Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-127/2022 21.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Əhmədli Fərid Elçin oğlunun katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-370/2018 saylı, 21.02.2018-ci il tarixli icra sənədinə əsasən Borclu “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına” dair Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Aqil Cəbiyevin təqdimatına açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Aqil Cəbiyev məhkəməyə təqdimatla müraciət edərək Binəqədi Rayon Məhkəməsinin 2(001)-370/2018 saylı, 21.02.2018-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar borclu xx.xx.1991-ci il təvəllüdlü Borclu “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına” dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, 23.09.2021-ci il tarixli qərarla icraata başlanılmış Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-370/2018 saylı, 21.02.2018ci il tarixli icra sənədinə əsasən, xx.xx.1991-ci ildə, Bakı şəhərində anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 154 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X3 xeyrinə ödənilməlidir. Qeyd olunan sənəd 22.09.2021-ci il tarixdə Binəqədi Rayon İcra Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başalamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbin könüllü qaydada təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin, bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Bu səbəbdən icra sənədində göstərilən tələbin icrasını təmin etmək məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlməmişlər və səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də, məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)- 370/2018 saylı, 21.02.2018-ci il tarixli icra sənədindən görünür ki, Borclu hər ay 17 noyabr 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 20.06.2017-ci il tarixdən başlayaraq 154 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X4 ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş 23.09.2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-370/2018 saylı, 21.02.2018-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış və həmin tarixdə tələbin könüllü icrası barədə bildiriş borcluya göndərilmişdir. Təqdimata əlavə edilmiş sorğulara cavablardan görünür ki, borclunun adına tələbin yönəldilə biləcəyi əmlak, pul vəsaitinin olmasına dair bank hesabının olması aşkar edilməmişdir. Təqdimata əlavə edilmiş Binəqədi Rayon Məhkəməsinin 13.01.2022-ci il tarixli, 3(001)-226/2022 saylı qərarı ilə Alcanov X2 rayon Məhkəməsinin 2(001)-370/2018 saylı, 21.02.2018-ci il tarixli icra sənədinin icrasından yayındığından o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində 10 gün müddətində inzibati həbs təyin edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin 21.02.2022-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)- 370/2018 saylı, 21.02.2018-ci il tarixli icra sənədi üzrə Borclu 20.01.2022-ci ci il tarixədək 6930 manat aliment borcu yaranmışdır. “İcra Haqqında” Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Eyni Qanunun 44.1, 44.1.2 və 44.1.3-cü maddələrinə əsasən icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və tələbin könüllü icrası üçün borcluya bildiriş verilməsi məcburi icra tədbirlərinin əsaslarındandır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının 22 aprel 2013-cü il tarixli, 2-N nömrəli Qərarı ilə təsdiq edilmiş "Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatın 2.2.3cü maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Təsvir edilənlərə əsasən məhkəmə hesab edir ki, Borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, edilən xəbərdarlıqlara məhəl qoymayaraq məhkəmə qətnaməsinin icrasını təmin etməkdən yayındığından, habelə Binəqədi rayon İcra Şöbəsinin icra məmuru tərəfindən borclunun əmlakının axtarılması üçün bütün tədbirlər həyata keçirildiyindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-370/2018 saylı, 21.02.2018-ci il tarixli icra sənədi üzrə Borclunın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatı əsaslıdır və təmin edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqdimat təmin edilsin. xx.xx.1991-ci ildə, Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 370/2018 saylı, 21.02.2018-ci il tarixli icra sənədi üzrə yaranmış borc (6930 manat) tam ödənilənədək müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №8(001)-127/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-127/2022
21.02.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver