Məhkəmə qərarları › İş №8(001)-112/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-112/2022

21.02.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-112/2022 21.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Əhmədli Fərid Elçin oğlunun katibliyi ilə, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-9214/2018 saylı, 25.10.2018ci il tarixli icra sənədinə əsasən Borclu Binəqədi Rayon İcra Şöbəsinə “məcburi gətirilməsi” barədə Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Ramin Muradovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Ramin Muradov təqdimatla məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)- 9214/2018 saylı, 25.10.2018-ci il tarixli icra sənədi üzrə tələbi təmin etmək məqsədi ilə Borclu Bakı şəhər Binəqədi Rayon İcra Şöbəsinə məcburi qaydada gətirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Binəqədi Rayon Məhkəməsinin e-2(001)- 9214/2018 saylı, 25.10.2018-ci il tarixli icra sənədinə əsasən Borclu 3724,88 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Borclu icraata başlamaq haqqında qərar və bildiriş göndərilmiş, lakin borclu icra sənədində göstərilmiş tələbi təmin etməkdən və bununla bağlı Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinə gəlib izahat verməkdən yayınır. İcra məmuru tərəfindən borclunun məcburi qaydada Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinə gətirilməsi haqqında qərar qəbul edilərək məlumat üçün borcluya göndərilmiş və həmin qərardan şikayət verilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş borclu, tələbkar və icra məmuru məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş Binəqədi Rayon Məhkəməsinin e-2(001)- 9214/2018 saylı, 25.10.2018-ci il tarixli icra sənədinə əsasən, Borclu 3724,88 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməsi əmr edilmişdir. Təqdimata əlavə edilmiş 23.11.2018-ci il tarixli icraata başlamaq haqqında qərardan və tələbin könüllü icrası barədə bildirişdən görünür ki, Binəqədi Rayon Məhkəməsinin e-2(001)-9214/2018 saylı, 25.10.2018-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış və tələbin könüllü icrası barədə bildiriş borcluya göndərilmişdir. İş materiallarına əlavə edilmiş 19.02.2021-ci il tarixli borclunun məcburi gətirilməsi barədə qərardan görünür ki, xx.xx.1994-cü il təvəllüdlü, Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında yaşayan Borclu Binəqədi Rayon İcra Şöbəsinə gətirilməsi qərara alınmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, borclu icra məmurunun çağırışına gəlməkdən üzrsüz səbəbdən yayındığından Binəqədi Rayon İcra Şöbəsinə məcburi gətirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 249, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Təqdimat təmin edilsin. xx.xx.1994-cü il təvəllüdlü, Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında yaşayan borclu Ağayev X1 Rayon İcra Şöbəsinə məcburi gətirilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar