Məhkəmə qərarları › İş №8(001)-10/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-10/2023

22.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-10/2023 22.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, Borclunun nümayəndəsi Nümayəndə, Tələbkar iştirakları ilə, Borclu “M X6 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin icra məmurunun hərəkətlərindən şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Borclu “M X6 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi icra şöbəsinin icra məmuru Şakir Bahadırovun qanunsuz hərəkətlərinə son qoyulması, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-781/2021 saylı icra vərəqəsi üzrə icraata xitam verilməsi öhdəliyinin Binəqədi rayon icra şöbəsi tərəfindən icra edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-cı il tarixli 2(001)-781/2021 saylı qətnaməsi ilə “Mol X6 Kredit Təşkilatı” MMC tərəfindən “əmək müqaviləsinə xitam verilməsi haqqında” xx.xx.2020-ci il tarixli, 1143-08- 20 ş/lı saylı əmrin ləğv edilməsi, Tələbkar "xxxx" BOKT MMC-nin Sumqayıt 02-04 filialında Sumqayıt 0204 ofisinin meneceri vəzifəsinə işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün Tələbkar əmək haqqının ödənilməsi qət edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il taıixli 2(001)-781/2021 saylı icra vərəqəsi əsasında Cavabdeh tərəfindən icra icraatına başlanılmışdır. İcra sənədi "xxxx" BOKT MMC tərəfindən qanunvericiliyin tələblərinə müvafiq olaraq təmin edilmiş, Tələbkar əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2020-ci il tarixli, 11413-08-20 ş/h saylı əmr ləğv edilmiş, Tələbkar "xxxx" MMC-nin Sumqayıt 02-04 ofisinin meneceri vəzifəsinə işə bərpa edilmiş və "xxxx" MMC ilə Tələbkar arasında xx.xx.2020-ci il tarixdə bağlanmış bağlanmış Müddətli əmək müqaviləsinin müddətinin xx.xx.2020-ci il tarixdə bitməsi səbəbindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən qeyd olunan əmək müqaviləsinə xitam verilmiş, məcburi iş buraxma müddəti üçün əmək haqqı Tələbkar tam həcmdə ödənilmişdir. İcra vərəqəsi “M Bulak" BOKT MMC tərəfindən tam şəkildə icra olunmuş və bu barədə Binəqədi Rayon İcra Şöbəsinə rəsmi qaydada müvafiq sənədlər əlavə edilməklə dəfələrlə rəsmi qaydada məlumat verilmişdir. Lakin buna baxmayaraq icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru (Şakir Bahadırov) tərəfindən qərar qəbul edilməmiş və müxtəlif qeyrimüəyyən səbəblərə əsaslanaraq icraata xitam verilməmişdir. Baxmayaraq ki, xx.xx.2021-ci il tarixli 2(001)-781/2021 saylı icra vərəqəsinin tam şəkildə icra edilmişdir, Binəqədi rayon icra şöbəsinin icra məmuru Şakir Bahadırov icra sənədi üzrə borclu MMC-nin direktoru X2 Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə (528.1. Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə) inzibati məsuliyyətə cəlb olunması barədə xx.xx.2022-ci il tarixində MN ******* saylı protokol tərtib edərək baxılması üçün Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə tərəfindən iş materiallarına baxılıb, əsaslanaraq ki, “M X6 Kredit Təşkilatı”MMC-nin direktoru Shakirova Altyn tərəfindən Binəqədi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(001)-781/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsi tam icra edilmişdir” barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs “M X6 Kredit Təşkilatı”MMC-nin direktoru Shakirova Altyn barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və onun, inzibati məsuliyyətdən azad edilməsi barədə 3(001)- 2237/2022 saylı xx.xx.2022-ci il tarixli (X7) qərar çıxarılmışdır. Bununla əlaqədar, "xxxx" MMC tərəfindən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-781/2021 saylı icra vərəqəsinin tam şəkildə icra edilməsi barədə müvafiq sənədlər və Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-2237/2022 saylı xx.xx.2022-ci il tarixli qərarın surəti xx.xx.2022-ci il tarixində Bakı şəhəri Binəqədi icra şöbəsinə göndərilməsinə baxmayaraq Binəqədi rayon icra şöbəsinin rəisi İlham Həsənov və İcra məmuru X3 yenə də iş üzrə icraata xitam verilməsində boyun qaçırdırlar. Bununla əlaqədar, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)- 781/2021 saylı icra vərəqəsi "xxxx" MMC tərəfindən tam şəkildə icra edildiyi üçün və Binəqədi Rayon Məhkəməsi tərəfindən çıxarılan 3(001)-2237/2022 saylı xx.xx.2022-ci il tarixli qərara əsaslanaraq ("Mol X6 Kredit Təşkilatı” MMC-nin direktoru Shakirova Altyn tərəfindən Binəqədi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(001)- 781/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsi tam icra edilmişdir. xx.xx.2021-ci il tarixli 2(001)- 781/2021 saylı icra vərəqəsi üzrə icraata xitam verilməsi öhdəliyinin icrası icra məmuru tərəfindən təmin edilməlidir. Məhkəmə iclasında iştirak edən borclunun nümayəndəsi Nümayəndə şikayətdə göstərilən məzmunda izahat verdi və şikayətinin təmin edilməsini xahiş etdi. Həmçinin əlavə olaraq qeyd etdi ki, icra məmuru iki instansiya məhkəməsinin qərarlarını gözardı edərək, icra sənədi üzrə icraatı onlara məlum olmayan səbəblərə uzadır və işin icraatına xitam vermir. Bundan əlavə, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(001)-489/2021 saylı qərardadında da göstərilmişdir ki, “borclu Tələbkar ilə “MolX6 Kredit Təşkilatı” MMC arasında bağlanmış əmək müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixdə bitdiyindən Tələbkar işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının tutulması həmin müddətlə məhdudlaşdırılmalıdır”. Göründüyü kimi, onlar tam qanuni şəkildə icra sənədini icra etmişlər. Əvvəlki məhkəmə iclasında icra məmurunun sualına cavab olaraq isə bildirmişdir ki, onlar əvvəl hazırki tələblə məhkəməyə şikayət versələr də, həmin şikayətdə başqa əsaslara söykənilmişdir. Hazırki şikayətdə isə artıq mövcud vəziyyət dəyişmiş, onların icra sənədini tam icra etmələri barədə iki instansiya məhkəməsinin mövqeyi meydana gəlmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar şikayətin rədd edilməsini xahiş edərək bildirdi ki, borclu öz hərəkərləri ilə süründürməçiliyə yol verir. Məhkəmə qətnaməsi ilə o işə bərpa olunsa da, hazırki vaxta qədər işə bərpa edilməmiş, işə çağırılmamış və işburaxmaya görə əmək haqqı tam ödənilməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən icra məmuru X3 şikayətin rədd edilməsini xahiş edərək bildirmişdir ki, borclu icra sənədini tam icra etmədən icra sənədi üzrə icraata xitam verilə bilməz. Hazırki işdə də borclu icra sənədini qəsdən icra etmir və əsas kimi onu gətirirlər ki, tərəflər arasında bağlanan əmək müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixdə bitdiyindən və işçidə xx.xx.2020-ci il tarixdə işdən azad edildiyindən həmin bu müddət, yəni xx.xx.2020-xx.xx.2020-ci il tarixi məcburi iş buraxma dövrü hesab olunur. Lakin, bu yanaşma qəbuledilməzdir və əmək qanunvericiliyinin normalarına ziddir. Belə ki, əgər işçinin işə bərpa olunması barədə qətnamə xx.xx.2021-ci il tarixdə qəbul edilmişdirsə və həmin ildə də icraya yönəldilmişdirsə hansı normaya əsasən borclu xx.xx.2020xx.xx.2020-ci il tarixi məcburi işburaxma dövrü hesab edir, məlum deyil. Öz mövqelərini hüquqi cəhətdən əsaslandırmırlar. Bundan əlavə, işçi ümumiyyətlə faktiki olaraq işə bərpa edilməmişdir. Borclu formal olaraq əmr qəbul edərək, işçini işə bərpa etmiş sonra isə işdən azad etmişdir. Göründüyü kimi, icra sənədi tam icra edilməmişdir. İcra məmuruna hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə məktub göndərilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən, icra məmurunun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayətə və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, şikayət rədd edilməlidir. Belə ki, e83458/2021-14 nömrəli icra işində olan: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-781/2021 saylı icra sənədinə əsasən cavabdeh “MolX6 Kredit Təşkilatı” MMC-nin “Əmək müqaviləsinə xitam verilməsi haqqında” xx.xx.2020-ci il tarixli, 1143-08-20 ş/h saylı əmri ləğv edilməli, iddiaçı Tələbkar cavabdeh “MolX6 Kredit Təşkilatı” MMC-nin Sumqayıt 02-04 filialında Sumqayıt 0204 ofisinin meneceri vəzifəsinə işə bərpa edilməli, iddiaçı Tələbkar məcburi iş buraxma müddəti üçün əmək haqqı cavabdeh “MolX6 Kredit Təşkilatı” MMC tərəfindən ödənilməlidir, icra sənədinin verilməsinə əsas olmuş məhkəmə aktının qanuni qüvvəyə mindiyi vaxt xx.xx.2021-ci ildir; Cavabdeh xx.xx.2021-ci il tarixli qərarının və bildirişinin surətlərindən görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-781/2021 saylı icra icra sənədi üzrə icraat başlanmış, borcluya icra sənədində göstərilən tələbin icrası barədə bildiriş göndərilmişdir; Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(001)-489/2021 saylı qərardadının surətindən görünür ki, borclu “MolX6 Kredit Təşkilatı” MMC-nin qətnaməyə izah verilməsi barədə ərizəsi təmin edilmiş və izah edilmişdir ki, Tələbkar ilə “MolX6 Kredit Təşkilatı” MMC arasında bağlanmış əmək müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixdə bitdiyindən Tələbkar işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının tutulması həmin müddətlə məhdudlaşdırılmalıdır. “M X6 Kredit Təşkilatı” MMC-nin xx.xx.2021-ci il tarixli, ***-**-** ş/h nömrəli əmrinin surətindən görünür ki, Tələbkar Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən bu Məcəllənin 72-ci maddəsinin “a” bəndində göstərilən hal üzrə əmək müqaviləsinə xitam verilməsi haqqında 1143-08-20 ş/h nömrəli xx.xx.2020-ci il tarixli əmrin etibarsız hesab edilməsi əmr edilmişdir. “M X6 Kredit Təşkilatı” MMC-nin xx.xx.2021-ci il tarixli, ***-**-** ş/h nömrəli əmrinin surətindən görünür ki, “M X6 Kredit Təşkilatı” MMC-nin 0204 Sumqayıt ofisinin meneceri vəzifəsində çalışan Tələbkar əmək müqaviləsinə xx.xx.2020-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin bitməsi ilə və 2(00)-781/2021 saylı qətnaməsinə əsasən xx.xx.2021-ci il tarixində xitam verilməsi, xx.xx.2020-ci il tarixinin son iş günü hesab edilməsi əmr edilmişdir. İş günlərinin sayının xx.xx.2020-xx.xx.2020-ci il tarixədək 19 iş gün, 2020-ci il sentyabr ayı üzrə 22 gün, xx.xx.2020-xx.xx.2020-ci il tarixədək 20 gün təşkil edir.Cəmi 61 gün. İstifadə olunmayan məzuniyyət günlərinin sayı xx.xx.2020-xx.xx.2020-ci il iş ili üçün 7 gün təşkil edir. Son haqq-hesabın ödənilməsi mühasibatlığa tapşırılmışdır. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, “M X6 Kredit Təşkilatı” MMC Tələbkar ilə bağladığı xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə xitam vermişdir. Əmək haqqı üzrə çıxarışdan görünür ki, Tələbkar 1.830,39 manat məbləğində son haqq-hesab ödənilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(001)-489/2021 saylı qərardadının surətindən görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(001)-489/2021 saylı qərardadı ləğv edilmiş və “Mol X6 Kredit Təşkilatı” MMC-nin ərizəsinə tərəflərin iştitakı ilə yenidən baxılması qərara alınmışdır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(001)-489/2021 saylı qərardadının surətindən görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-781/2021 saylı qətnaməsinə izah verilməsi barədə borclu “Mol X6 Kredit Təşkilatı” MMC-nin ərizəsi təmin edilməmişdir. Həmin qərardadda qeyd edilmişdir ki, “Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-489/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı düzgün olmadığından artıq ləğv edilmişdir. Belə ki, məhkəmənin qeyd edilən qətnaməsi borclu ilə bağlanmış müddətli əmək müqaviləsinə (yəni xx.xx.2020-ci il tarixdə müddəti bitmiş) xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68 maddəsinin 2-ci hissəsinin “b” bəndi ilə xitam verilməsini və ona əmək haqqının məhz xx.xx.2020-ci il tarixinə kimi ödənilməsini özündə ehtiva etmir. Həmin qətnamədə konkret olaraq Tələbkar “MolX6 Kredit Təşkilatı” MMC-nin Sumqayıt 02-04 filialında Sumqayıt 0204 ofisinin meneceri vəzifəsinə işə bərpa edilməsi və ona məcburi iş buraxma müddəti üçün əmək haqqının cavabdeh “MolX6 Kredit Təşkilatı” MMC tərəfindən ödənilməsi qət edilmişdir.” Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(001)- 2852/2021 saylı qərarının surətindən görünür ki, “Mol X6 Kredit Təşkilatı” MMC-nin direktoru Shakirova Altyn Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1200 manat məbləğində cərimə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(103)-2168/2021 saylı qərarının surətindən görünür ki, Altyn Shakirovanın şikayəti təmin edilməmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(001)-2852/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(001)-690/2021 saylı qərardadının surətindən görünür ki, Cavabdeh böyük icra məmuru X1 ərizə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 781/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Tələbkar məcburi işburaxma müddətini təşkil edən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək dövr üçün hesablanmış ümumilikdə 7.836,54 manat məbləğində pul vəsaitinin cavabdeh “MolX6 Kredit Təşkilatı MMC-dən məcburi qaydada alınması barədə qərardad qəbul edilməsini xahiş etmiş, lakin məhkəmə icra sənədinin tələbkarın işə bərpa edilməsi hissəsində bügünədək icra edilmədiyini nəzərə alıb ərizəni təmin etməmişdir. Həmin qərardadda göstərilmişdir ki, “..borclu tərəfindən təqdim edilmiş və icra sənədinin icra edilməsini təsdiq edən sənədlərə əsasən tələbkar barəsində qəbul edilmiş “Əmək müqaviləsinə xitam verilməsi haqqında” 1143-0820 ş/h saylı, xx.xx.2020-ci il tarixli əmr borclunun xx.xx.2021-ci il tarixli əmri ilə etibarsız hesab edilmiş, həmin tarixli digər əmrlə tələbkarla bağlanmış əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xx.xx.2021-ci il tarixdə xitam verilmiş, xx.xx.2021-ci il tarixi onun son iş günü hesab edilmiş, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək mövcud olan 61 iş günü və istifadə olunmayan 7 məzuniyyət günü üzrə hesablama aparılmaqla son-haqq hesab ödənilmişdir. Bununla belə, borclunun xx.xx.2021-ci il tarixli, ***-**-** ş/h nömrəli əmrinə əsasən tələbkarla bağlanmış əmək müqaviləsinə həm müddət, həm də hüquqi nəticə etibarı ilə xx.xx.2021-ci il tarixində xitam verilməsinə baxmayaraq, məcburi iş buraxma müddəti qismində xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr əsas götürülmüşdür. Halbuki, müqaviləyə xx.xx.2021-ci il tarixdə xitam verməklə (əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişində də əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə xitam verildiyi qeyd edilmişdir) borclu özü də məcburi iş buraxma müddəti qismində xx.xx.2020ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövrü deyil, xx.xx.2021-ci il tarixədək olan dövrü qəbul etmişdir. Bu da öz növbəsində həmin dövr üçün də əmək haqqının hesablanmasını zəruri edir. Lakin əmək haqqının məhz bu müddət üçün tutulması da hazırda mümkün deyil. Belə ki, qeyd edilən icra sənədinin icrası qaydasında qəbul edilmiş xx.xx.2021-ci il tarixli əmrlərin hər hansı biri ilə tələbkar işə bərpa edilməmiş və bu baxımdan icra sənədi tam icra edilmiş hesab edilə bilməz. Hər bir halda, icra sənədinin icrası ilə bağlı borclu tərəfindən görülməli olan tədbirlərdən biri də tələbkarın işə bərpa edilməsidir. Bununla belə, icra sənədi tam icra edilmədiyindən mövcud vəziyyətdə əmək haqqının tutulmalı olan son müddət qeyri-müəyyən qalır. Bu da öz növbəsində Cavabdeh böyük icra məmuru X1 ərizəsinin rədd edilməsini şərtləndirir. ” Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-11561/2021 saylı qərarının surətindən görünür ki, “M X6 Kredit Təşkilatı” MMC Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-781/2021 saylı icra vərəqəsi üzrə icraata xitam verilməsi öhdəliyinin cavabdeh tərəfindən icra edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, lakin iddiası mümkün sayılmamışdır. Qeyd olunan qərar Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(103)-912/2022 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(001)-63/2022 saylı qərardadının surətindən görünür ki, borclu “MolX6 Kredit Təşkilatı” MMC şikayətlə məhkəməyə müraciət edərək, Cavabdeh böyük icra məmuru X1 qanunsuz hərəkətlərinə son qoyulması və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-781/2021 saylı, 05 fevral 2021-ci il tarixli icra vərəqəsi üzrə icraata xitam verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmiş, lakin məhkəmə tərəfindən şikayət təmin edilməmişdir. Qərardadda göstərilmişdir ki, “borclunun xx.xx.2021-ci il tarixli, ***-**-** ş/h nömrəli əmrinə əsasən tələbkarla bağlanmış əmək müqaviləsinə həm müddət, həm də hüquqi nəticə etibarı ilə xx.xx.2021-ci il tarixdə xitam verilməsinə baxmayaraq, məcburi iş buraxma müddəti qismində xx.xx.2020-ci il tarixdən xx.xx.2020ci il tarixədək olan dövr əsas götürülmüşdür. Halbuki, müqaviləyə xx.xx.2021-ci il tarixdə xitam verməklə (əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişində də əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə xitam verildiyi qeyd edilmişdir) borclu özü də məcburi iş buraxma müddəti qismində xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövrü deyil, xx.xx.2021-ci il tarixədək olan dövrü qəbul etmişdir. Həmçinin, müəyyən edilmişdir ki, qeyd edilən icra sənədinin icrası qaydasında qəbul edilmiş xx.xx.2021-ci il tarixli əmrlərin hər hansı biri ilə tələbkar işə bərpa edilməmişdir. Məhz bu halların mövcudluğunu məhkəmə əsas götürüb, icra sənədini tam icra edilmiş hesab etməmiş və nəticədə ərizəni təmin etməmişdir. Həmin qərardaddan şikayət verilməmiş və qərardad qanuni qüvvəsini almışdır. Bununla belə, həmin qərardadın mövcudluğu və orada nümayiş etdirilmiş hüquqi mövqe həm icra məmurunun icra sənədinin icrası ilə bağlı yerinə yetirdiyi hərəkətlərin qanunsuz hesab edilməsini, həm də icra sənədi üzrə icraata xitam verilməsini istisna edir və hazırki şikayətin rədd edilməsini şərtləndirir” “MolX6 Kredit Təşkilatı” MMC-nin xx.xx.2022-ci il tarixli kadrların şəxsi heyəti üzrə xx.xx.2021-ci il tarixli, ***-**-** ş/h saylı əmrinə dəyişiklikdən görünür ki, xx.xx.2021-ci il tarixli, 2(001)-781/2021 saylı məhkəmə qətnaməsinin icrası məqsədilə xx.xx.2021-ci il tarixli ***-**-** ş/h saylı və xx.xx.2021-ci il tarixli ***-**-** ş/h saylı Əmrlər verilmiş və Məhkəmə qətnaməsi tam olaraq icra edilmiş, Tələbkar Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəncinə əsasən bu Məcəllənin 72-ci maddəsinin “a” bəndində göstərilən hal üzrə əmək müqaviləsinə xitam verilməsi haqqında 1143-08-20 ş/h nömrəli xx.xx.2020ci il tarixli əmr etibarsız hesab edilmiş və bununla da (müvafiq əmrin ləğv edilməsi ilə) Tələbkar avtomatik olaraq MMC-nin Sumqayıt 02-04 filialında Sumqayıt 0204 ofisinin meneceri vəzifəsinə işə bərpa edilmiş və müddətli əmək müqaviləsinin müddətinin xx.xx.2020-ci il tarixdə bitməsi səbəbindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən qeyd olunan əmək müqaviləsinə xitam verilmiş, məcburi iş buraxma müddəti üçün əmək haqqı əmək müqaviləsinin müddətinin bitməsi tarixinədək Tələbkar tam həcmdə ödənilmişdir. Göstərilən əmrlərdə işə bərpa ifadəsi nəzərdə tutulmadığından qeyd olunan qətnamənin icrasının düzgünlüyü ilə bağlı mübahisələr yaranmışdır. Bu da qətnamədə Tələbkar xx.xx.2020-ci il tarixli müddətli əmək müqaviləsinin müddətinin bitməsinin nəzərə alınmaması ilə əlaqədardır. Belə ki, Tələbkar müddətli əmək müqaviləsinin müddətinin xx.xx.2020-ci il tarixdə bitməsi səbəbindən onunla əmək müqaviləsinin davam etdirilməsi üçün yeni əmək müqaviləsi bağlanması tələb olunur. Bu isə qanunvericiliyə ziddir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Eyni zamanda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 42.1-ci maddəsinə əsasən “əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz”. Qeyd olunan anlaşmazlığın (işə bərpa ifadəsinin müvafiq əmrlərdə nəzərdə tutulması ilə bağlı) aradan qaldırmaq məqsədilə xx.xx.2021-ci il tarixli ***-**-** ş/h saylı əmrə aşağıdakı qaydada dəyişiklik edilmişdir. “xx.xx.2021-ci il tarixli ***-**-** ş/h saylı əmrin 1-ci bəndinə aşağıdakı redaksiyada ikinci, üçüncü cümlələr və 2-ci və 3-cü bəndlər əlavə edilsin. 1.Tələbkar “M X6 Kredit Təşkilatı” MMC-nin Sumqayıt 02-04 filialında Sumqayıt 0204 ofisinin meneceri vəzifəsinə işə bərpa edilsin və xx.xx.2020-ci il tarixdə bağlanmış müddətli əmək müqaviləsinin müddətinin bitdiyi tarixədək xx.xx.2020-ci il tarixədək əmək fəailiyyətini davam etdirsin. Tələbkar M X6 Kredit Təşkilatı” MMC-nin Sumqayıt 02-04 filialında Sumqayıt 0204 ofisinin meneceri vəzifəsinə işə bərpa edilməsi dedikdə Tələbkar xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək (müddətli əmək müqaviləsinin müddətinin bitdiyi tarixədək) işə bərpa edilməsi nəzərdə tutulur. 2.Məcburi iş buraxma müddəti üçün əmək haqqı müddətli əmək müqaviləsinin müddətinin bitməsi tarixinədək, yəni xx.xx.2020-ci il tarixədək xx.xx.2021-ci il tarixli ***-**- ** ş/h saylı əmrinə əsasən Tələbkar tam həcmdə ödənilsin. 3.Hazırki dəyişiklik xx.xx.2021-ci il tarixli ***-**-** saylı ş/h saylı əmrin tərkib hissəsidir və həmin əmr qüvvəyə mindiyi tarixdən yəni xx.xx.2021-ci il tarixdən qüvvəyə minmiş hesab edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(001)- 2237/2022 saylı qərarının surətindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “MolX6 Kredit Təşkilatı” MMC-nin direktoru Shakirova Altyn barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və onun inzibati məsuliyyətdən azad edilməsi qərara alınmışdır. Həmin qərarda qeyd olunmuşdur ki, “MolX6 Kredit Təşkilatı” MMC-nin direktoru Shakirova Altyn tərəfindən Binəqədi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(001)-781/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsi tam icra edilmişdir” Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(103)-148/2023 saylı qərarının surətindən görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(001)-2237/2022 saylı qərarı dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(001)-483/2023 saylı qərarının surətindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “MolX6 Kredit Təşkilatı” MMC-nin direktoru Shakirova Altyn barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və onun inzibati məsuliyyətdən azad edilməsi qərara alınmışdır. Həmin qərarda qeyd olunmuşdur ki, “MolX6 Kredit Təşkilatı” MMC-nin direktoru Shakirova Altyn tərəfindən Binəqədi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(001)-781/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsi icra edilmişdir” “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. 29.1-ci maddəsinə əsasən tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. 29.2-ci maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Beləliklə məhkəmə iclasında tədqiq edilmiş icra işindən müəyyən edildi ki, tərəflər arasında əmək müqaviləsi xx.xx.2020-ci il tarixdə müddətli olaraq bağlanmış, müqavilənin müddətinin bitdiyi tarixdə xx.xx.2020-ci il olmuşdur. “MolX6 Kredit Təşkilatı” MMC Tələbkar xx.xx.2020-ci il tarixdə 1143-08-20 ş/h saylı əmrlə işdən azad etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-781/2021 saylı qətnaməsi əsasında verilmiş icra sənədinə əsasən cavabdeh “MolX6 Kredit Təşkilatı” MMC-nin “Əmək müqaviləsinə xitam verilməsi haqqında” xx.xx.2020-ci il tarixli, 1143-08-20 ş/h saylı əmri ləğv edilməli, iddiaçı əvvəlki vəzifəsinə işə bərpa edilməli və ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir. İcra məmuru sözügedən icra sənədi üzrə icraata başlamış və icra sənədinin könüllü icrası barədə bildirişi borcluya göndərmişdir. Hazırda borclu tərəfin mövqeyi bundan ibarətdir ki, mübahisəli icra sənədi icra edilərək, Tələbkar “M X6 Kredit Təşkilatı” MMC-nin Sumqayıt 02-04 filialında Sumqayıt 0204 ofisinin meneceri vəzifəsinə işə bərpa edilmiş və xx.xx.2020-ci il tarixdə bağlanmış müddətli əmək müqaviləsinin müddətinin bitdiyi tarixədək xx.xx.2020-ci il tarixədək əmək fəailiyyətini davam etdirmiş və ona məcburi iş buraxma müddəti üçün əmək haqqı müddətli əmək müqaviləsinin müddətinin bitməsi tarixinədək, yəni xx.xx.2020-ci il tarixədək tam həcmdə ödənilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74.1-ci maddəsinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Həmin Məcəllənin 132-ci maddəsinin “b” bəndinə əsasən qanunsuz və əsassız işdən çıxarılmaqla, yaxud başqa işə keçirilməklə əlaqədar işə bərpa edilən işçilərin məcburi işburaxma dövrü əmək məzuniyyətinə hüquq verən əmək stajına daxildir. Hazırki işdən görünür ki, borclu xx.xx.2021-ci il tarixdə əmr qəbul edərək Tələbkarun işdən azad olunması ilə bağlı xx.xx.2020-ci il tarixli, 1143-08-20 ş/h saylı əmri ləğv etmiş, son haqqın ödənilməsini mühasibatlığa tapşırmışdır. Lakin həmin əmrdə işçini vəzifəsinə bərpa etməmişdir. Daha sonra borclu xx.xx.2022-ci il tarixdə həmin əmrə dəyişiklik etmiş Tələbkar “M X6 Kredit Təşkilatı” MMC-nin Sumqayıt 02-04 filialında Sumqayıt 0204 ofisinin meneceri vəzifəsinə işə bərpa etmiş və xx.xx.2020-ci il tarixdə bağlanmış müddətli əmək müqaviləsinin müddətinin bitdiyi tarixədək yəni xx.xx.2020-ci il tarixədək əmək fəailiyyətini davam etdirməsini, habelə məcburi iş buraxma müddəti üçün əmək haqqı müddətli əmək müqaviləsinin müddətinin bitməsi tarixinədək, yəni xx.xx.2020ci il tarixədək xx.xx.2021-ci il tarixli ***-**-** ş/h saylı əmrinə əsasən Tələbkar tam həcmdə ödənilməsini əmr etmişdir. Göründüyü kimi, borclu icra sənədini tam icra etməmiş, işçinin (iş üzrə tələbkarın) məcburi iş buraxma dövrü üçün əmək haqqısını tam ödəməmiş, hətta işçinin məcburi iş buraxma dövrü üçün əmək haqqısını öz mülahizəsinə uyğun olaraq xx.xx.2020-ci il tarixədək ödəməli olması ilə məhdudlaşdırmışdır. Halbuki, məcburi işburaxma dövrü – qanunsuz və ya əsassız işdən çıxarılmış işçinin çıxarıldığı vaxtdan işə bərpa edilməsi ilə bağlı məhkəmə qətnaməsinin icra olunduğu günə qədər olan dövrdür. Borclu Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(001)- 2237/2022 saylı, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(103)-148/2023 saylı və Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(001)- 483/2023 saylı qərarlarına istinad edərək, həmin qərarlarda Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-781/2021 saylı icra sənədinin tam icra olunduğunun müəyyən edildiyini bildirsə də, məhkəmə bununla bağlı qeyd edir ki, həmin qərarlarda məhz borclunun hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində (icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə) nəzərdə tutulmuş inzibati xəta tərkibinin mövcud olub-olmamasına hüquqi qiymət verilmişdir. Həmçinin, borclunun nümayəndəsi məhkəmə iclasında Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(001)-489/2021 saylı qərardadında da “borclu Tələbkar ilə “MolX6 Kredit Təşkilatı” MMC arasında bağlanmış əmək müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixdə bitdiyindən Tələbkar işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının tutulması həmin müddətlə məhdudlaşdırılmalıdır” kimi göstərildiyinə istinad etsə də, məhkəmə bununla bağlı qeyd edir ki, həmin qərardad işə baxan hakimin özü tərəfindən ləğv edilmişdir. Təsvir edilənlərə əsasən hesab edirəm ki, icra məmuru Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-781/2021 saylı icra sənədi üzrə icraata xitam verməməkdə haqlı olduğundan hazırki şikayət təmin edilməməlidir. Göstərilənlərə əsasən və “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Borclu “M X6 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin icra məmurunun hərəkətlərindən verdiyi şikayət rədd edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar