Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-1006/2024 28.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, X7, Maraqlı şəxs1 böyük icra məmuru X10, Tələbkarın nümayəndəsi Nümayəndə iştirakları ilə, X7 Binəqədi rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli “aliment borcunun müəyyən edilməsi haqqında” qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X9 məhkəməyə şikayətlə müraciət etmiş və şikayətini onunla əsaslandırmışdır ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-6682/2019 nömrəli icra sənədinə əsasən xx.xx.2005-ci il təvəllüdlü X22, xx.xx.2010-cu il təvəllüdlü X14 18 yaşa çatanadək saxlanılmaları üçün ondan hər ay hər uşağa görə 170 manat olmaqla, ümumilikdə 340 manat sabit pul məbləğində aliment tutularaq X6 ödənilməli və həmin məbləğdə alimenton tutulmasının əvvəli xx.xx.2019-cu il tarixdən hesablanması qət edilmişdir. Sonradan aliment məbləği artırılaraq gəlirinin 1/3 hissəsi miqdarında alimentin ödənilməsi və əlavə olaraq X15 müalicə xərclərinin ödənilməsi üçün 50 manat X5 xeyrinə tutulması Binəqədi Rayon Məhkəməsinin qətnamələri ilə müəyyən edilmişdir. Hər bir icra sənədi üzrə Binəqədi icra Şöbəsində başlanmış icraat üzrə onun aliment borcu olmamasına baxmayaraq (artıq ödəmələri olduğu halda) borclu barəsində məcburi icra tədbirləri görülmüşdür. Lakin buna baxmayaraq Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru Şakir Bahadırov tərəfindən onun tərəfindən Maraqlı şəxs2 ödənilməli aliment borcu 5572,53 manat məbləğində müəyyən edilmişdir. Hesab edir ki, Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru Şakir Bahadırovun xx.xx.2024-cü il tarixli “aliment borcunun müəyyən edilməsi haqqında” qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Əlavə olaraq bildirmişdir ki, uşaqlardan biri xx.xx.2005-ci il təvəllüdlü X22 xx.xx.2021-ci il tarixdən onun yanında qalmış və Binəqədi Rayon Məhkəməsinin qətnaməsində öz əksini tapmış və qətnamə qəbul edilmişdir. Oğlu xx.xx.2022-ci il tarixdə X22 böyrək çatışmazlığından vəfat etmişdir. Amma icra məmuru mərhum oğlunun onun yanında olmasına baxmayaraq, qərəzli formada borc hesablamışdır. Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru Şakir Bahadırov gəlirlərini hesablamış, lakin onun işi olmadığı üçün əmək haqqı nədə ki, əlavə gəliri olmamışdır. Bununla bağlı Binəqədi Rayon Məhkəməsinə şikayət etmiş və məhkəmənin xx.xx.2024-cü il tarixli, 8(001)-742/2024 saylı qərarı ilə Binəqədi rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ləğv edilmiş və aliment borcunun yenidən hesablanması həvalə edilmişdir. Hesab edir ki, icra şöbəsinin qəbul etdiyi sözügedən qərar tamamilə qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Çünki, Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru Şakir Bahadırov aliment borcu yenidən hesablanarkən işsizliyini nəzərə almadan 1/3 gəlirindən alimentin tutulmasını və mərhum oğlu X16 xx.xx.2021-ci ildən onun yanında olduğu dövrü də hesablamışdır. Ona görə də, hazırki şikayət ilə məhkəməyə müraciət edilməsi zəruri olmuşdur. Maraqlı şəxs1 böyük icra məmuru Şakir Bahadırovun xx.xx.2024-cü il tarixli “aliment borcunun müəyyən edilməsi haqqında” qərarının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən borclu şikayətin məzmununa uyğun ifadə verərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasından iştirak edən Maraqlı şəxs1 böyük icra məmuru X20 bildirdi ki, hesablama Dövlət Statistika Komitəsinin məlumatı əsasında aparılmışdır. Məhkəmə iclasında iştirak edən tələbkarın nümayəndəsi şikayəti qəbul etməyərək, təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayəti və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, şikayət rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: Maraqlı şəxs1 xx.xx.2024-cü il tarixli “aliment borcunun müəyyən edilməsi haqqında” qərarının surətindən görünür ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)- 6682/2019 saylı, xx.xx.2019-cu il tarixli və Binəqədi Rayon Məhkəməsinin 2(001)- 2719/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədləri üzrə X13 Hüseynova (İsayeva) Zülfiyyə Maşallah qızına olan aliment borcu 3629,49 manat müəyyən edilmişdir. Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, X9 xx.xx.2024-cü il tarixdə şöbəyə dəvət olunaraq xx.xx.2024-cü il tarixli qərarla tanış edilib, onun hüquq və vəzifələri izah olunmuş, qərara əsasən həmin tarixə hesablanmış 3623.49 manat aliment borcun ödənilməi ondan tələb edilmişdir. Borclu F.Hüseynov izahatında hesablanmış aliment borcunun məbləği ilə razı olmadığını, qərardan şikayət edəcəyini bildirmişdir. Həmçinin, buna baxmayaraq iki həftə ərzində (yəni xx.xx.2024-cü il tarixədək) 1000 manat ödəniş edəcəyinə, qalan məbləği isə şikayətinə baxılandan sonra ödəyəcəyinə söz vermişdir. Lakin buna baxmayaraq, izahatında qeyd etdiyi müddət ərzində heç bir ödəniş etməmişdir. Bundan sonra X7 yaşayış yerini müəyyənləşdirmək mümkün olmadığından xx.xx.2024-cü il tarixdə borclunun axtarılması barədə qərar qəbul edilərək icra edilməsi üçün aidiyyəti üzrə Abşeron rayon Polis İdarəsinə göndərilmişdir. Əlavə olaraq bildirilir ki, Sabirabad rayon İcra və Probasiya şöbəsində X21 tələbkar tərəf olduğu e177448/2022-19-6 saylı icra işi mövcuddur. Şifahi sorğu nəticəsində əldə etdikləri məlumata əsasən X5 925 manat aliment borcu X19 mövcuddur. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)- 6682/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, X21 ilə X8 arasında xx.xx.2003-cü il tarixdə Bakı şəhəri Səadət Sarayında bağlanmış 1257 nömrəli nikahın pozulması, tərəflərin birgə nikahından olan uşaqları – xx.xx.2005-ci il təvəllüdlü X23 və xx.xx.2010-cu il təvəllüdlü X17 anaları X5 yanında qalmalarının müəyyən edilməsi, xx.xx.2005-ci il təvəllüdlü X23, xx.xx.2010-cu il təvəllüdlü X17 18 yaşına çatanadək saxlanmaları üçün X11 hər ay hər uşağa görə 170 manat olmaqla, ümumilikdə 340 manat sabit pul məbləğində alimentin tutularaq X6 ödənilməsi və həmin məbləğdə alimentin tutulmasının əvvəlinin xx.xx.2019-cu il tarixdən hesablanması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)- 2719/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddia ərizəsi qismən təmin edilmiş, Binəqədi Rayon Məhkəməsinin 2(001)-6682/2019 saylı xx.xx.2019-cu saylı qətnaməsi ilə xx.xx.2005-ci il təvəllüdlü X16 və xx.xx.2010-cu il təvəllüdlü X4 üçün X11 tutulan alimentin miqdarının artırılması, hazırki qətnamə bu hissədə qanuni qüvvəsinə mindiyi gündən hesablanmaqla xx.xx.2005-ci il təvəllüdlü X16 və xx.xx.2010-cu il təvəllüdlü X17 yetkinlik yaşına çatanadək saxlanması üçün X13 hər ay qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin X5 xeyrinə tutulması, xx.xx.2020-ci il tarixdən hesablanmaqla xx.xx.2005-ci il təvəllüdlü X16 müalicə xərclərinin ödənilməsi üçün X11 hər ay 50 manat X5 xeyrinə tutulması qət edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)- 3495/2022 saylı qərardadının surətindən görünür ki, ərizə təmin edilmiş, X11 Maraqlı şəxs2 xeyrinə xx.xx.2005-ci il təvəllüdlü X23 və xx.xx.2010-cu il təvəllüdlü X1 üçün alimentin hesablanma qaydasını aşağıdakı qaydada müəyyən edilməklə izah verilmişdir:
1. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6682/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixə qədər xx.xx.2005-ci il təvəllüdlü X23 və xx.xx.2010-cu il təvəllüdlü X1 üçün X11 hər ay hər uşağa görə 170 manat olmaqla, ümumilikdə 340 manat sabit pul məbləğində alimentin tutulması hesablansın.
2. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2719/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2020-ci il tarixdən (qətnamə qanuni qüvvəsini aldığı vaxtdan) xx.xx.2022-ci il tarixə qədər xx.xx.2005-ci il təvəllüdlü X23 və xx.xx.2010-cu il təvəllüdlü X1 üçün X11 hər ay qazancının 1/3 hissəsi miqdarında aliment hesablansın. Həmçinin xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər xx.xx.2005-ci il təvəllüdlü X16 müalicə və xərclərinin ödənilməsi üçün X11 hər ay 50 manat tutulması hesablansın.
3. xx.xx.2022-ci il tarixdən sonra və hazırki dövr üçün X13 hər ay qazancının yalnız xx.xx.2010-cu il təvəllüdlü X2 üçün, yəni bir uşağa görə - ¼ hissəsi məbləğində alimentin tutulması hesablansın. Maraqlı şəxs2 X13 xeyrinə xx.xx.2005-ci il təvəllüdlü X3 üçün alimentin hesablanma qaydasını aşağıdakı qaydada müəyyən edilməklə izah verilmişdir:
1. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3495/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər xx.xx.2005-ci il təvəllüdlü X3 üçün hər ay 193 manat sabit pul məbləğində aliment və xx.xx.2005-ci il təvəllüdlü X16 xəstəliyi ilə əlaqədar müayinə və müalicə xərclərinə görə əlavə olaraq 30 manat pul məbləği hesablansın. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(001)-742/2024 saylı qərardadının surətindən görünür ki, şikayət tımin edilmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6682/2019 nömrəli, xx.xx.2019-cu il tarixli və Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2719/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədləri üzrə Maraqlı şəxs1 böyük icra məmuru X20 tərəfindən qəbul edilmiş xx.xx.2024cü il tarixli “aliment borcunun müəyyən edilməsi haqqında” qərar ləğv edilmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6682/2019 nömrəli, xx.xx.2019-cu il tarixli və Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2719/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədləri üzrə aliment borcunun yenidən hesablanması Maraqlı şəxs1 böyük icra məmuru X18 həvalə edilmişdir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin məlumatından görünür ki, Bakı şəhəri Binəqədi rayonu üzrə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2020-ci ildə 585 manat, 2020-ci ildə 629,9 manat, 2022-ci ildə 702,4 manat, 2023-cü ilin yanvar ayında 742,7 manat təşkil etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun: 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 106.1-ci maddəsinə əsasən icra vərəqəsi və ya aliment ödənilməsi barədə notariat qaydasında təsdiq olunmuş saziş əsasında onların təqdim edilməsindən əvvəlki dövrə görə aliment 3 illik müddət həddində tutula bilər. 106.2-ci maddəsinə əsasən aliment onu icra vərəqəsi və ya aliment ödənilməsi barədə saziş əsasında ödəməli olan şəxsin təqsiri üzündən ödənilmədikdə, əvvəlki dövr üçün aliment bu Məcəllənin 100.3-cü maddəsi ilə müəyyən edilmiş 3 illik müddətdən asılı olmayaraq istənilən müddətdə tutula bilər. 106.3-cü maddəsinə əsasən borclar alimentin məhkəmənin qətnaməsi və ya aliment ödənilməsi barədə saziş ilə müəyyən edilən miqdara uyğun olaraq icra məmuru tərəfindən müəyyən edilir. 106.4-cü maddəsinə əsasən bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq yetkinlik yaşına çatmayanlara ödənilən aliment üzrə borcların miqdarı aliment ödəməli olan şəxsin onu ödəmədiyi dövr ərzindəki qazancına və başqa gəlirlərinə görə müəyyən edilir. Həmin şəxs göstərilən dövrdə işləmədikdə və ya onun əmək haqqının və (və ya) başqa gəlirlərini təsdiqləyən sənəd təqdim edilmədikdə, aliment üzrə borcların miqdarı borc tutulduğu vaxtda Azərbaycan Respublikası üzrə orta əmək haqqına görə müəyyən edilir. Borcların bu cür müəyyən edilməsi tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozarsa, həmin tərəf məhkəməyə müraciət edə bilər. Bu halda məhkəmə tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq aliment üzrə borcları sabit pul məbləğində müəyyən edə bilər. 106.5-ci maddəsinə əsasən icra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər. Qanunvericiliyin tələblərindən də göründüyü kimi, ödənilən aliment üzrə borcların miqdarı aliment ödəməli olan şəxsin onu ödəmədiyi dövr ərzindəki qazancına və başqa gəlirlərinə görə müəyyən edilir. Həmin şəxs göstərilən dövrdə işləmədikdə və ya onun əmək haqqının və (və ya) başqa gəlirlərini təsdiqləyən sənəd təqdim edilmədikdə, aliment üzrə borcların miqdarı borc tutulduğu vaxtda Azərbaycan Respublikası üzrə orta əmək haqqına görə müəyyən edilir. Hazırki işdən də görünür ki, icra məmuru tərəfindən daha əvvəl aliment borcunun müəyyən edilməsi barədə qərar qəbul edilmiş, lakin borclu həmin qərardan şikayət vermiş və məhkəmənin qərardadı ilə şikayət təmin edilmiş və icra məmurunun həmin qərarı ləğv edilmiş, icra məmuruna aliment borcunun yenidən hesablanması həvalə edilmişdir. İcra məmuru xx.xx.2024-cü il tarixdə yenidən aliment borcunun müəyyən edilməsi barədə qərar qəbul etmişdir. Lakin hazırda borclu həmin qərardandan da narazı olduğundan, şikayətlə müraciət etmişdir. Məhkəmə şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Belə ki, icra məmuru tərəfindən müəyyən olunmuş aliment borcu Dövlət Statistika Komitəsinin hesabatlarına uyğun aparılmış, qərar qanunsuz və əsassız olmamışdır. Belə olan halda da, məhkəmə hesab edir ki, şikayət təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə
q ə r a r a a l d ı:
X7 Binəqədi rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli “aliment borcunun müəyyən edilməsi haqqında” qərarından verdiyi şikayət rədd edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Rəşad Qoşqarlı