Məhkəmə qərarları › İş №8(001)-1014/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-1014/2024

14.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-1014/2024 14.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Məhkəmə iclasının katibi Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi Tələbkar, Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru X1 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-2487/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru X1 təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, icraatında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)- 2487/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. İcra məmurunun təqdimatı onunla əsaslandırılmışdır ki, icraatında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-2487/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu ümumilikdə 9077,63 manat pul vəsaiti və 100 manat dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməli, ümumi dəyəri 850 manat olan 5 ədəd çilçıraq və dəyəri 1600 manat olan mətbəx mebel dəsti Borclu alınaraq Tələbkar verilmədir. İcra sənədi xx.xx.2024-cü il tarixində Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Borclu tərəfindən icra sənədi tam icra edilməmişdir. Məhkəmə iclasında iştirak edən Tələbkar borclu tərəfindən icra sənədinin icra edilmədiyini bildirərək, təqdimatın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən icra məmuru Ruslan Məmmədov borclu tərəfindən icra sənədinin icra edilmədiyini bildirərək, təqdimatın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, borclu özü daxili işlər orqanını əməkdaşı olmaqla aylıq gəlirlərə malikdir. Ayrı-ayrı icra sənədi üzrə aliment öhdəliyi vardır və gəlirləri hesabına aliment ödənilir. Borclunun yazılı izahatı alınmayıb. Qeyd etdiyi hallar yalnız şifahi qaydada əsaslandırılır. Müvafiq qaydada məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, borclu məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata borclunun iştirakı olmadan təqdim edilmiş materiallar əsasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatını dinləyib, icra işi ilə birlikdə işdə olan sənədləri tədqiq edib, təqdimatın dəlillərinə qiymət verərək belə nəticəyə gəlir ki, təqdimat rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 22 aprel tarixli 2 №-li Qərarı ilə təsdiq edilmiş "Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında" Təlimatın 2.2-ci bəndinə əsasən, məhkəmə qərarı, əmri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: - könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir; - icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; - borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Təlimatın 2.4-cü bəndinə müvafiq olaraq, təqdimata icraat materialının, o cümlədən borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün verilmiş müddət barədə bildiriş və onun çatdırılmasını təsdiq edən sifarişli poçt göndərişinin (məktubu) və ya şəxsən verilməsi barədə sənədin surəti əlavə edilir. Təlimatın 2.5-ci bəndinə görə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmurunun təqdimatına icra qurumunun rəhbəri tərəfindən operativ baxılaraq aşağıdakı hərəkətlər yerinə yetirilir: - borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün bildirişin rəsmi qaydada verilməsini yoxlayır; - borclunun icra sənədinin icrasından üzrsüz səbəbdən yayınması hallarını araşdırır; - bu Təlimatın 2.2-ci bəndində göstərilən tələblərə əməl olunub-olunmamasını yoxlayır; - təqdimatla razılaşdıqda onu təsdiq edir. Göründüyü kimi, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl ilk növbədə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirməli, borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirməli, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olubolmamasını da yoxlamalıdır. Eyni zamanda Təlimat icra qurumunun rəhbəri tərəfindən müəyyən hərəkətlərin edilməsini və təqdimatla razılaşdığı təqdirdə, təqdimatın onun tərəfindən təsdiq edilməsini nəzərdə tutsa da, iş materiallarında olan təqdimatda bu barədə hər hansı qeyd yoxdur. Məhkəmə nəzarətinin müddəti məhkəməyə bütün elementləri, o cümlədən məhdudlaşdırıcı tədbirin mütənasibliyi ilə bağlı amilləri nəzərə almaq imkanı verməlidir”. “Qoçev Bolqariyaya qarşı” iş üzrə qərarında İnsan hüquqları üzrə Avropa Məhkəməsi kredit borcunun ödənilməsinin təmini ilə əlaqədar borclunun ölkəni tərk etmək hüququnun məhdudlaşdırılmasını hüquqauyğun hesab etsə də, 4 saylı Protokolun 2-ci maddəsinin pozuntusu kimi ona əsaslanmışdır ki, tərəflər icra icraatının gedişi haqqında ətraflı məlumat təqdim etməmişlər. Müvafiq olaraq hakimiyyət və kreditorların borcu almaq üçün gördüyü tədbirlərin kifayətedici olub-olmamasını, borclunun öz kreditorlarına borcu ödəmək imkanının olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Həmin işdə Məhkəmə qeyd etmişdir ki, işin halları ona dəlalət edir ki, borclunun üzərinə ölkəni tərk etməmək barədə məhdudiyyət avtomatik qoyulmuş, ona şəxsi vəziyyəti, borcu ödəməməsinin səbəbləri barədə izahat vermək imkanı yaradılmamış, bununla da ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə həmin hüquq arasında mütənasiblik təmin olunmamışdır. Eyni mövqeyi Məhkəmə “Rosenqren Rumıniyaya qarşı” işdə də təkrarlamışdır. “Battista İtaliyaya qarşı” işdə Məhkəmə həmçinin qeyd etmişdir ki, “şəxsin borclu olduğu məbləği ödəmək iqtidarında olub olmadığını nəzərə almadan borcun ödənilməməsi ilə bağlı ölkədən getməyin məhdudlaşdırılmasmm avtomatik tətbiq edilməsi Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsinin pozuntusu kimi qiymətləndirilməlidir”. X5 Məhkəməsi «Xyustov Rusiyaya qarşı» işi üzrə 11 iyul 2013-cü il tarixli qərarında qeyd etmişdir ki, ərizəçinin ölkədən çıxışının məhdudlaşdırılması ilə bağlı icra məmurlarının tələblərində və göstərişlərində borclunun borcu ödəməməsindən başqa, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasına haqq qazandıracaq hər hansı bir əsas göstərilməmişdir. İcra məmurları tərəfindən həmçinin məhdudiyyətin qoyulmasının borcun ödənilməsinə nə dərəcədə təsir göstərəcəyi əsaslandırılmamışdır. X5 Məhkəməsinin fikrincə icra məmurunun tələblərdə və göstərişlərində eyni mətnlərin təkrarlanması onu təsdiq edir ki, icra məmurunun borclunun ölkədən getmək hüququnun məhdudlaşıdırılması ilə bağlı tələb hüququnun yaranmasının əsası kimi yalnız borclunun borcu ödəməməsi olmuşdur. Avropa Məhkəməsinin mövqeyinə görə konkret halda borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə Avropa Konvensiyası 4 saylı Protokolun 2-ci maddəsinin (Hərəkət etmək azadlığı) tələbləri pozulmuşdur. Məhkəmə icra işini araşdıraraq icra məmuru tərəfindən təqdimatda qeyd ediliyi kimi müvafiq sorğular verilməsi və tədbirlər görülməsinin nəticə verilməməsi öz təsdiqini tapmadığından hesab edir ki, hazırki halda borclunun barəsində ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair icra məmurunun təqdimatından imtina edilməsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərində formalaşan hüquqi mövqeyə uyğundur. Məhkəmə həmçinin qeyd edir ki, yuxarıda şərh olunan hüquq norması (84-1maddə) «İcra haqqında» Azərbaycan Respublikası Qanununun «Məhkəmə və digər orqanların qərarlarının icrası haqqında» Azərbaycan Respublikası Qanunvericiliyinin pozulmasına görə məsuliyyət» fəslində əks olunmuşdur. Bu onu göstərir ki, «Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması» borclunun barəsində tətbiq olunması nəzərdə tutulan məsuliyyət tədbiridir. Hüquqi mövqeyə görə şəxsin məsuliyyəti o halda yaranır ki, onun təqsiri sübuta yetirilmiş olsun. Məhkəmə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə bağlı aşağıdakı hüquqi mövqelərini nəzərə alınmalı olduğunu zəruri hesab edir: “Bu cür məhdudiyyətlər fərdi şəxslərin azad hərəkət etmək hüququndan daha üstün olan ictimai marağın mövcudluğunun aşkar sübutlarının olması şərtilə konkret hallarda əsaslı hesab edilə bilər. Məhdudiyyət konkret elementlərlə əsaslandırılmış olmalıdır” (Vlasov və Benyaş Rusiya Federasiyasına qarşı). “X2rşı” işdə isə Məhkəmə qeyd etmişdir ki, hökümət ölkəni tərk etmək hüququnun məhdudlaşdırmanın zəruriliyinin nədən ibarət olmasını, izah etməmiş, zəruriliyə əsas olan halları göstərməmişdir. Nəticədə xaricə getmək hüququnun məhdudlaşdırılmasının mütənasibliyinin zəruri qiymətləndirilməsi aparılmamış, bu məhdudiyyətin tətbiq edilməsi əsaslandırılmamış, ərizəçinin vəziyyəti öyrənilməmişdir. Bununla yanaşı nəzərə alınmalıdır ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məhkəmə qərarlarının icrasına xidmət edən səmərəli vasitə olsa belə, həmin tədbirin tətbiq edilməsi öz-özlüyündə qüvvəyə minmiş məhkəmə qərarlarının vaxtında, tam və düzgün icra edilməsi üçün icra məmuru tərəfindən “İcra haqqında” Qanunun 43-cü maddəsində nəzərdə tutulmuş tədbirlərin tətbiqini əvəz etmir. Əks halda, tələbkar və borclunun hüquq və qanuni maraqları əsassız məhdudlaşdırıla, onlar arasında tələb olunan ədalətli balans pozula bilər. Göründüyü kimi, icra məmuru tərəfindən icra işində “Elektron məhkəmə informasiya sistemi”ndə verilmiş və borclunun mülkiyyətində iki avtomobil olması müəyyən edilməsinə baxmayaraq borclunun əmlakı ilə bağlı zəruri olan icra tədbirləri görülmədən, ölkədən getmək hüququnun məhdudlaşdırılmasının zəruriyyətinin nədən ibarət olmasını əsaslandırmamış təqdimatla məhkəməyə müraciət edilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru Ruslan Məmmədovun təqdimatı rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-2487/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru X1 təqdimatı rədd edilsin. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elnarə Vəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar