Məhkəmə qərarları › İş №8(001)-141/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-141/2022

28.02.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-141/2022 28.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru Kamran Mirzəyevin borcluya məxsus nəqliyyat vasitələrinin üzərinə qoyulmuş həbsin götürülməsinə dair təqdimatına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru Kamran Mirzəyev borcluya məxsus nəqliyyat vasitəsitələrinin üzərinə qoyulmuş həbsin götürülməsinə dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5083/2018 saylı, 05.11.2018-ci il tarixli icra vərəqəsinə əsasən Borclu 5959 manat tutularaq X2 xeyrinə, 35 manat isə Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədilə Borclu məxsus Volkswagen Passat CC minik markalı **-XR-*** dövlət nömrə nişanlı, Mercedes Benz 308 D minik markalı **-MK-*** dövlət nömrə nişanlı, X5 Prado markalı **-TU-*** dövlət nömrə nişanlı və QAZ ********* mikroavtobus markalı **-KU-*** dövlət nömrə nişanlı nəqliyyat vasitələrinin üzərinə Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 8(001)-623/2019, 8(001)-619/2019, 8(001)-662/2019 və 8(001)-620/2019 saylı qərardadları ilə həbs qoyulmuşdur. Tələbkarın etibarnamə üzrə nümayəndəsi X3 10.02.2022-ci il tarixli ərizə ilə icra şöbəsinə müraciət edərək icra sənədinin məhkəməyə qaytarılmasını xahiş etmiş və 11.02.2022-ci il tarixli qərarla icra sənədi məhkəməyə qaytarılmışdır. İcra Haqqında Azərbaycan Respublikası Qanunun 20.8-ci maddəsinə əsasən icra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir. Göstərilənləri nəzərə alaraq, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 8(001)-621/2019 saylı, 8(001)-623/2019, 8(001)-619/2019, 8(001)-662/2019 və 8(001)-620/2019 saylı qərardadları ilə Borclu məxsus Volkswagen Passat CC minik markalı **-XR-*** dövlət nömrə nişanlı, Mercedes 208DKA mikroavto markalı **-MR-*** dövlət nömrə nişanlı, Mercedes Benz 308 D minik markalı **-MK-*** dövlət nömrə nişanlı, X5 Prado markalı **- TU-*** dövlət nömrə nişanlı və QAZ ********* mikroavtobus markalı **-KU-*** dövlət nömrə nişanlı nəqliyyat vasitələrinin üzərinə qoyulmuş həbsin götürülməsinə dair qərardad qəbul edilməsini xahiş olunur. Məhkəmə təqdimatı, təqdimata əlavə olunan sənədləri tədqiq edib təqdimatın təmin edilməsi qənaətinə gəlir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5083/2018 saylı 05.11.2018-ci il tarixli icra vərəqindən müəyyən olunur ki, Borclu 5959 manat tutularaq X2 xeyrinə, 35 manat isə Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-623/2019 saylı 23.04.2019-cu il tarixli qərardadından müəyyən olunur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5083/2018 saylı 05.11.2018-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi üçün Borclu mülkiyyətində olan Volkswagen Passat CC minik markalı **-XR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-621/2019 saylı 06.05.2019-cu il tarixli qərardadından müəyyən olunur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5083/2018 saylı 05.11.2018-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi üçün Borclu mülkiyyətində olan X5 Prado markalı **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-619/2019 saylı 24.04.2019-cu il tarixli qərardadından müəyyən olunur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5083/2018 saylı 05.11.2018-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi üçün Borclu mülkiyyətində olan Mercedes 208DKA mikroavto markalı **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-662/2019 saylı 01.05.2019-cu il tarixli qərardadından müəyyən olunur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5083/2018 saylı 05.11.2018-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi üçün Borclu mülkiyyətində olan QAZ 322132 114 mikroavtobus markalı **-KU-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-620/2019 saylı 01.05.2019-cu il tarixli qərardadından müəyyən olunur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5083/2018 saylı 05.11.2018-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi üçün Borclu mülkiyyətində olan Mercedes Benz 308 D minik markalı **-MK-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İcra sənədi üzrə tələbkar X2 etibarnamə üzrə nümayəndəsi X1 Binəqədi rayon İcra şöbəsinə ünvanladığı 10.02.2022-ci il tarixli ərizəsindən müəyyən olunur ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)-5083/2018 saylı, 05.11.2018-ci il tarixli icra vərəqəsinə əsasən o, 3000 manat pulu Borclu almış və Binəqədi Rayon Məhkəməsinin 05.11.2018-ci il tarixli icra vərəqəsinin İcra Haqqında Azərbaycan Respublikası Qanununun 23.1.1-ci maddəsinə əsasən geri qaytarılmasını xahiş etmişdir. Binəqədi rayon İcra şöbəsinin icra məmuru Kamran Mirzəyevin 11.02.2022-ci il tarixli qərarından müəyyən olunur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 5083/2018 saylı 05.11.2018-ci il tarixli icra vərəqəsi məhkəməyə geri qaytarılmışdır. İcra haqqında Azərbaycan Respublikası Qanununun 43.1.-ci maddəsinə əsasən məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi. Həmin Qanunun 50.1.-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Həmin Qanunun 50.2.-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə huququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təqdimata məhkəmə baxışı zamanı icra sənədinin tələbkarın ərizəsinə əsasən məhkəməyə qaytarılması öz təsdiqini tapdığından məhkəmə borclunun əmlakı üzərindən həbsin götürülməsinə dair təqdimatı əsaslı hesab edib təmin edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264, 267-268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Təqdimat təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-623/2019 saylı 23.04.2019-cu il tarixli qərardadından əsasən Borclu mülkiyyətində olan Volkswagen Passat CC minik markalı **-XR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülsün. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-619/2019 saylı 24.04.2019-cu il tarixli qərardadına əsasən Borclu mülkiyyətində olan Mercedes 208DKA mikroavto markalı **-MR-*** dövlət nömrə nişanlı dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-662/2019 saylı 01.05.2019-cu il tarixli qərardadına əsasən Borclu mülkiyyətində olan QAZ 322132 114 mikroavtobus markalı **-KU-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-620/2019 saylı 01.05.2019-cu il tarixli qərardadına əsasən Borclu mülkiyyətində olan Mercedes Benz 308 D minik markalı **-MK-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-621/2019 saylı 06.05.2019-cu il tarixli qərardadına əsasən Borclu mülkiyyətində olan X5 Prado markalı **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar