Məhkəmə qərarları › İş №8(001)-123/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-123/2025

10.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-123/2025 10.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 dekabr 2024-cü il tarixli, 2(001)- 6674/2024 saylı qətnaməsi əsasında verilmiş icra sənədinin icrası ilə əlaqədar Borclu məxsus avtomobilin üzərinə həbs qoyulmasına dair Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru Bəxtiyar İsmayılovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru X2 rayon Məhkəməsinə təqdimatla müraciət edərək, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 02 dekabr 2024cü il tarixli, 2(001)-6674/2024 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus olan «Kia Cadenza» minik markalı **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 dekabr 2024-cü il tarixli, 2(001)-6674/2024 saylı icra sənədinə əsasən, Borclu hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 470 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan «KİA CADENZA» minik markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobilin olduğu müəyyən olunmuşdur. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Göstərilənlərə əsasən, Borclu məxsus «KİA CADENZA» minik markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tələbkar, borclu və icra məmuru məhkəmə iclasına gəlməmişlər və səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də, məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Binəqədi Rayon Məhkəməsinin 02 dekabr 2024-cü il tarixli, 2(001)-6674/2024 saylı icra vərəqəsindən görünür ki, Borclu xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay, hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Tələbkar ödənilməlidir. 02 dekabr 2024-cü il tarixli icraata başlamaq haqqında qərardan və tələbin könüllü icrası barədə bildirişdən görünür ki, Binəqədi Rayon Məhkəməsinin 02 dekabr 2024-cü il tarixli, 2(001)-6674/2024 saylı icra sənədi üzrə icraata başlanılmış və həmin qərar və bildiriş tərtib edilərək icra sənədinin icra edilməsi üçün xx.xx.2024-cü il tarixdə Borclu təqdim edilmişdir. Binəqədi rayon icra şöbəsinin icra məmuru tərəfindən borcluya ünvanlanan xx.xx.2024-cü il tarixli, 354500/2024-1 saylı xəbərdarlıq məktubundan görünür ki, icra işinin icrası ilə əlaqədar borclu şəxsiyyətini təsdiq edən sənədlə Binəqədi rayon icra şöbəsində olmaqla icra sənədinin icrasının təmin edilməsi barədə xəbərdar edilmişdir, xəbərdarlıq Borclu xx.xx.2024-cü il tarixdə rəsmi olaraq təqdim edilmişdir. İş materiallarında olan Binəqədi rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli borclunun əmlakının axtarılması haqqında qərarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6674/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu məxsus “KİA CADENZA” minik markalı, **-KB-*** qeydiyyat nişanlı avtomobil barəsində axtarış elan edilməsi və saxlanılaraq cərimə meydançasına yerləşdirilməsi qərara alınmışdır. İş materiallarında olan “Elektron-icra” informasiya sistemindən çıxarışdan görünür ki, Borclu mülkiyyətində «Kia Cadenza» minik markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin olması aşkar edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: -43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirləri kimi müəyyən edilmişdir. -44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi əsaslarıdır. -50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə tərəfindən müəyyən edilmiş hallardan görünür ki, borclu icra məmuru tərəfindən verilən müddət ərzində tələbi könüllü surətdə icra etməmişdir. Məcburi icra tədbirlərinin tətbiqi ilə əlaqədar “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslar mövcuddur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, Borclu məxsus «Kia Cadenza» minik markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 267-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə R A R A A L D İ: Təqdimat təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 dekabr 2024-cü il tarixli, 2(001)- 6674/2024 saylı icra sənədinin icrası ilə əlaqədar Borclu məxsus «Kia Cadenza» minik markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardadın icrası öz səlahiyyətləri daxilində Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinə həvalə edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar