Məhkəmə qərarları › İş №8(001)-162/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-162/2024

21.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-162/2024 21.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, X1 nümayəndəsi Nümayəndə1, Borclu «Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya» publik hüquqi şəxsinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1727/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru X3 xx.xx.2023-cü il tarixli “icraata xitam verilməsi haqqında” qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X2 şikayət ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-1727/2021 saylı icra sənədi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli Qərarının ləğv edilməsi və icra sənədinin təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X1 nümayəndəsi Nümayəndə1 məhkəməyə ərizə təqdim edərək, Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-1727/2021 saylı icra sənədi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli Qərarının ləğv edilməsi və icra sənədinin təzələnməsi barədə şikayətinin baxılmamış saxlanılaraq ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən «Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya» publik hüquqi şəxsinin nümayəndəsi Nümayəndə2 şikayətin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada icra məmuru məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, X2 şikayət və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdiyindən, şikayət baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-1727/2021 saylı icra sənədi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və icra sənədinin təzələnməsi barədə X2 tərəfindən verilmiş şikayət baxılmamış saxlanılaraq, şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar