Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-180/2025 05.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli, e-2(001)- 434/2024-014 saylı icra sənədi üzrə Borclu məxsus avtomobilin üzərinə həbs qoyulması barədə Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru Aqil Cəbiyevin təqdimatına Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru Aqil Cəbiyev təqdimatla məhkəməyə müraciət edərək Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)- 424/2024-014 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu mülkiyyətində “MERCEDES C180” minik markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması və borcun avtomobilə yönəldilməsi ilə bağlı qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə icraatına daxil olmuş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-424/2024-014 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi əsasən Borclu 5543.95 manat məbləğində pul vəsaiti və 75 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin (Ləğv prosesindədir) xeyrinə ödənilməlidir. İcra vərəqəsində göstərilən tələbi 10 gün müddətində könüllü olaraq təmin etməsi barədə borcluya qərar və bildiriş göndərilməsinə baxmayaraq, tələb borclu tərəfindən könüllü qaydada təmin edilməmiş və qərəzli olaraq borcu ödəməkdən yayınmışdır. Borclu mülkiyyətində “MERCEDES C180” minik markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyatdan keçmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməmişlər. Məhkəmə onlarına iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə təqdimatı və əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən olan baza məlumatlarından müəyyən edilmişdir ki, “MERCEDES C180” minik markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobil Borclu adına qeydiyyata alınmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: - 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirləri kimi müəyyən edilmişdir. - 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi əsaslarıdır. Təqdimata əlavə olunmuş sənədlərdən görünür ki, icra vərəqəsi üzrə icra məmuru icraata başlamış, tələbin könüllü icrası barədə borcluya bildiriş verilmiş, lakin tələb icra olunmamışdır. Beləliklə məcburi icra tədbirinin tətbiqi üçün əsas yaranmışdır. Göstərilənləri, eləcə də icra sənədi üzrə tələb olunan borc məbləğini nəzərə alaraq məhkəmə hesab edir ki, təqdimat qismən təmin edilməli, Borclu adına qeydə alınmış “MERCEDES C180” minik markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Məhkəmə həmçinin təqdimatın tələbin borclunun mülkiyyətində olan mənzilə yönəldilməsi ilə bağlı hissəsinə münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, icra haqqında qanun borclunun əmlakı üzərinə həbsin qoyulması prosesininin mərhələlərini və icraçının hərəkətlərini, həmçinin məhkəmənin bu məsələ ilə bağlı səlahiyyətlərini dəqiq müəyyən etdiyindən, həmin qanunun tələblərinə əsasən məhkəmənin səlahiyyətinə yalnız icra məmurunun əsaslandırılmış təqdimatına əsasən borclunun əmlakı üzərinə həbsin qoyulması aid edildiyindən, təqdimat borcun avtomobilə yönəldilməsi hissəsində təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli, e-2(001)- 434/2024-014 saylı icra sənədinin icrasının təmin olunması məqsədilə Borclu adına qeydə alınmış “MERCEDES C180” minik markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardadın icrası Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinə həvalə edilsin. Təqdimat qalan hissədə təmin edilməsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №8(001)-180/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-180/2025
05.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver