Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-1072/2024 14.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X3 katibliyi, borclu X10 iştirakı ilə, Maraqlı şəxs1 21 iyun 2024-cü il tarixli qərarından X15 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Borclu X16 ərizə ilə məhkəməyə müraciət edərək Binəqədi rayon İcra Şöbəsinin 21 iyun 2024-cü il tarixli icraata xitam verilməsi barədə qərarının ləğv ediləmsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024ci il tarixli məktubuna əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)- 3111/2021 saylı qətnaməsi üzrə təkrar icra vərəqəsinin verilməsinə dair müraciətilə bağlı ilk növbədə Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə icraata verilməsinə dair Binəqədi rayon İcra Şöbəsinin 21 iyun 2024-cü il tarixli xitam qərarından şikayət verilməli olduğu bildirilmişdir. Bildirir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-3111/2021 saylı qətnaməsinə əsasən X4 apellvasiva şikayəti qismən təmin edilmiş və iddiaçı X15 tərəfindən cavabdehlər X7 və Maraqlı şəxs2 8500 (səkkiz min beş vüz) manat məbləğində kompensasiya ödənilmək şərtilə, cavabdehlər Maraqlı şəxs3 və Maraqlı şəxs2 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Əhməd Qasımov küçəsi, 22 saylı evin, 15 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi nəzərdə tutulmuşdur. Həmin qətnamə qanuni qüvvəsini alaraq, icraya yönəlmiş lakin tələbkarlar həmin icra vərəqəsinin icrasını gözləmədən yenidən məhkəmədə mənzilə köçürülmə tələbi ilə müraciət etmiş və Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilməklə tələbkarların Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Əhməd Qasımov küçəsi, 22 saylı evin, 15 saylı mənzilinə köçürülməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəlmişdir. İcra zamanı tərəflərin qarşılıqlı razlaşmasına əsasən tələbkarlara 8550 (səkkiz min beş yüz əlli) manat ödənilməklə tələbkarların mənzilə köçürülməkdən imtina edildiyi qeydə alınaraq bu barədə akt tərtib olunmuş və Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin icrasına xitam verilmişdir. Həmçinin cavabdehlər X7 və Maraqlı şəxs2 8500 (səkkiz min beş yüz) manat məbləğində kompensasiya ödənilmək şərtilə, cavabdehlər Maraqlı şəxs3 və Maraqlı şəxs2 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Əhməd Qasımov küçəsi, 22 saylı evin, 15 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi nəzərdə tutulmuşdur. Buna baxmayaq, qətnamə həmin hissədə icra edilməmiş, artıq icraata xitam verildiyi bildirilmişdir. Həmin qərarın surəti ona verilməmiş icra şöbəsində olarkən xəbəri olmuşdur. Məsələ ilə bağlı Binəqədi rayon icra və probasiya şöbəsində olarkən işin məhkəmə tərəfindən təkrar icra yönəldilməli olduğunu bildirmiş və Binəqədi rayon İcra Şöbəsinin 21 iyun 2024-cü il tarixli xitam qərarının surətini ona təqdim etmişlər. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən borclu X16 ərizəsini müdafiə edərək göstərmişdir ki, ona Maraqlı şəxs3 və Maraqlı şəxs2 ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Əhməd Qasımov küçəsi, 22 saylı evin, 15 saylı mənzilindən qeydiyyatdan çıxsınlar. Çünki, o, ondan tələb edilən 8550 manat məbləğində pulu tələbkara ödəyərkən, tələbkarla razılığa gəlmişlər ki, qeydiyyatdan çıxacaqlar, lakin hələ də çıxmayıblar. Göstərdiklərini nəzərə alaraq ərizəsinin təmin edilməsini xahiş etdi. İcra məmuru və tələbkar məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların iştirakları olmadan şikayət ərizəsinə baxılmasını mümkün hesab etmişdir. Binəqədi Rayon İcra Şöbəsinin icraatında olan e120149/2024-14-22-004 saylı icra işinə baxış keçirilmiş və müəyyən edilmişdir ki; Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)- 5203/2023 saylı icra vərəqəsindən görünür ki, X7 və Maraqlı şəxs2 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ə.Qasımov küçəsi, 22 saylı evin 15 saylı 3 otaqlı mənzilinin X14 məxsus 2 otaqdan ibarət hissəsinə köçürülmələri və dövlət rüsumunun əvəzi kimi 50 manat məbləğində pul vəsaitinin X9 tutularaq X5 ödənilməsi qət edilmişdir. Binəqədi Rayon İcra Şöbəsinin böyük icra məmuru Aqil Cəbiyevin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)-5203/2023 saylı icra sənədi üzrə icraata başlanılmış və borclu X14 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi təklif olunmuşdur. Tələbkar Maraqlı şəxs2 Binəqədi Rayon İcra Şöbəsinin rəisinə ünvanlandığı xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)-5203/2023 saylı icra sənədinə əsasən o və anası Arzu Tahirova Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ə.Qasımov küçəsi, 22 saylı evin 15 saylı 3 otaqlı mənzilin, X14 məxsus 2 otaqdan ibarət hissəsinə köçürülməlidirlər. Həmin köçürülmə ilə bağlı borclu X8rşılıqlı razılığa gələrək ondan ümumilikdə 8500 manat məbləğində olmaqla, hər birinə 4250 manat məbləğində pul ödədiyinə görə görə, qeyd edilən mənzildən köçürülmədən imtina etməklə, həmin mənzildən qeydiyyatdan çıxacaqlar. Onlar təlşəbkar olaraq 8500 manat məbləğində pulu X9 almışlar. Bütün bunları nəzərə alaraq qeyd edilən icra sənədinin icrasına İcra Haqqında Qanunun 20.1.5-ci maddəsinin tələblərinə əsasən xitam verilməsini xahiş etmişdir. X1 Binəqədi Rayon İcra Şöbəsinin rəisinə ünvanlandığı xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)-5203/2023 saylı icra sənədinə əsasən o və oğlu Maraqlı şəxs2 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ə.Qasımov küçəsi, 22 saylı evin 15 saylı 3 otaqlı mənzilin, X14 məxsus 2 otaqdan ibarət hissəsinə köçürülməlidirlər. Həmin köçürülmə ilə bağlı borclu X8rşılıqlı razılığa gələrək ondan ümumilikdə 8500 manat məbləğində olmaqla, hər birinə 4250 manat məbləğində pul ödədiyinə görə görə, qeyd edilən mənzildən köçürülmədən imtina etməklə, həmin mənzildən qeydiyyatdan çıxacaqlar. Onlar təlşəbkar olaraq 8500 manat məbləğində pulu X9 almışlar. Bütün bunları nəzərə alaraq qeyd edilən icra sənədinin icrasına İcra Haqqında Qanunun 20.1.5-ci maddəsinin tələblərinə əsasən xitam verilməsini xahiş etmişdir. Binəqədi Rayon İcra Şöbəsinin böyük icra məmuru Aqil Cəbiyevin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)-5203/2023 saylı icra sənədində göstərilən tələb icra olunduğundan icra sənədi üzrə icraata xitam verilmişdir. X12 Binəqədi Rayon İcra Şöbəsinə xx.xx.2024-cü il tarixdə ünvanladığı məktubdan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-3111/2021 saylı qətnaməsinə əsasən X4 apellyasiya şikayəti qismən təmin edilmiş və iddiaçı X15 tərəfindən cavabdehlər X7 və Maraqlı şəxs2 8500 (səkkiz min beş yüz) manat məbləğində kompensasiya ödənilmək şərtilə, cavabdehlər Maraqlı şəxs3 və Maraqlı şəxs2 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Əhməd Qasımov küçəsi, 22 saylı evin, 15 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi nəzərdə tutulmuşdur. Həmin qətnamə qanuni qüvvəsini alaraq, icraya yönəlmiş lakin tələbkarlar həmin icra vərəqəsinin icrasını gözləmədən yenidən məhkəmədə mənzilə köçürülmə tələbi ilə müraciət etmiş və Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilməklə tələbkarların Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Əhməd Qasımov küçəsi, 22 saylı evin, 15 saylı mənzilinə köçürülməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəlmişdir. İcra zamanı tərəflərin qarşılıqlı razlaşmasına əsasən tələbkarlara 8550 (səkkiz min beş yüz əlli) manat ödənilməklə mənzilə köçürülməkdən imtina edildiyi qeydə alınaraq bu barədə akt tərtib olunmuş və Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin icrasına xitam verilmişdir. Odur ki, hesab edir Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-3111/2021 saylı qətnaməsi də tam icra olunduğundan həmin qətnamənin icrasına da xitam verilməlidir. Qeyd olunanlara əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-3111/2021 saylı qətnaməsinin icrasına da xitam verilməsi barədə qərar qəbul edilməsini və bu barədə ona rəsmi məlumatın verilməsini xahiş etmişdir. Maraqlı şəxs1 rəisi İlham Həsənov tərəfindən xx.xx.2024-cü il tarixdə X14 ünvanlanmış məktubdan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-3111/2021 saylı icra sənədi xx.xx.2021-ci il tarixdə icraata daxil olmuş və “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.5-ci maddəsinin tələbinə əsasən xx.xx.2022-ci il tarixli qərarla məhkəməyə geri qaytarılmışdır. X12 Binəqədi Rayon İcra Şöbəsinə xx.xx.2024-cü il tarixdə ünvanladığı məktubdan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)- 3111/2021 saylı qətnaməsinə əsasən X4 apellyasiya şikayəti qismən təmin edilmiş və iddiaçı X15 tərəfindən cavabdehlər X7 və Maraqlı şəxs2 8500 (səkkiz min beş yüz) manat məbləğində kompensasiya ödənilmək şərtilə, cavabdehlər Maraqlı şəxs3 və Maraqlı şəxs2 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Əhməd Qasımov küçəsi, 22 saylı evin, 15 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi nəzərdə tutulmuşdur. Həmin qətnamə qanuni qüvvəsini alaraq, icraya yönəlmiş lakin tələbkarlar həmin icra vərəqəsinin icrasını gözləmədən yenidən məhkəmədə mənzilə köçürülmə tələbi ilə müraciət etmiş və Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilməklə tələbkarların Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Əhməd Qasımov küçəsi, 22 saylı evin, 15 saylı mənzilinə köçürülməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəlmişdir. İcra zanamı tərəflərin qarşılıqlı razılaşmaya əsasən tələbkarlara 8550 (səkkiz min beş yüz əlli) manat ödənilməklə mənzilə köçürülməkdən imtina edildiyi qeydə alınaraq bu barədə akt tərtib olunmuş və Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin icrasına xitam verilmişdir. Odur ki, hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-3111 /2021 saylı qətnaməsi də tam icra olunduğundan həmin qətnamənin icrasına da xitam verilməlidir. Həmçinin cavabdehlər X7 və Maraqlı şəxs2 8500 (səkkiz min beş yüz)manat məbləğində kompensasiya ödənilmək şərtilə, cavabdehlər Maraqlı şəxs3 və Maraqlı şəxs2 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Əhməd Qasımov küçəsi, 22 saylı evin, 15 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi nəzərdə tutulmuşdur. Buna baxmayaq, qətnamə həmin hissədə icra edilməmişdir. Qeyd olunanlara əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-3111/2021 saylı qətnaməsinin cavabdehlər Maraqlı şəxs3 və Maraqlı şəxs2 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Əhməd Qasımov küçəsi, 22 saylı evin, 15 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi hissəsində icra olunaraq, bu barədə ona rəsmi məlumatın verilməsini xahiş etmişdir. Maraqlı şəxs1 rəis müavini Fuad Nəbiyev tərəfindən xx.xx.2024-cü il tarixdə X14 ünvanlanmış məktubdan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3111/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi xx.xx.2021-ci il tarixdə icraata daxil olmuş və “İcra Haqqında" Azərbaycan Respublikasının qanununun 23.1.5-ci maddəsinin tələbinə əsasən xx.xx.2022-ci il tarixli qərarla məhkəməyə geri qaytarıldığından həmin icra sənədi üzrə hər hansı icra hərəkətlərinin aparılması mümkünsüzdür. Bununla bağlı Sizə müxtəlif tarixlərdə məlumat verilməsi qeyd edilmişdir. Məkəmə borclunu dinləyib, şikayət ərizəsini ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə hazırki şikayət ərizəsi bağlı ilk olaraq qeyd edir ki, şikayət Binəqədi rayon İcra Şöbəsinin 21 iyun 2024-cü il tarixli icraata xitam verilməsi barədə qərarının ləğv edilməsi ilə bağlı verilsə də, ərizəçi izahatında tələbinin Maraqlı şəxs3 və Maraqlı şəxs2 ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Əhməd Qasımov küçəsi, 22 saylı evin, 15 saylı mənzilindən qeydiyyatdan çıxarılması ilə bağlı olduğunu bildirmişdir. Belə olan halda “icraata xitam verilməsi barədə qərar”ın mübahisələndirilməsi anlaşılan deyil. Bununla yanaşı icra işindən müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)-5203/2023 saylı icra sənədinə əsasən X7 və Maraqlı şəxs2 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ə.Qasımov küçəsi, 22 saylı evin 15 saylı 3 otaqlı mənzilinin X14 məxsus 2 otaqdan ibarət hissəsinə köçürülmələri və dövlət rüsumunun əvəzi kimi 50 manat məbləğində pul vəsaitinin X9 tutularaq X5 ödənilməsi qət edilmişdir. İcra sənədi üzrə tələbkar Maraqlı şəxs2 və onun anası X2 Rayon İcra Şöbəsinin rəisinə xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət edərək, icra sənədinin icrası ilə əlqədar borclu X8rşılıqlı razılığa gələrək ondan ümumilikdə 8500 manat məbləğində olmaqla, hər birinə 4250 manat məbləğində pul ödədiyinə görə görə, qeyd edilən mənzildən köçürülmədən imtina etməklə, həmin mənzildən qeydiyyatdan çıxacaqlarını qeyd edib, İcra Haqqında Qanunun 20.1.5-ci maddəsinin tələblərinə əsasən icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişlər. Binəqədi Rayon İcra Şöbəsinin böyük icra məmuru Aqil Cəbiyevin xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)-5203/2023 saylı icra sənədində göstərilən tələb icra olunduğundan icra sənədi üzrə icraata xitam verilmişdir. Həmçinin müəyyən edilmişdir ki, X12 Binəqədi Rayon İcra Şöbəsinə xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-3111/2021 saylı qətnaməsinə əsasən X4 apellyasiya şikayəti qismən təmin edilmiş və iddiaçı X15 tərəfindən cavabdehlər X7 və Maraqlı şəxs2 8500 (səkkiz min beş yüz) manat məbləğində kompensasiya ödənilmək şərtilə, cavabdehlər Maraqlı şəxs3 və Maraqlı şəxs2 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Əhməd Qasımov küçəsi, 22 saylı evin, 15 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi nəzərdə tutulmuşdur. Həmin qətnamə qanuni qüvvəsini alaraq, icraya yönəlmiş lakin tələbkarlar həmin icra vərəqəsinin icrasını gözləmədən yenidən məhkəmədə mənzilə köçürülmə tələbi ilə müraciət etmiş və Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilməklə tələbkarların Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Əhməd Qasımov küçəsi, 22 saylı evin, 15 saylı mənzilinə köçürülməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəlmişdir. İcra zamanı tərəflərin qarşılıqlı razlaşmasına əsasən tələbkarlara 8550 (səkkiz min beş yüz əlli) manat ödənilməklə mənzilə köçürülməkdən imtina edildiyi qeydə alınaraq bu barədə akt tərtib olunmuş və Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin icrasına xitam verilmişdir. Odur ki, hesab edir Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021ci il tarixli 2(103)-3111/2021 saylı qətnaməsi də tam icra olunduğundan həmin qətnamənin icrasına da xitam verilməlidir. Qeyd olunanlara əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-3111/2021 saylı qətnaməsinin icrasına da xitam verilməsi barədə qərar qəbul edilməsini və bu barədə ona rəsmi məlumatın verilməsini xahiş etmişdir. X12 müraciətinə Maraqlı şəxs1 rəisi İlham Həsənov tərəfindən xx.xx.2024-cü il tarixli məktubla cavab verilərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-3111/2021 saylı icra sənədi xx.xx.2021-ci il tarixdə icraata daxil olmuş və “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.5-ci maddəsinin tələbinə əsasən xx.xx.2022-ci il tarixli qərarla məhkəməyə geri qaytarılması qeyd edilmişir. Göründüyü kimi X15 xx.xx.2024-cü il tarixdə Binəqədi Rayon İcra Şöbəsinə etdiyi müraciətində Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)-5203/2023 saylı icra sənədi üzrə icraata xitam verilməsi barədə qərara istinad etmişdir. Bu da onu deməyə əsas verir ki, artıq X15 xx.xx.2024-cü il tarixdən hazırda ləğvini tələb etdiyi xitam qərarının mövcudluğundan xəbərdar idi. Qeyd edilməlidir ki, ”İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra səndi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.5-ci maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, X15 Binəqədi rayon İcra Şöbəsinin icra sənədi üzrə icraata xitam verilməsi barədə xx.xx.2024cü il tarixli qərarından şikayət vermə müddətini ötürmüşdür. Məhkəmə ümumilikdə X12 Binəqədi Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından şikayəti ilə bağlı qeyd edir ki, şikayətin əsasını Maraqlı şəxs3 və Maraqlı şəxs2 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Əhməd Qasımov küçəsi, 22 saylı evin, 15 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi təşkil edir. Bununla bağlı məhkəmə qeyd edir ki, Binəqədi Rayon İcra Şöbəsinin böyük icra məmuru Aqil Cəbiyev xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edərkən, icra məmuru Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-3111/2021 saylı qətnaməsi əsasında verilmiş icra sənədi üzrə deyil, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)-5203/2023 saylı icra edildiyinə görə xitam vermişdir. Yəni, sonuncu icra sənədinin əsasını kompensasiya və istifadə hüququna xitam verilməsi yox, Maraqlı şəxs3 və Maraqlı şəxs2 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Əhməd Qasımov küçəsi, 22 saylı evin, 15 saylı mənzilə köçürülməsi təşkil etmişdir. Ona görə də məhkəmə hesab edir ki, şikayətdə göstərilən səbəblər Binəqədi Rayon İcra Şöbəsinin böyük icra məmuru Aqil Cəbiyevin xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarının ləğvi üçün əsas ola bilməz. Bundan əlavə xüsusilə qeyd edilməlidir ki, Maraqlı şəxs1 rəis müavini Fuad Nəbiyevin xx.xx.2024-cü il tarixli məktubu ilə, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 3111/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi xx.xx.2021-ci il tarixdə icraata daxil olmuş və “İcra Haqqında" Azərbaycan Respublikasının qanununun 23.1.5-ci maddəsinin tələbinə əsasən xx.xx.2022-ci il tarixli qərarla məhkəməyə geri qaytarıldığından həmin icra sənədi üzrə hər hansı icra hərəkətlərinin aparılmasının mümkünsüz olması X12 diqqətinə çatdırılmışdır. ”İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 20.6-cı maddəsinə əsasən icraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. Həmin Qanunun 20.7-ci maddəsinə əsasən icraata xitam verilməsi barədə icra məmurunun qərarı bu Qanunun 20.4-cü və 20.5-ci maddələrinə müvafiq olaraq ləğv olunmadıqda və ya ondan şikayət verilmədikdə, şikayət verildikdə isə bu şikayətin təmin olunmaması barədə məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra sənədi 3 gün müddətində onu vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) geri qaytarılır. Həmin Qanunun 20.8-ci maddəsinə əsasən icra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Binəqədi rayon İcra Şöbəsinin 21 iyun 2024-cü il tarixli icraata xitam verilməsi barədə qərarının ləğv ediləməsi barədə borclu X10 şikayəti əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 267- 268-ci maddələrinə əsasən məhkəmə Q Ə R A R A A L D İ: Binəqədi rayon İcra Şöbəsinin 21 iyun 2024-cü il tarixli icraata xitam verilməsi barədə qərarının ləğv ediləməsi barədə borclu X10 şikayəti təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə şikayət verə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №8(001)-1072/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-1072/2024
14.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver