Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-1052/2024 28.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, Borclular Borclu1 və Borclu2 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-5458/2021 nömrəli icra sənədinin icrası məqsədilə əmlakın giriş qapısının məcburi qaydada açılması barədə Binəqədi rayon İcra şöbəsinin icra məmuru Nəbi Allahverdiyevin təqdimatına açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin icra məmuru Nəbi Allahverdiyev təqdimatla məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən 14 saylı evin 7 saylı mənzilin giriş qapısının məcburi qaydada açılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Binəqədi rayon Məkəınəsinin xx.xx.2021-ci il tarixli, 2(001)-5458/2021 saylı icra vərəqəsinə əsasən cavabdehlər Borclu1 və Borclu2 yetkinlik yaşına çatmayan övladları xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X4 ilə birlikdə Tələbkar ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən 14 saylı evin 7 saylı mənzilindən çıxarılmalıdır. Mənzil tamamilə boşaldılaraq, mülkiyyətçi Tələbkar ASC-yə təhvil verilməlidir. Cavabdehlər Borclu3, Borclu1, Borclu2 və onun yetkinlik yaşına çatmayan övladları xx.xx.2007-ci il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X2 Tələbkar ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən 14 saylı evin 7 saylı mənzil üzərindəki istifadə hüquqlarına xitam verilməlidir. Ödənilmiş 10 manat dövlət rüsumunun əvəzi cavabdchlər Borclu3, Borclu1 və Borclu2 tutularaq Tələbkar ASC-yə ödənilməlidir. İcra vərəqəsində göstərilən tələbi 10 (on) gün müddətinə könüllü təmin edilməsi barədə bildiriş və qərar borcluya göndərilmişdir. İcra vərəqəsinin icrası tərəflərindən təyin olunsa da və bu barədə borcluya bildirişlər göndərilsə də borclu icra yerinə gəlməmişdir. Mənzilin giriş qapısı bağlı olduğundan icra vərəqəsini icra etmək mümkün olmamışdır. Bu barədə tərəflərindən müxtəlif tarixlərdə müvafiq aktlar tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən Borclu2 təqdimatın rədd edilməsini xahiş edərək bildirdi ki, onlara bildirilən gün deyil, başqa gün gəldiklərindən evdə olmayıblar. Məhkəmə iclasında iştirak edən Borclu1 təqdimatın rədd edilməsini xahiş edərək bildirdi ki, onlar bankla və icra məmuru ilə danışıblar, onlara ayın 20-sinə kimi vaxt veriblər. Buna baxmayaraq onlar vaxtından tez gəlmişlər, onlarda həmin vaxt evdə olmayıblar. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq icra məmuru, tələbkar və digər borclu məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna baxmayaraq məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və icra işinin materiallarını araşdırıb hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, təqdimata əlavə edilmiş Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-5851/2021 saylı icra vərəqəsindən görünür ki, cavabdehlər Borclu1 və Borclu2 yetkinlik yaşına çatmayan övladları xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X4 ilə birlikdə Tələbkar ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən 14 saylı evin 7 saylı mənzilindən çıxarılmalı, mənzil tamamilə boşaldılaraq, mülkiyyətçi Tələbkar ASC-yə təhvil verilməli, cavabdehlər Borclu3, Borclu1, Borclu2 və onun yetkinlik yaşına çatmayan övladları xx.xx.2007-ci il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X2 Tələbkar ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən 14 saylı evin 7 saylı mənzil üzərindəki istifadə hüquqlarına xitam verilməlidir. Binəqədi rayon icra şöbəsinin icra məmuru Nəbi Allahverdiyev tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul edilmiş icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)- 5851/2021 saylı icra vərəqəsi üzrə icraata başlanılmış, borclulara icra sənədinin könüllü icra edilməsi təklif edilmişdir. xx.xx.2023, xx.xx.2023, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə tərtib edilmiş aktların surətlərindən görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-5851/2021 saylı icra vərəqəsinin icrası ilə əlaqədar Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən 14 saylı evin 7 saylı mənzilə gedilsə də, qapını açan olmamışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. “İcra məmurları” haqqında Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən icra məmurları Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, apellyasiya məhkəmələrinin, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin, ağır cinayətlər məhkəmələrinin, inzibati məhkəmələrin, kommersiya məhkəmələrinin, hərbi məhkəmələrin, rayon (şəhər) məhkəmələrinin (bundan sonra — məhkəmələr) müəyyən olunmuş fəaliyyət qaydasını təmin edir, habelə məhkəmələrin mülki, kommersiya və inzibati mübahisələrə dair və inzibati xətalar haqqında işlər üzrə qərarlarının, cinayət işləri üzrə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların və qanunvericiliklə icrası icra məmurlarına həvalə edilmiş digər orqanların aktlarının icrasını, habelə probasiya nəzarətini həyata keçirirlər. Həmin Qanunun 8-ci maddəsinə əsasən icra xidməti icra məmurunun icra ilə əlaqədar zəruri hallarda borcluya məxsus mənzilə və ya otağa daxil olmaq, orada baxış keçirmək və bütün saxlama yerlərini açmaq və baxmaq, habelə müvafiq məhkəmənin qərarına əsasən bu hərəkətləri borcluya məxsus digər şəxslərin tutduqları mənzil və otaqlarda da həyata keçirmək hüququ vardır. Göründüyü kimi hazırda icra məmuru icra sənədinin icrası ilə əlaqədar Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən 14 saylı evin 7 saylı mənzilin giriş qapısının məcburi qaydada açılmasını xahiş etsə də, qanunvericiliyin tələblərindən göründüyü kimi icra sənədinin icrası ilə əlaqədar zəruri hallarda borcluya məxsus mənzilə və ya otağa daxil olmaq, orada baxış keçirmək və bütün saxlama yerlərini açmaq və baxmaq icra məmurunun hüququdur və bunun üçün məhkəmə tərəfindən qərardadın qəbul edilməsinə zərurət yoxdur. Borcluya məxsus əmlak digər şəxslər tərəfindən tutulduğu təqdirdə bu barədə məhkəmə qərar qəbul edə bilər. Bununla bağlı isə icra məmuru tərəfindən təqdimata hər hansı sənəd əlavə edilməmişdir. Bundan əlavə məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, borclu tərəfindən icra sənədinin lazımi qaydada icra edilməsi üçün şərait yaradılmırsa və bununla da icra məmurunun qanuni tələblərinə əməl olunmursa, həmin borclu qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyətə cəlb oluna bilər. Bu baxımdan məhkəmə belə qənaətə gəlir ki, hazırkı təqdimat əsassızdır və təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-5458/2021 nömrəli icra sənədinin icrası ilə əlaqədar əmlakın giriş qapısının açılması barədə Binəqədi rayon İcra şöbəsinin icra məmuru Nəbi Allahverdiyevin təqdimatı təmin edilməsin. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №8(001)-1052/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-1052/2024
28.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver