Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-1105/2024 04.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi ilə, Əmlak üzərinə qoyulmuş həbsin götürülməsi barədə Binəqədi rayon icra şöbəsinin icra məmuru Nicat Bəhmənovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin icra məmuru Nicat Bəhmənov təqdimatla məhkəməyə müraciət edərək, Borclu məxsus "Ford Transit" yük minik markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6897/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu cəmi 361,40 manat alınaraq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədinin icrası ilə əlaqədar Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-840/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Borclu məxsus Fort Transit yük markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. xx.xx.2024-cü il tarixdə icra sənədi göstərilən tələb tam şəkildə təmin olunduğundan icra sənədinin icrasına qərarla xitam verilmişdir Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş icra məmuru, tələbkar və borclu məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməli və borcluya məxsus əmlak üzərinə qoyulmuş həbs götürülməlidir. Belə ki, təqdimata əlavə edilmiş: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6897/2023 nömrəli, xx.xx.2023cü il tarixli icra sənədindən görünür ki, cavabdeh Borclu 301 (üç yüz bir) manat məbləğində əsas borc, 30 (otuz) manat məbləğində dəbbə pulu və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 361,40 (üç yüz altmış bir) manat məbləğində pul vəsaiti tutularaq, iddiaçı Tələbkar ödənilməlidir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-840/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(001)-6897/2023 saylı icra sənədinin icrası ilə əlaqədar Borclu məxsus “Ford Transit” yük markalı **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Tələbkar Binəqədi rayon İcra şöbəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Borclu icra işi üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin icra məmuru Nicat Bəhmənov tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6897/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi tam icra olunduğuna görə icra işi üzrə icraata xitam verilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 (bir) ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyula bilər. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Göründüyü kimi, borclu tərəfindən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6897/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borc borclu tərəfindən ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, borcluya məxsus nəqliyyat vasitəsinin üzərində həbsin saxlanmasına zərurət qalmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-840/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Borclu məxsus “Ford Transit” yük markalı **-TZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası öz səlahiyyətləri daxilində Binəqədi Rayon İcra Şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə həvalə edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Binəqəri Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №8(001)-1105/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-1105/2024
04.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver