Məhkəmə qərarları › İş №8(001)-1157/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-1157/2024

26.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-1157/2024 26.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, Tələbkar iştirakı ilə, Binəqədi rayon icra şöbəsinin icra məmuru Bəxtiyar İsmayılovun Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-5524/2021 saylı icra sənədində göstərilən tələbin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Binəqədi rayon icra şöbəsinin icra məmuru Bəxtiyar İsmayılov Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-5524/2021 saylı icra sənədinin icrası ilə əlaqədar Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixli qərarla icraata başlanılan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-5524/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş və Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, X3 küçəsi, ev 2, mənzil 39 ünvanında qeydiyyatda olan və yaşayan Borclu hər ay 1 uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün cəmi 175 manat sabit pul məbləğində alimentin tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2021-ci il tarixində Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəlmişdirlər. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmişdir. Borclu X1 icra sənədində göstərilən tələbi ona verilmiş müddət ərzində təmin etməmiş və bu səbəbdən onun barəsində məcburi icra hərəkətlərinin tətbiqinə zərurət yaranmışdır. Qeyd olunanlara əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5524/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədində göstərilən tələbin icrasını təmin etmək məqsədilə və “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 84.1.1-ci maddəsinin tələbini rəhbər tutaraq, xx.xx.1985-ci il təvəllüdlü, Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, X3 küçəsi, ev 2, mənzil 39 ünvanında yaşayan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair məsələyə baxılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Tələbkar izahat verərək bildirmişdir ki, Borclu Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5524/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borcunu ödəmir. Odur ki, təqdimatın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş icra məmuru və borclu məhkəmə iclasına gəlməmişlər və səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də, məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, tələbkarın izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş: Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-5524/2021 saylı icra sənədindən görünür ki, Borclu hər ay 08 may 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 175 manat sabit pul məbləğində alimentin tutularaq Tələbkar xeyrinə ödənilməsi qət edilmişdir. İcra məmuru tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli qərarın və bildirişin surətlərindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-5524/2021 saylı icra sənədi üzrə icraat başlanmış, borcluya icra sənədində göstərilən tələbin icrası barədə bildiriş göndərilmişdir. İş materiallarında olan “Elektron-məhkəmə” sistemindən əldə olunan məlumatdan görünür ki, borclunun adına tələbin yönəldilə biləcəyi daşınar, daşınmaz əmlak, pul vəsaitinin olmasına dair bank hesabının olması aşkar edilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının 22 aprel 2013-cü il tarixli, 2-N nömrəli Qərarı ilə təsdiq edilmiş "Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatın 2.2.3cü maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Göstərilənlərə əsasən və tələbin aliment borcu olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, Binəqədi rayon İcra şöbəsinin icra məmuru Bəxtiyar İsmayılovun Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-5524/2021 saylı icra sənədi üzrə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatı əsaslıdır və təmin edilməlidir. Belə ki, icra məmuru tərəfindən borclunun əmlakının axtarılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər həyata keçirilmiş və icra sənədi üzrə yönəldilə biləcək əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 231.3-cü maddəsinə əsasən, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: Təqdimat təmin edilsin. xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, X3 küçəsi, ev 2, mənzil 39 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5524/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə yaranmış borc tam ödənilənədək müvəqqəti məhdudlaşdırılsın. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar