Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-177/2025 13.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Lətifə Məhyədin qızının sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, Borclu-ərizəçi X6, Tələbkar Maraqlı şəxs2 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-138/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin hissə-hissə icra edilməsinə dair borclu X6 ərizəsinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi-borclu X9 ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7726/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi və 2(001)- 138/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi ilə icraya yönəldilmiş icra işi ilə əlaqədar aliment üzrə xx.xx.2022-ci il tarixdən başlayaraq hesablanmış 13000 manat aliment borcunun hissə-hissə, yəni hər ay 100-150 manat həddində ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e- 2(001)-7726/2022 saylı, xx.xx.2022-ci il qətnaməsinə əsasən X7 ilə onun arasında bağlanmış xx.xx.2022-ci il tarixli, MŞB/11-01296 saylı barışıq sazişi təstiq edilmişdir. Həmin barışıq sazişininə əsasən o, xx.xx.2022-ci il tarixdən başlayaraq valideyni - xx.xx.1959-cu il təvəllüdlü X1 uçün hər ay 3000 manat sabit pul məbləğində alimenti nağd şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 138/2024 sayl, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə onunla Maraqlı şəxs2 arasında xx.xx.2015-ci il tarixdə bağlanmış nikah pozulmuş, nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X8 iddiaçı Maraqlı şəxs2 yanında saxlanılması, 30 noyabr 2022-ci il tarixdən başlayaraq (Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-16(001)-158/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə xx.xx.2023cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulan məbləğ nəzərə alınmaqla) ondan xx.xx.2016-cı il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutularaq Maraqlı şəxs2 xeyrinə ödənilməsi qət edilmişdir. O, BİPİ EKSPLOREYŞN KASPİAN Sİ LTD şirkətində işləyir. Rəsmi əmək haqqından tutulmalar çıxıldıqdan sonra təxminən 6800 manat əmək haqqı alır. Həmin əmək haqqından 3000 manat anası X7 üçün aliment, təxminən 1600 manat da xx.xx.2016-cı il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment tutulur. Beləliklə ona əmək haqqından 1800 manat məbləğində pul vəsaiti qalır. Hər dəfə də o, övladı ilə görüşəndə bir ata kimi ona hədiyyə və gündəlik xırda alış-veriş də edir ki, bu da ona qalan maaşından xərclənir. Həmçinin o, xəstədir, hər il müalicə almalıdır. Bundan başqa o, yeni ailə həyatı qurub və bu yeni ailənin də qayğısına tutulmalar və alimentlər çıxdıqdan sonra qalan 1800 manat əmək haqqının hesabına ödənilməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-138/2024 sayl, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə nikah pozulduqdan sonra 30 noyabr 2022-ci il tarixdən başlayaraq aliment hesablandığından (yəni qətnamədən 17 ay əvvəldən) onun həm köhnə aliment borcu, təxminən 13000 manat və uşağın saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında, yəni 1600 manat məbləğində aliment tutulur. Rəsmi əmək haqqından tutulmalar vaxtı-vaxtında olsa da əvvəldən hesablanmış 13000 manat alimenti ödəmək ona indiki vaxtında həddindən artıq çətinlik yaradır. Bu səbəbdən də qətnamənin hissə-hissə icra edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında iştirak edən borclu-ərizəçi X9 ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar Maraqlı şəxs2 ərizəni qəbul etməyərək təmin edilməməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qətnaməsinə əsasən X5 alimentin tutulması qət edilsə də o müəyyən edilmiş vaxtdan aliment borcunu ödəməkdən yayınır. Bununla bağlı dəfələrlə icra şöbəsinə müraciət etmişdir. Lakin borclu yaranmış aliment borcunu qəsdən ödəmək istəmir. Qeyd edilənlərə əsasən ərizənin təmin edilməməsini xahiş etdi. İş üzrə icra məmuru və borclu-ərizəçi sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, ərizəni və iş materiallarını araşdıraraq, aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Maddənin mənasına görə qətnamənin icrasına möhlət verilməsi və ya onun hissəhissə icra edilməsi, icra üsulunun və qaydasının dəyişdirilməsi işə baxmış hakim tərəfindən işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən həll edilir. Bu kimi hərəkətlər qətnamənin qanuni qüvvəyə minməsindən asılı olmayaraq edilə bilər. Qətnamənin icrasına möhlət verilməsi onun icrasının digər vaxta, hissə-hissə icra edilməsi isə məhkəmə qətnaməsi, yaxud qərardadı ilə təsdiqlənmiş müəyyən zaman ayrımı çərçivəsində göstərilmiş müddətlərlə borcun hissə-hissə ödənilməsidir. Borcun hissə-hissə ödənilməsi icra predmetinin bölünməsində mümkündür, qətnamənin icrasına möhlət verilməsi isə bir qayda olaraq icra predmeti bölünməz olduqda mümkündür. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 12-ci və 13-cü bəndlərində göstərilmişdir ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Qətnamənin icrasına möhlət verilməsinin və ya onun hissə-hissə icrasının əsası kimi nəzərə alınmalı olan borclunun əmlak vəziyyəti onun elə bir maddi təminat səviyyəsini nəzərdə tutur ki, bu vəziyyətdə borclu ona məxsus və tələbin yönəldilməsi mümkün olan əmlakının realizəsi hesabına qətnamə üzrə tələbi bir dəfəyə könüllü və ya məcburi qaydada tam icra edə bilmir. Ali Məhkəmənin Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və insan hüquqları üzrə Avropa məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli, 5 nömrəli Qərarının 6-cı bəndində isə qeyd olunmuşdur ki, Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Məhkəmə qeyd edir ki, qanunun mənasına görə qətnamənin hissə-hissə icrası dedikdə, icra hərəkətlərinin birdəfəlik deyil, müəyyən müddətə və hissələrlə (mərhələlərlə) həyata keçirilməsi başa düşülür. Qanunvericiliyin istinad edilən müddəalarından göründüyü kimi, məhkəmə qətnaməsinin hissə-hissə icrasına dair konkret müddəalar (icranın müddəti, ardıcıllığı, icra ediləcək hərəkətlərin və ya ödəniləcək məbləğlərin həcmi və s.) olmasa da, qətnamənin hissə-hissə icrası nəticəsində yaranan ümumi icra müddəti ağlabatan olmalı və bu məsələnin həllində hər iki tərəfin, yəni borclu və tələbkarın mənafeyi eyni cür qorunmalıdır. İşin halları ilə müəyyən edilir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 138/2024 sayl, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən 30 noyabr 2022-ci il tarixdən başlayaraq (Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-16(001)-158/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulan məbləğ nəzərə alınmaqla) ondan xx.xx.2016-cı il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutularaq Maraqlı şəxs2 xeyrinə ödənilməsi qət edilmişdir. Bundan başqa Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-7726/2022 saylı, xx.xx.2022-ci il qətnaməsinə əsasən X7 ilə onun arasında bağlanmış xx.xx.2022-ci il tarixli, MŞB/11- 01296 saylı barışıq sazişi təstiq edilmişdir. Həmin barışıq sazişininə əsasən o, xx.xx.2022ci il tarixdən başlayaraq valideyni - xx.xx.1959-cu il təvəllüdlü X1 uçün hər ay 3000 manat sabit pul məbləğində alimenti nağd şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Borclu əmək haqqından 1600 manat övladı X2 üçün və 3000 manat anası üçün alimentin tutulduğunu və təxminən 13000 manat övladı X3 uçün ödənilən aliment borcunun qaldığını və onun hissə-hissə hər ay 100-150 manat olmaqla icra qaydasının müəyyən edilməsini xahiş edir. Lakin qeyd edilməlidir ki, bu hal qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasının 100 manatdan ödəniləcəyi təqdirdə təqribən 130 ay (10 il 10 ay), 150 manatdan ödəniləcəyi təqdirdə təxminən 87 ay, yəni 7 ildən yuxarı bir müddətə təxirə salınması anlamına gəlir, bu da uşağın mənafeyinə zidd olacaqdır. Halbuki, məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə eləcə də qeyd edir ki, cavabdeh anasına da razılaşmalarına əsasən hər ay 3000 manat aliment ödədiyini bildirsə də ona münasibətdə alimentin azaldılmasını xahiş etməmiş, sadəcə uşağa ödənilən aliment borcunun hissəhissə tutulmasını tələb etmişdir. Eləcə də müəyyən edilmişdir ki, onun anasına ödədiyi vəsaitlə bağlı heç bir borcu yaranmamışdır. Yalnız 13.000 manat borc uşağına ödənilməli olan alimentlə bağlı yaranmışdır. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə, borc məbləğini nəzərə alaraq qətnamənin borclunun xahiş etdiyi qaydada hissə-hissə icra edilməsi halında məhkəmə qərarının çox uzun müddət ərzində icra olunması ilə nəticələnəcəyini, bu halın isə tələbkarın mənafeyinə zidd olduğundan, eləcə də icra sənədi ağlabatan müddətdə icra edilməli olduğundan icra sənədinin hissə-hissə icra edilməsinə dair ərizənin təmin edilməsini mümkün hesab etmir. Həmçinin tələbkar “qətnamənin hissə-hissə icra edilməsinə etiraz etdiyindən, ərizə təmin edilə bilməz. Odur ki, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi-borclu X6 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-138/2024 sayl, xx.xx.2024-cü il tarixli icra sənədinin hissə-hissə icra edilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Lətifə Məmmədova
Məhkəmə qərarları › İş №8(001)-177/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-177/2025
13.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver