusi ittiham qaydasında təqib olunan cinayətlər haqqında məlumatlara baxarkən həmin cinayətlərdən zərər çəkmiş şəxslərin şikayəti olduğu halda yoxlama apara bilər. Belə şikayət olmadığı halda ictimaixüsusi ittiham qaydasında təqib olunan cinayətlər haqqında digər şəxslərin məlumatları təhqiqatçı və ya müstəntiq tərəfindən nəzərə alınmamalıdır. Həmin məlumatlara prokuror bu Məcəllənin 37.5-ci maddəsində nəzərdə tutulmuş hallarda baxa bilər. CPM-in 207.3-cü maddəsinə görə, törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatlara baxılarkən hüquqi şəxsin fəaliyyətinin elm, texnika, incəsənət və digər peşə sahələrində xüsusi biliklərdən istifadə etməklə yoxlanılması zərurəti yarandıqda aşağıdakı hərəkətlər yerinə yetirilir: -207.3.1. müvafiq dövlət orqanları və ya auditor təşkilatlarından mütəxəssisin ayrılmasının təmin edilməsinə dair ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən qərar qəbul edilir; -207.3.2. toplanmış yoxlama materialları əsasında cinayət işinin başlanması və ya cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilir. CPM-in 207.4-cü maddəsi tələb edir ki, törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatlara baxarkən təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror ərizəçilərdən əlavə sənədləri, onlardan və digər şəxslərdən izahatları tələb edə, bu maddə ilə nəzərdə tutulmuş istintaq və digər prosessual hərəkətlərini apara və ekspertiza təyin edə bilər. CPM-nin 212.4.2-ci mаddəsinə görə məhkəmə nəzarəti funksiyalarını həyata keçirən məhkəmə göstərilən qərarı ləğv edir və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun diqqətini bu Məcəllənin 207, 209 və 210-cu maddələrinin tələblərinin pozulmasına cəlb etməklə bu tələblərin yerinə yetirilməsinin təmin edilməsi barədə qərar qəbul edir, yaxud cinayət işinin başlanmasının rədd edilməsi haqqında çıxarılmış qərarı dəyişdirilmədən saxlayır. Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında şikayəti ilə bağlı, öyrənilmiş materiallarda olan ##.##.2026-cı il tarixli cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə kifayət qədər əsaslı şübhələr olduğundan Şikayət verən şəxs, ##.##.2026-cı il tarixdə, saat 02:10-da Kürdəmir RPŞ-də tutulmuşdur; ##.##.2026-cı il tarixli şübhəli şəxs qismində tutulmuş şəxsin MSY-dən azad edilməsi haqqında qərardan görünür ki, şübhəli şəxs qismində tutulmuş Şikayət verən şəxs həmin tarixdə saat 00:50-də saxlanıldığı Kürdəmir RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilmişdir; ##.##.2026-cı il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilərək istintaq aparılmışdır; - ##.##.2026-cı il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Şikayət verən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur; - Kürdəmir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarından görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Şikayət verən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. - ##.##.2026-cı il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs Şikayət verən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. Ibtidai istintaq müddətinin uzadılması haqqında qərardan görünür ki, Kürdəmir RPŞnin IB-də Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə istintaq aparılan ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 03 ay olmaqla 7 ayadək, yəni ## ###### 2026-cı il tarixədək uzadılmışdır. - Kürdəmir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-**/**** saylı qərarından görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Şikayət verən şəxs həbsdə saxlanılma müddəti 03 (üç) ay, yəni ## ###### 2026-cı il tarixədək uzadılmışdır; - Azərbaycan Respublikası DIN-in BƏSII tərəfindən verilmiş tələbnamədən görünür ki, Şikayət verən şəxs Ağır Cinayətlərə Dair Işlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin ##.##.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2, 320.1-ci maddələri ilə təqsirli bilinib 07 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ##.##.2011ci il tarixli Ali Məhkəmənin qərarı ilə CM-nin 70-ci maddəsi tətbiq olunaraq 02 il sınaq müddəti ilə şərti cəza təyin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2013-cü il tarixli hökmü ilə CM-nin 320.1-ci maddəsi ilə təqsirli bilinib 01 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ##.##.2014-cü ildə cəzasının sonu ilə azad edilmiş, Abşeron Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli hökmü ilə CM-nin 178.2.2, 178.2.4-cü maddələri ilə 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2018-ci il tarixli qərarı ilə Abşeron Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli hökmü dəyişdirilərək təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 10 ay 08 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, ##.##.2019-cu il tarixdə cəza müddəti başa çatmışdır. Iş materiallarından müəyyən edilir ki, Şikayət verən şəxs ##.##.2026-cı il tarixdə saat 02:10da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə kifayət qədər əsaslı şübhələr olduğundan şübhəli şəxs qismində tutulmuş, ##.##.2026-cı il tarixdə saat 00:50-də müvəqqəti saxlama yerindən azad edilmiş, ##.##.2026-cı il tarixdə isə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilmişdir. Şikayət verən şəxs əsas dəlili onun ##.##.2026-cı il saat 00:50-də müvəqqəti saxlama yerindən azad edildikdən sonra əlavə olaraq Kürdəmir RPŞ-də saxlanılması ilə bağlı olduğundan, məhkəmə həmin halın iş materialları ilə təsdiq olunub-olunmadığını araşdırmışdır. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, şikayətçi müşahidə kameralarının görüntülərinin tələb edilərək cinayət işinin materiallarına əlavə olunması barədə tələbə gəldikdə isə, iş materiallarından həmin görüntülərin şikayətçinin azad edildikdən sonra Kürdəmir RPŞ-də saxlanılması barədə iddianı təsdiq edə biləcək konkret halların müəyyən edilməsinə əsas verən məlumat müəyyən edilmir. Hazırkı iş üzrə şikayətçinin əlavə müddət saxlanılması barədə dəlili isə iş materiallarında olan sənədlərlə təsdiq olunmur. Əksinə, həmin sənədlərdə onun ##.##.2026-cı il saat 02:10-da tutulması və ##.##.2026-cı il saat 00:50-də azad edilməsi barədə məlumatlar mövcuddur. Şikayətçinin azad edildikdən sonra Kürdəmir RPŞ-də saxlanılması barədə iddiasını təsdiq edən hər hansı digər sübut isə iş materiallarında müəyyən edilməmişdir. Şikayətçinin azad edildikdən sonra qanunsuz olaraq əlavə müddət saxlanılması barədə dəlili iş materialları ilə təsdiq olunmadığından, həmin dəlil üzrə şikayətin təmin edilməsi üçün hüquqi əsas yoxdur. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticəni şikayətin dəlilləri və materiallarla qarşılıqlı təhlil etmiş və bu qənaətə gəlmişdir ki, şikayət əsassızdır. Belə ki, materiallardan məlum olur ki, Şikayət verən şəxs cinayət əməlini törətməsini qismən də olsa etiraf edir, saxlanıldığı müddətdə hər hansı fiziki təsirə, hədə-qorxuya qalmadığını bildirir. Bu vəziyyətdə onun Kürdəmir rayon polis şöbəsində qanunsuz saxlanılması barədə iddiasının həqiqət olması şübhə doğurur. Bundan başqa Kürdəmir rayon polis şöbəsindən daxil olmuş məktubdan görünür ki, tələb olunan görüntülərin təqdim olunması texniki səbəblərə görə mümkün deyil. CPM-nin 442.2.1-ci maddəsinə əsasən məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmə hər kəsin azadlıq, mənzil toxunulmazlığı, şəxsi toxunulmazlıq , mülkiyyət hüququnu, şəxsi sirrinin (o cümlədən ailə həyatının, yazışmaların, telefon danışıqlarının, poçt, teleqraf və başqa məlumatların) saxlanılması hüququnu məhdudlaşdıran, habelə dövlət, peşə və ya kommersiya sirrini özündə əks etdirən məlumatları ilə bağlı istintaq hərəkətlərinin məcburi aparılmasına, prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsinə və ya əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair məsələlərlə bağlı vəsatət və təqdimatlara baxır. CPM-nin 446.1 və 446.1.1-ci maddələrilə əsasən istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi məsələlərinin məhkəmədə baxılması üçün müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasdır. Həmin Məcəllənin 451.1.2-ci mаddələrinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılmasının nəticələrinə dair hakim, barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanunsuz hesab edilməsi və bu qərаrın ləğv edilməsi bаrədə qərar çıxarа bilər. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, şikayətin dəlilləri əsassızdır, ona görə də apellyasiya şikayəti təmin olunmamalı, Kürdəmir Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 454-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Şikayətçi Şikayət verən şəxs apellyasiya şikayəti təmin edilməsin. Kürdəmir Rayon Polis Şöbəsinin Istintaq bölməsinin baş müstəntiqi, R X1 prosessual hərəkətlərindən Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında verdiyi şikayət təmin edilməməsi barədə Kürdəmir Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar dərhal qanuni qüvvəyə minir, qərardan kassasiya şikayəti və ya kassasiya protesti verilmir.
Məhkəmə qərarları › İş №6(3-9)-39/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-9)-39/2026
28.09.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver