Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-139/2022 25.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin icra məmuru Ramin Muradovun Borclu icra şöbəsinə məcburi gətirilməsi barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin icra məmuru Ramin Muradov məhkəməyə təqdimatla müraciət edərək, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli, e-2(001)-5617/2021 nömrəli icra sənədinin icrası ilə əlaqədar xx xxxxx 1995-ci il təvəllüdlü Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında yaşayan Borclu icra şöbəsinə məcburi qaydada gətirilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli, e-2(001)-5617/2021 nömrəli icra sənədinə əsasən Borclu 502 manat məbləğində pul vəsaiti və 20 manat ərizəçinin çəkdiyi xərclərin əvəzi tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Borcluya icraata başlamaq haqqında qərar və bildiriş göndərilmiş, lakin borclu icra sənədində göstərilmiş tələbi təmin etməkdən və bununla bağlı icra şöbəsinə gəlib izahat verməkdən yayınır. Tərəfindən borclunun məcburi qaydada icra şöbəsinə gətirilməsi barədə qərar qəbul edilərək məlumat üçün borcluya göndərilmiş və həmin qərardadn şikayət verilməmişdir. Təqdimat vermiş icra məmuruna, tələbkara və borcluya məhkəmə tərəfindən iclasın vaxtı və yeri barədə bildiriş göndərilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq, borclunun Binəqədi rayon icra şöbəsinə məcburi gətirilməsi üçün kifayət qədər əsas olduğundan təqdimatın təmin edilməsi qənaətinə gəlir. Belə ki, təqdimata əlavə edilmiş: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli, e-2(001)- 5617/2021 nömrəli icra sənədinə əsasən Borclu 456 manat əsas borc və 46 manat dəbbə pulu olmaqla cəmi 502 manat və 20 manat məbləğində kreditorun çəkdiyi xərclər Tələbkar xeyrinə tutulmuşdur. Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin icra məmuru Şakir Bahadırov tərəfindən qəbul edilmiş 26 iyul 2021-ci il tarixli qərarın və bildirişin təsdiq edilmiş surətlərindən görünür ki, icra sənədi üzrə icraat başlanmış, tələbin könüllü icrası barədə bildiriş borcluya göndərilmişdir. Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin icra məmuru Ramin Muradov tərəfindən qəbul edilmiş 21 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Borclu məcburi qaydada Binəqədi rayon icra şöbəsinə gətirilməsi qərara alınmışdır. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən təsdiq edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin qanunun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 84.2-ci maddəsinə görə icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Həmin Qanunun 84.3-cü maddəsinə əsasən bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Yuxarıda göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-cü maddəsini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Təqdimat təmin edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli, e-2(001)- 5617/2021 nömrəli icra sənədi üzrə xx xxxxx 1995-ci il tarixdə Bakı şəhərində doğulmuş və ünvan 1 ünvanında yaşayan və qeydiyyatda olan Borclu Binəqədi rayon İcra şöbəsinə məcburi gətirilsin. Qərardadın icrası Binəqədi Rayon Polis İdarəsinə və Binəqədi rayon İcra şöbəsinə həvalə edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №8(001)-139/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-139/2022
25.02.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver