Məhkəmə qərarları › İş №8(001)-1048/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-1048/2024

04.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-1048/2024 04.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X3 katibliyi, icra sənədi üzrə Borclu iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, 2(001)- 4320/2023 saylı icra sənədinin icrası ilə əlaqədar Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı şəhəri Binəqədi Rayon İcra şöbəsinin böyük icra məmuru Bəxtiyar İsmayılovun təqdimatına Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon İcra şöbəsinin böyük icra məmuru Bəxtiyar İsmayılov təqdimatla məhkəməyə müraciət edərək xx.xx.1983-cü il təvəllüdlü, Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Binəqədi rayonu 8-ci Mikrarayon,X11 küçəsi,ev 5,mənzil 51 ünvanında yaşayan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, icraatda olan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-4320/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu hər ay iki uşağın saxlanması üçün 440 manat məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi üzrə icraata başlandıqdan sonra xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü qaydada təmin edilməsi məqsədi ilə borcluya qeydiyyatda olduğu və yaşadığı ünvana qərar və bildiriş göndərilmişdir. Borclu icra sənədində göstərilən tələbi ona verilmiş müddət ərzində təmin etməmiş və bu səbəbdən onun barəsində məcburi icra hərəkətlərinin tətbiqinə zərurət yaranmışdır. Məhkəmə iclasında iştirak edən Borclu təqdimata etiraz edərək göstərmişdir ki, o, hər ay alimenti vaxtı-vaxtında ödəyir. Yığılmış borc 6 ayın borcudur, tələbkarla aralarında razılıq olmuşdur ki, tələbkar özü təklif etsin ki, ona məxsus evdə kirayə qalsınlar, o, həmin aylarda aliment ödəməməli idi, yəni tələbkarınb onun evində qaldığı vaxtlar onun ödəyəcəyi alimentlə əvəzləşdirilməli idi. Bu razılıq isə icra məmurunun yanında olmuşdur. Sonra evdən çıxdılar və başladı ondan pul tələb etməyə. Pulu karta ödəyir. 1200 manatdan çox ödəmişdir. Hər ay ödəniş edir. Rəsmi 2023-cü ilin noyabr ayında boşanmış, avqust ayından isə o, aliment ödəyir. Alimet 440 manatdır, lakin o, 500 manatdan ödəyir. Əvvəllər taksi sürücüsü idi, iş çox zəyif oldu, indi xaricə gedib-gəlir, alimenti ödəmək üçün pul qazanır. Onun ölkədən çıxışına məhdudiyyət qoyularsa, başqa gəlir yeri olmayacaq. O, həmçinin məhkəməyə iki ədəd ödəniş qəbzi təqdim edərək göstərdi ki, 21 oktyabr 2024-cü il tarixdə 1000 manat, 29 oktyabr 2024-cü il tarixdə isə 500 manat məbləğində aliment borcundan ödəniş etmiş və hazırki vaxtda onun cəmi 1000 manat məbləğində aliment borcu qalmışdır. Göstərdiklərini nəzərə alaraq təqdimatın təmin edilməməsini xahiş etdi. Təqdimatla məhkəməyə müraciət etmiş icra məmuru və tələbkar məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların iştirakları olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə borclunu dinləyib, təqdimatı iş materialları əsasında araşdıraraq hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, təqdimata əlavə edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, 2(001)-4320/2023 saylı icra vərəqəsindən görünür ki, iddia təmin edilərək Tələbkar ilə Borclu arasında xx.xx.2008-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsində bağlanmış 658 saylı nikah qeydinin ləğv edilməsi, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından olan xx.xx.2009-cu il təvəllüdlü X9 və xx.xx.2013-cü il təvəllüdlü X10 anaları Tələbkar yanında saxlanılmaları, xx.xx.2023-cü il tarixdən başlayaraq yetkinlik yaşına çatanadək xx.xx.2009-cu il təvəllüdlü X1 üçün Borclu Tələbkar xeyrinə hər ay 220 manat aliment tutulması, xx.xx.2023-cü il tarixdən başlayaraq yetkinlik yaşına çatanadək xx.xx.2013-cıi il təvəllüdlü X2 üçün Borclu Tələbkar xeyrinə hər ay 220 manat aliment tutulması, Borclu dövlət rüsumuna görə 50 manat Tələbkar xeyrinə tutulması, Borclu dövlət rüsumuna görə 50 manat dövlət nəfinə tutulması və qətnamənin alimentlə bağlı hissədə dərhal icra edilməsi qət edilmişdir. Binəqədi rayon icra şöbəsinin böyük icra məmuru X4 xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, 2(001)-4320/2023 saylı icra vərəqəsi icraata başlanılmışdır. Binəqədi rayon icra şöbəsinin böyük icra məmuru X5 tərəfindən 01 aprel 2024-cü il tarixdə icra sənədi üzrə Borclu ünvanlanmış məktubdan görünür ki, Borclu 2640 manat məbləğində aliment borcunun olması barədə xəbərdarlıq edilmişdir. Tələbkar Binəqədi rayon icra şöbəsinə ünvanlandığı xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Borclu xx.xx.2024-cü il tarixə 2500 manat məbləğində aliment borcu var və borclunun ölkədən giriş-çıxışına məhdudiyyət qoyulmasını xahiş etmişdir. İşə əlavə edilmiş qəbzlərdən görünür ki, borclu tərəfindən xx.xx.2023-cü il tarixdən, xx.xx.2024-cü il tarixədək olan müddət ərzində ümumilikdə 3220 manat məbləğində aliment borcu ödənilmişdir. 21 oktyabr 2024-cü il tarixli qəbzdən görünür ki, *****7510 nömrəli (borcluya məxsus) kartdan 416973** ***2539 nömrəli (tələbkara məxsus karta) 1000 manat məbləğində ödəniş edilmişdir. 29 oktyabr 2024-cü il tarixli qəbzdən görünür ki, *****7510 nömrəli (borcluya məxsus) kartdan 416973** ***2539 nömrəli (tələbkara məxsus karta) 500 manat məbləğində ödəniş edilmişdir. Qeyd edilməlidir ki, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Qanunvericiliyin tələbindən görünür ki, verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Hazırki işdən isə müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, 2(001)-4320/2023 saylı icra vərəqəsinə əsasən, Tələbkar ilə Borclu arasında xx.xx.2008-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsində bağlanmış 658 saylı nikah qeydinin ləğv edilməsi, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından olan xx.xx.2009-cu il təvəllüdlü X9 və xx.xx.2013-cü il təvəllüdlü X10 anaları Tələbkar yanında saxlanılmaları, xx.xx.2023-cü il tarixdən başlayaraq yetkinlik yaşına çatanadək xx.xx.2009-cu il təvəllüdlü X1 üçün Borclu Tələbkar xeyrinə hər ay 220 manat aliment tutulması, xx.xx.2023-cü il tarixdən başlayaraq yetkinlik yaşına çatanadək xx.xx.2013-cü il təvəllüdlü X2 üçün Borclu Tələbkar xeyrinə hər ay 220 manat aliment tutulması, Borclu dövlət rüsumuna görə 50 manat Tələbkar xeyrinə tutulması, Borclu dövlət rüsumuna görə 50 manat dövlət nəfinə tutulması və qətnamənin alimentlə bağlı hissədə dərhal icra edilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 22 aprel tarixli 2-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.2. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: 2.2.1. könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Borclunun əvəzinə bildirişi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməlidir; 2.2.2. icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; 2.2.3. borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. İş üzrə müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, 2(001)-4320/2023 saylı icra sənədinin icrası ilə əlaqədar borclu tərəfindən xx.xx.2023-cü il tarixdən, 08 oktyabr 2024-cü il tarixədək ümumilikdə 3220 manat məbləğində, 21 oktyabr 2024-cü və 29 oktyabr 2024-cü il tarixlərdə isə ümumilikdə 2500 manat məbləğində aliment borcu ödənilmişdir. Hazırda isə borclunun icra sənədi üzrə tələbkara 1000 manat məbləğində aliment borcu qalmışdır. Belə olduğu halda isə Borclu icra sənədi üzrə aliment borcunu ödəməkdən yayınması iş materialları ilə sübuta yetirilmir. Yəni, borcludan məhkəmə qətnaməsi ilə tutulması nəzərdə tutulan alimentin mütəmadi olaraq ödənilməsi işin mübahisəsiz halıdır. Bundan əlavə məhkəmə, hazırki təqdimatın verilməsinə qədər borclu tərəfindən mütəmadi edilmiş ödənişləri nəzərə alaraq, borclunun mülkiyyətində olan mənzildən tələbkar tərəfindən istifadə edilərək kirayə haqqı kimi edilməsi nəzərdə tutulan ödənişin, aliment ödənişinə çıxılması ilə bağlı tələbkarla aralarında olan şifahi razılaşmanın olmasına dair borclunun dəlilini inandırıcı hesab edir və qeyd edir ki, yığılıb ödənilməmiş qalan aliment məhz borcludan aslı olmayan səbəblərdən baş vermişdir. Məhkəmə həmçinin xüsusilə qeyd etməyi zəruri hesab edir ki, borclu izahatında aylıq gəlirinin məhz ölkə xaricindən kənarda işləyərək qazandığını bildirdiyindən, məhkəmə hesab edir ki, əgər təqdimat təmin edilərəsə, borclunun qazancının kəsilməsinə, bunun nəticəsində isə alimentin ödənilməməsinə gətirib çıxarmış olacaqdır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, 2(001)-4320/2023 saylı icra sənədinin icrası ilə əlaqədar Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı şəhəri Binəqədi Rayon İcra şöbəsinin böyük icra məmuru Bəxtiyar İsmayılovun təqdimatı edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən, və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 267 və 268-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, 2(001)- 4320/2023 saylı icra sənədinin icrası ilə əlaqədar Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı şəhəri Binəqədi Rayon İcra şöbəsinin böyük icra məmuru Bəxtiyar İsmayılovun təqdimatı edilməsin. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar