Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-164/2023 22.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-6298/2021-009 saylı, 30 iyul 2021-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya məxsus əmlak üzərinə həbsin qoyulması barədə Binəqədi rayon İcra şöbəsinin icra məmuru Faiq Əkbərovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru Faiq Əkbərovtəqdimatla məhkəməyə müraciət edərək, icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu məxsus Quba rayonu, Vəlvələ kəndində ümumi sahəsi 21729 olan torpaq sahəsi üzərinə həbs qoyulmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-6298/2021-009 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu 76,38 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq, Tələbkar MMC-nin xeyrinə ödənilməsi əmr edilmişdir. İcra sənədi xx.xx.2021-ci il tarixində Bakı şəhəri Binəqədi rayon İcra şöbəsində daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəlmişdir. İcraata başlamaq haqqında qərara qəbul olunaraq, surəti bildirişlə bərabər Borclu göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətinin yoxlanılması üçün elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, “Elektron İcra” Sistemində borcluya məxsus uba rayonu, Vəlvələ kəndində ümumi sahəsi 21729 olan torpaq sahəsi aşkar edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış işdə iştirak edən şəxslər, məhkəmə iclasında iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. 44.3-cü maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaiti olmadıqda bu Qanunun 43.1.1–43.1.5-ci maddələrində nəzərdə tutulan məcburi icra tədbirlərinin hər hansı birinin tətbiqi digərlərinin tətbiqini istisna etmir. 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. 45.2-ci maddəsinə əsasən icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. 45.3-cü maddəsinə əsasən borclunun banklarda və digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda pul vəsaitlərini və başqa sərvətlərinin olması barədə məlumat olduqda, onların üzərinə həbs qoyulur. 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. 45.7-ci maddəsinə əsasən tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. 50.6-ci maddəsinə əsasən konkret şəraitdən asılı olaraq, icra məmuru əmlak üzərinə həbs qoyulması ilə eyni vaxtda borclunun əmlakını və ya onun ayrı-ayrı əşyalarını (iddia tələbinin həddini aşmamaq şərti ilə) götürmək hüququna malikdir. Qanunun yuxarıda sadalanan normalarından göründüyü kimi borclunun əmlakının üzərinə həbs qoyulması və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. Lakin icra sənədləri üzrə tələb ilk növbədə borclunun pul vəsaitinə yönəldilməlidir. Buna baxmayaraq icra məmuru tərəfindən borclunun banklarda və ya digər kredit təşkilatlarında pul vəsaitinin olub-olmaması yoxlanılmamışdır. Bundan başqa təqdimata icraata başlamaq haqqında icra məmurunun qərarı, tələbin könüllü icrası haqqında bildiriş, xəbərdarlıq məktubu əlavə edilsə də, həmin sənədlərin borcluya çatdırılması barədə sübut yoxdur. Bundan başqa iş materialları ilə icra məmuru tərəfindən 2021-ci il tarixindən icra sənədinin icrası üçün hər hansı icra hərəkətlərinin edilməsi də müəyyən edilmir. Bundan başqa nəzərə alınmalıdır ki, əmlakın qiymətləndirilməsi ilə bağlı araşdırma aparılmasa da, üzərinə həbs qoyulması tələb olunan əmlakın dəyərinin borc məbləğindən yüksək olması aşkardır. Bu səbəbdən təqdimat tələbə mütənasib hesab edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-6298/2021-009 saylı, 30 iyul 2021-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya məxsus əmlak üzərinə həbsin qoyulması barədə Binəqədi rayon İcra şöbəsinin icra məmuru Faiq Əkbərovun təqdimatı təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq qəraraaldı: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-6298/2021-009 saylı, 30 iyul 2021-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya məxsus əmlak üzərinə həbsin qoyulması barədə Binəqədi rayon İcra şöbəsinin icra məmuru Faiq Əkbərovun təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlkin Əliyev
Məhkəmə qərarları › İş №8(001)-164/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-164/2023
22.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver