Məhkəmə qərarları › İş №8(001)-1120/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-1120/2024

29.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-1120/2024 29.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, X1 Maraqlı şəxs icra məmuru Asəm Əhmədovun Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-773/2020 saylı xx.xx.2020-ci ii tarixli qatnaməsi əsasında verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə xx.xx.2020-ci il tarixli qərarından vermiş olduğu şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: X1 Maraqlı şəxs icra məmuru Asəm Əhmədovun Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-773/2020 saylı xx.xx.2020-ci ii tarixli qatnaməsi əsasında verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə xx.xx.2020-ci il tarixli qərarından şikayət ilə məhkəməyə müraciət etmişdir. Şikayət və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 20.1-ci maddəsinə əsasən, məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə; məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə; tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə; icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı və yaxud qanuna görə icra sənədi sayılan sənəd ləğv edildikdə; qanun əsasında borclunun dövlətə olan borcu silindikdə, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə və icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.5-ci maddəsinə əsasən, tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. Şikayət və ona əlavə olunmuş sənədlərlə müəyyən edilir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-773/2020 saylı xx.xx.2020-ci ii tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar Maraqlı şəxs icra məmuru Asəm Əhmədov tərəfindən xx.xx.2020-ci il tarixdə qəbul edilmişdir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən, icra sənədi üzrə icraata xitam verilməsi barədə qərardan şikayət onun surəti alındıqdan sonra 10 gün müddətində verilə bilməsinə baxmayaraq, borclu tərəfindən məhkəməyə xx.xx.2020-ci il tarixdə qəbul edilmiş mübahisələndirən qərarın rəsmi qaydada nə vaxt alınmasına dair sübutlar şikayətə əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: X1 Maraqlı şəxs icra məmuru Asəm Əhmədovun Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-773/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə xx.xx.2020-ci il tarixli qərarından vermiş olduğu şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar