Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-1095/2024 07.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2(001)- 599/2021 saylı qətnaməsi üzrə Şahbuz rayon İcra Şöbəsi tərəfindən qəbul edilmiş icraata xitam verilməsi haqqında qərarın ləğv edilməsi barədə X1 şikayətini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ: X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2(001)-599/2021 saylı qətnaməsi üzrə Şahbuz rayon İcra Şöbəsi tərəfindən qəbul edilmiş icraata xitam verilməsi haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, şikayət geri qaytarılmalıdır. Belə ki, şikayətə əlavə edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2(001)-599/2021 saylı qiyabi qətnaməsindən görünür ki, iddia təmin edilərək, X6 ilə X7 arasında 23 oktyabr 2015-ci il tarixdə Abşeron rayon qeydiyyat şöbəsində bağlanmış, 505 № ilə qeyd edilmiş nikah pozulması, 07 mart 2017-ci il təvəllüdlü X5 və 07 dekabr 2018-ci il təvəllüdlü X2 anaları X1 yanında qalmalarının müəyyən edilməsi, 07 mart 2017-ci il təvəllüdlü X5 və 07 dekabr 2018-ci il təvəllüdlü X2 18 yaşa çatanadək saxlanmaları üçün X3 hər ay hər uşağa görə 160 manat olmaqla ümumilikdə 320 manat sabit pul məbləğində aliment tutularaq X4 ödənilməsi, alimentin tutulmasının əvvəlinin 05 fevral 2021-ci il tarixdən hesablanması və qətnamənin alimentin tutulmasına dair hissəsinin dərhal icra edilməsi qət edilmişdir. Həmçinin “Elektron məhkəmə” informasiya sistemindən müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2(001)-599/2021 saylı qiyabi qətnaməsi xx.xx.2021-ci il tarixdə (elektron qaydada) icra edilməsi üçün Naxçıvan Muxtar Respublikasının Şahbuz rayon İcra və probasiya bölməsinə göndərilmişdir. Qeyd edilməlidir ki, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən borclu fiziki şəxsdirsə, icra hərəkətləri onun yaşadığı yerdə yaxud onun iş yerində və ya onun əmlakının olduğu yerdə həyata keçirilir. Həmin Qanunun 87.1-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Göründüyü kimi hazırki şikayətdən müəyyən edilir ki, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2(001)-599/2021 saylı qiyabi qətnaməsi üzrə verilmiş icra sənədi hazırda Naxçıvan Muxtar Respublikasının Şahbuz rayon İcra və probasiya bölməsinin icraatındadır. Ona görə şikayətə icra məmurunun olduğu yer üzrə məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edirəm ki, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2(001)-599/2021 saylı icra sənədi üzrə tələbkar X1 şikayəti geri qaytarılmalı və ona hazırki şikayətlə Naxçıvan Muxtar Respublikasının Şahbuz Rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2(001)- 599/2021 saylı icra sənədi üzrə tələbkar X1 şikayəti geri qaytarılsın. X4 izah edilsin ki, hazırki şikayətlə Naxçıvan Muxtar Respublikasının Şahbuz Rayon Məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №8(001)-1095/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-1095/2024
07.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver