Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-114/2023 26.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu, X1 Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinə qarşı “icra məmuru barədə xidməti araşdırmanın aparılması və digər ” tələbinə dair ərizəsini və əlavə olunmuş sənədləri 26 yanvar 2022-ci il tarixdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasinin Cinayət Məcəlləsinin 308-ci və 186-cı maddələrinin, digər hüquqi aktlarının tələblərini pozduğuna görə Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Asəm Əhmədov haqqında xidməti araşdırma başlanılması barədə Ədliyyə Nazirliyi qarşısında məsələ qaldırılması və onun cəzalandırılmasının tələb edilməsi, məhkəmə qətnamələrinin icra etməməsinə, ərizəçinin sağlamlığına ciddi ziyan vurduğuna, maddi və mənəvi zərərə məruz qalmağına görə 30000 manat məbləğində kompensasiyanın ödənilməsi, onun təqdimatı əsasında hazırlanmış Binəqədi rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarının Binəqədi Rayon Məhkəməsi tərəfindən 8(001)-786/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə ləğv edilməsinin nəzərə alınması, qətnamənin icra olunma vaxtından da 66 gün vaxt ötməsinə baxmayaraq bu gönə qədər heç bir iş görülməməsinə, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinin A.Əhmədov tərəfindən pozulmasına, və onun haqqında xidməti araşdırma aparılmasi ücün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi qarşısında məsələnin qaldırılmasını xahiş etmişdir. Ərizəsi nəzərdən keçirərək hesab edirəm ki, ərizənin icraata qəbulundan imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 oktyabr 2017-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir.” Qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsində qətnamənin icrası ilə bağlı nəzarəti məhkəmə öz səlahiyyətləri çərçivəsində həyata keçirir və bu bir çox hallarda icra sənədi üzrə icra məmurunun qəbul etdiyi qərarların qanunauyğunluğu ilə bağlıdır. Təqdim edilmiş sənədlərdən belə müəyyən edilir ki, icra məmurunun “İcrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması barədə” xx.xx.2022-ci il tarixli qərarı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə ləğv olunmuş, icra sənədi üzrə başlanmış icraatın ümumi qaydada davam etdirilməsi qərara alınmışdır. Hazırkı şikayət isə icra məmurunun icra sənədi üzrə qəbul etdiyi hər-hansı akt deyil, ümumi hallarla əlaqədar hərəkətləri ilə bağlıdır ki, bunlara da qətnamənin icrasına mülki məhkəmə icraatı qaydasında nəzarət edilməsi qanunvericilklə müəyyən edilməmişdir. Belə ki, şikayətin mahiyyəti əsas etibarı ilə icra məmuru barədə xidməti araşdırılmanın aparılaraq onun cəzalandırılması barədə məsələnin qaldırılması və dəymiş maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlıdır. Göründüyü kimi, şikayət icra məmurunun icra sənədi üzrə qəbul etdiyi qərarla bağlı deyil onun inzibati səlahiyyətlərinin həyata keçirilməsi ilə bağlıdır. Bununla bağlı məhkəmə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 oktyabr 2017-ci il tarixli Qərarını da qeyd etməyi zəruri hesab edir. X3 Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlmişdir: - məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə İnzibati-Prosessual Məcəllənin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır; - Konstitusiya Məhkəməsi Plenumunun məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair bu Qərarda formalaşdırdığı hüquqi mövqeyini nəzərə alaraq, “İcra haqqında” Qanunun 87.2-ci və İnzibati-Prosessual Məcəllənin 2.1-ci maddələri arasında uyğunsuzluğun aradan qaldırılması Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilməlidir; - qanunvericilikdə müvafiq dəyişikliklər edilənədək, “İcra haqqında” Qanunun 87.2ci maddəsinin “icra məmurunun olduğu yerin məhkəməsi” müddəası icra məmurunun olduğu ərazi üzrə inzibati-iqtisadi məhkəmə kimi başa düşülməlidir. Bununla yanaşı, şikayətin maddi və mənəvi ziyanın ödənilməsi hissəsinə isə müvafiq olaraq ya mülki iddia və ya inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Ərizəçiyə izah olunur ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati-iqtisadi məhkəmələr və inzibati-iqtisadi kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2 və 2.2.4-cü maddəsinə əsasən, inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Yuxarıda göstərilən normaların təhlilindən belə nəticəyə gəlinir ki, hazırkı tələbə mülki məhkəmə icraatı qaydasında deyil, inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 15.4-cü bəndində qeyd olunmuşdur ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 153.2 və 153.2.1-ci maddəsinə ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. - 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ M: X1 Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinə qarşı “icra məmuru barədə xidməti araşdırmanın aparılması və digər ” tələbinə dair ərizəsinin icraata qəbulundan imtina edilsin, ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə qaytarılsın və ona müvafiq tələblə aidiyyat üzrə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №8(001)-114/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-114/2023
26.01.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver