Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-160/2022 04.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, Borclu iştirakı ilə, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, 2(001)- 7170/2021 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus əmlakın üzərinə həbs qoyulması barədə Binəqədi rayon icra şöbəsinin icra məmuru Kamran Mirzəyevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Binəqədi rayon icra şöbəsinin icra məmuru Kamran Mirzəyev təqdimatla məhkəməyə müraciət edərək, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, 2(001)-7170/2021 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus “KİA CEED” minik markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyularaq duracağa yerləşdirilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, 2(001)-7170/2021 saylı icra sənəndinə əsasən Borclu 148,4 manat tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İcra vərəqəsi üzrə icraata başlanılmış və tələbin könüllü icrası barədə borcluya bildiriş verilsə də, tələb təmin edilməmişdir. “Elektron-İcra” Sistemindən borcluya məxsus pul vəsaitinin olmasına dair bank hesabları, daşınmaz əmlak aşkar edilməsə də, onun adına qeydiyyatdan keçən “KİA CEED” minik markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi aşkar edilmişdir. Borclu 25 yanvar 2022-ci il tarixdə izahat verərək pulunun olmasını, lakin qətnamə üzrə borcu ödəməyəcəyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən borclu təqdimatla razılaşmayaraq bildirdi ki, o, qətnamə ilə tutulan məbləği avtomobillə hadisə törətdiyi zaman digər avtomobilin sahibinə ödəmişdir. Hazırda həmin məbləği ödəmə imkanına malik deyil, lakin pulu olan zaman borcunu ödəyəcək. Təqdimat vermiş şəxsə və tələbkara məhkəmə tərəfindən iclasın vaxtı və yeri barədə bildiriş göndərilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat qismən təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, 2(001)- 7170/2021 saylı icra sənədinə əsasən cavabdeh Borclu 128 manat məbləğində sığorta ödənişi, iddiaçı tərəfindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun əvəzi və 0.4 manat bank xidmət haqqı olmaqla cəmi 148,4 manat məbləğində pul alınaraq Paşa Sığorta” ASC-nin xeyrinə ödənilməlidir. Binəqədi rayon icra şöbəsinin icra məmuru Kamran Mirzəyev tərəfindən qəbul edilən 17 yanvar 2022-ci il tarixli qərar və bildirişin təsdiq edilmiş surətlərindən görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, 2(001)-7170/2021 saylı icra sənədi üzrə icraat başlanılmış, tələbin 10 gün müddətində könüllü icrası barədə bildiriş borcluya imza etdirməklə təqdim edilmişdir. Borclu Qasımov X1 rayon icra şöbəsində verdiyi 25 yanvar 2022-ci il tarixli izahatdan görünür ki, o, borcu qəsdən ödəmir. Məhkəmədən narazıdır, pulu davar, ödəməyəcək. “Elektron-icra” informasiya sistemində borclunun adına “KİA CEED” minik markalı, **- BA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi aşkar edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmiş hallardan görünür ki, borclu icra məmuru tərəfindən verilən müddət ərzində tələbi könüllü surətdə icra etməmişdir. Məcburi icra tədbirlərinin tətbiqi ilə əlaqədar “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslar mövcuddur. Ona görə də məhkəmə hesab edir ki, təqdimat qismən təmin edilməli və Borclu mülkiyyətində olan “KİA CEED” minik markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmalı, təqdimat qalan hissədə təmin edilməməlidır. Belə ki, nəqliyyat vasitəsinin üzərinə həbs qoyulduqdan sonra icra ilə bağlı digər hərəkətlər icra qanunvericiliyinin tələblərinə əsasən icra məmurunun vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1-cu maddəsində borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiri kimi göstərilmişdir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Yuxarıda göstərilənlər əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 267-268-cu, "İcra haqqında" Qanunun 43-44-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqdimat qismən təmin edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, 2(001)- 7170/2021 saylı icra sənədinin icrası ilə bağlı Borclu mülkiyyətində olan “KİA CEED” minik markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulsun. Təqdimat qalan hissədə təmin edilməsin. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №8(001)-160/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-160/2022
04.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver