Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-121/2024 12.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, Borclu iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-986/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən əmlakın üzərinə qoyulmuş həbsin götürülməsinə dair Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru Kamran Mirzəyevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru Kamran Mirzəyev təqdimatla məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-986/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Borclu məxsus ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 0.0240 olan həyətyanı üçün nəzərdə tutulmuş yaşayış məntəqələri təyinatlı torpaq sahəsi üzərinə qoyulmuş həbsin götürülməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)- 3275/2023 saylı xx.xx.2023-cü il tarixli və 2(001)-4841/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədlərinə əsasən Borclu 116,8 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X1, 456,4 manat isə Tələbkar MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədilə Borclu məxsus ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 0.0240 olan həyətyanı üçün nəzərdə tutulmuş yaşayış məntəqələri təyinatlı torpaq sahəsi üzərinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-986/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə həbs qoyulmuşdur. Tələbkar X2 xx.xx.2023-cü il tarixli ərizə ilə, Tələbkar MMC isə xx.xx.2024-cü il tarixli arayış ilə müraciət edərək, icra sənədi üzrə borcun olmadığını bildirmişdir. Binəqədi Rayon Məhkəməsinin 001)-3275/2023 saylı xx.xx.2023-cü il tarixli və 2(001)-4841/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədləri üzrə icraata xx.xx.2024-cü il tarixli qərarla xitam verilmişdir. Məhkəmə iclasında Borclu icra sənədi üzrə borcu tam şəkildə ödədiyi üçün təqdimatın təmin edilərək, ona məxsus əmlakın üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etdi. İcra məmuru və tələbkar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər və məhkəmə iclasına gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də, məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-986/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən üzərinə həbs qoyulmuş Borclu məxsus ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 0.0240 olan həyətyanı üçün nəzərdə tutulmuş yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin üzərinə qoyulmuş həbs ləğv edilməlidir. Belə ki, İş materiallarında olan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(001)-3275/2023 saylı icra sənədindən görünür ki, Borclu cəmi 116,80 manat məbləğində pul vəsaiti tələbkar X1 xeyrinə tutulmalıdır. İş materiallarında olan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(001)-4841/2023 saylı icra sənədindən görünür ki, Borclu cəmi 456,40 manat məbləğində pul vəsaiti Tələbkar MMC-nin xeyrinə tutulmalıdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-986/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3275/2023 saylı xx.xx.2023-cü il tarixli və 2(001)-4841/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədlərinin icrası ilə əlaqədar Borclu adına aşkar olunmuş ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 0.0240 olan həyətyanı üçün nəzərdə tutulmuş yaşayış məntəqələri təyinatlı torpaq sahəsi üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan tələbkar X2 tərəfindən Binəqədi rayon İcra Şöbəsinə ünvanlanmış olduğu xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3275/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borc tam ödənildiyindən, icra sənədi üzrə icraata xitam verilməsi xahiş edilmişdir. İş materiallarında olan Tələbkar MMC-nin 26 yanvar 2024-cü il tarixli Arayışından görünür ki, onun 02 dekabr 2019-cu il tarixli BL375805 saylı 632,66 manat məbləği nisyə satış müqaviləsi üzrə Tələbkar MMC-yə 26 yanvar 2024-cü il tarixinə borcu yoxdur. İş materiallarında olan Bakı şəhər Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru Kamran Mirzəyevin xx.xx.2023-cü il tarixli icraata xitam verilməsi haqqında qərarından görünür ki, icra sənədində qeyd olunan tələb Borclu tərəfindən tam şəkildə təmin edildiyindən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3275/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə xitam verilmişdir. İş materiallarında olan Bakı şəhər Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru Kamran Mirzəyevin xx.xx.2024-cü il tarixli icraata xitam verilməsi haqqında qərarından görünür ki, icra sənədində qeyd olunan tələb Borclu tərəfindən tam şəkildə təmin edildiyindən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-4841/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə xitam verilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20.1.5-ci maddəsinə əsasən, icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.8-ci maddəsinə əsasən, icra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqdimat təmin edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3275/2023 saylı xx.xx.2023-cü il tarixli və e-2(001)-4841/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədlərinin icrası ilə əlaqədar Borclu adına aşkar olunmuş ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 0.0240 olan həyətyanı üçün nəzərdə tutulmuş yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin üzərinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-986/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən qoyulmuş həbs ləğv edilsin. Qərardadın icrası öz səlahiyyətləri daxilində Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə edilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №8(001)-121/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-121/2024
12.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver