Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-1117/2024 04.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi ilə, Tələbkar iştirakı ilə, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 noyabr 2023-cü il tarixli, 2(001)- 5118/2023 saylı icra sənədinin icrası ilə əlaqədar Borclu məcburi gətirilməsi barədə Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Nicat Bəhmənovun təqdimatına Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Nicat Bəhmənov təqdimatla məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yaşayan Borclu Binəqədi Rayon İcra Şöbəsinin inzibati binasına məcburi gətirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə icraatına daxil olmuş Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 2(001)5118/2023 nömrəli, xx.xx.2023-ci il tarixli icra sənədi Bakı şəhəri, Binəqədi rayonu, 18-ci Dağlıq küçəsində inşa edilən hündür mərtəbəli yaşayış binasının “D” blokunda, 6-cı mərtəbədə yerləşən, ümumi sahəsi 121,5 kv.metr təşkil edən 3 otaqdan ibarət yaşayış sahəsinin iddiaçı Hacıyevə Hicran Asif qızma təhvil verilməsi vəzifəsi cavabdeh "xxxx" MTK-nın üzərinə qoyulsun. Dövlət rüsumunun əvəzi kimi 70 manat məbləğində pul vəsaiti "xxxx" MTK-dan tutularaq Hacıyevə Hicran Asif qızına ödənilsin. Borclu "xxxx" MTK-nın rəhbəri Borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmiş, çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. İcra sənədinin icrası ilə əlaqədar xx.xx.2024-cü il tarixli, icraata başlama haqqında qərar poçt vasitəsilə göndərilərək qanunvericiliyə uyğun könüllü icra müddəti müəyyən olunmuşdur. Eləcə də, xx.xx.2024-cü il tarixdə xəbərdarlıq məktubu və xx.xx.2024-cü il tarixli “Borclunun məcburi gətirilməsinə dair” qərar qəbul edilərək tərəflərə məlumat üçün göndərilmişdir. Binəqədi Rayon İcra Şöbəsinin inzibati binasına dəvət olunmasına baxmayaraq icra sənədi üzrə tələbi yerinə yetirməkdən yayınır. Borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmiş, çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə getməkdən boyun qaçırmışdır. Belə ki, borclu icra sənədində göstərilən tələbi təmin etməkdən qərəzli olaraq yayınmışdır. Məhkəmə iclasında iştirak edən Tələbkar təqdimatı müdafdiə edərək izahatında göstərmişdir ki, MTK-nın rəhbəri hazırki vaxtadək qərarın icrasını təmin etməmişdir. Mənzil onlara təhvil verilməyib. Qətnamənin icrası ilə əlaqədar heç bir hərəkət yoxdur. O, evini istəyir. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə təqdimatı və əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, təqdimata əlavə edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməinin xx.xx.2023-cü il tarixli, 2(001)-5118/2023 saylı icra sənədindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 18-ci Dağlıq küçəsində inşa edilən hündürmərtəbəli yaşayış binasının “D” blokunda, 6-cı mərtəbədə yerləşən, ümumi sahəsi 121,5 kv.metr təşkil edən 3 otaqdan ibarət yaşayış sahəsinin iddiaçı Tələbkar təhvil verilməsi vəzifəsi cavabdeh "xxxx" MTKnın üzərinə qoyulması və dövlət rüsumunun əvəzi kimi 70 manat məbləğində pul vəsaiti "xxxx" MTK-dan tutularaq Tələbkar ödənilməsi qət edilmişdir. Təqdimata əlavə edilmiş xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməinin xx.xx.2023-cü il tarixli, 2(001)-5118/2023 saylı icra sənədinin icrasına başlanılmış və tələbin könüllü icra etməsi borcluya təklif edilmişdir. Təqdimata əlavə edilmiş Binəqədi rayon İcra Şöbəsinin icra məmurları Nicat Bəhmənov və Asəm Əhmədov və Tələbkar tərəfindən imzalanmış 11 sentyabr 2024-cü il tarixli aktdan görünür ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-5118/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, 18-ci Dağlıq küçəsində inşa edilən hündürmərtəbəli yaşayış binasının “D” blokunda, 6-cı mərtəbədə yerləşən, ümumi sahəsi sahəsi 121,5 m2 təşkil edən 3 otaqdan ibarət yaşayış sahəsinin iddiaçı Tələbkar təhvil verilməsi vəzifəsinin cavabdeh "xxxx" MTK-nın üzərinə həbs qoyulması qət edilmişdir. Həmin icra sənədində göstərilən tələblərin borclu tərəfindən icra edilməməsi ilə bağlı iş üzrə borclu təşkilatın rəhbəri Borclu bundan əvvəl şöbəyə dəvət edilmiş lakin o, şöbəyə gəlməmiş, daha sonra “Mahal" MTK-nın nümayəndəsi və vəkili Kamran Ələkbərovla istifadəsində olan ********** mobil nömrəsi ilə əlaqə saxlanılaraq xx.xx.2024-cü il tarixdə şöbəyə dəvət edilmiş o, şöbəyə gələcəyini bildirmiş lakin Sumqayıt şəhərində olduğunu və gələ bilməyəcəyini bildirmişdir. Bununla da borclu "xxxx" MTK-nın icra sənədində göstərilən tələbləri icra etməkdən qəsdən yayındığı müəyyən edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84.2 və 84.3-cü maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Bu halda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Təqdimata əlavə olunmuş Binəqədi rayon İcra Şöbəsinin icra məmurunun qərarının surətindən görünür ki, borclunun icra şöbəsinə məcburi qaydada gətirilməsi qərara alınmış və həmin qərar icra qurumunun rəhbəri tərəfindən təsdiq edilmişdir. Yuxarıda göstərilənlərə əsasən, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-cü maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 267 və 268-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. xx xxx 1965-ci ildə ünvan 3 ünvanında qeydiyyatda olan, ünvan 4 yerləşən "xxxx" MTK-nin rəhbəri Borclu Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinə məcburi qaydada gətirilsin. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №8(001)-1117/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-1117/2024
04.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver