Məhkəmə qərarları › İş №8(001)-186/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-186/2024

06.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-186/2024 06.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, Tələbkar Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)-2976/2023 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə Binəqədi rayon İcra şöbəsinin icra məmuru Ruslan Məmmədovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin icra məmuru Ruslan Məmmədov təqdimatla məhkəməyə müraciət edərək, Borclu adına olan «Mercedes Benz 1846 LS» yük markalı, **-XE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli qərarla icraata başlanılmış Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)-2976/2023 saylı icra sənədinə əsasən Borclu 1233,43 manat məbləğində pul vəsaiti və 32,41 manat dövlət rüsumu tutularaq, Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədi üzrə borcluya icraata başlamaq haqqında qərar, könüllü icra barədə bildirişlə göndərilmiş, lakin tələb təmin olunmamışdır. İcraat zamanı borclu X2 adına «Mercedes Benz 1846 LS» yük markalı, **-XE-*** dövlət qeydiyyat nişanlı avtomobilin olduğu müəyyən edilmişdir. Göstərilənlərə əsasən, Borclu məxsus «Mercedes Benz 1846 LS» yük markalı ** XE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə qərardad çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında Tələbkar Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 borclu tərəfindən icra sənədinin icra edilmədiyini bildirərək, təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar icra məmuru və borclu məhkəmə iclasına gəlməmişlər və səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də, məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tələbkarın nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)- 2976/2023 saylı icra sənədindən görünür ki, Borclu cəmi 1233,43 manat məbləğində pul vəsaiti və 32,41 manat ödənilmiş dövlət rüsumu Tələbkar ASC-nin xeyrinə tutulmalıdır. xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərardan və tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)-2976/2023 saylı icra sənədi üzrə icraata başlanılmış, tələbin könüllü icrası barədə bildiriş borcluya göndərilmişdir. “Elektron-icra” informasiya sistemində borclunun adına «Mercedes Benz 1846 LS» yük markalı, 99–XE-385 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi aşkar edilmişdir. Məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, «Mercedes Benz 1846 LS» yük markalı, **-XE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Borclu adına qeydiyyatdadır. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsində borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiri kimi göstərilmişdir. Həmin Qanununun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Göründüyü kimi, icra sənədində göstərilən tələb borclu tərəfindən könüllü surətdə icra edilməmişdir. İcra məmuru tərəfindən borclunun əmlak vəziyyəti yoxlanılmış və onun adına adına «Mercedes Benz 1846 LS» yük markalı, **-XE-*** dövlət qeydiyyat nişanlı avtomobil aşkar edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, təqdimat əsaslı hesab edilərək təmin edilməli,Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(001)- 2976/2023 saylı icra sənədinin icrası ilə əlaqədar Borclu məxsus «Mercedes Benz 1846 LS» yük markalı **-XE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 267-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə R A R A A L D İ: Təqdimat təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(001)- 2976/2023 saylı icra sənədinin icrası ilə əlaqədar Borclu məxsus «Mercedes Benz 1846 LS» yük markalı, ** XE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulsun. Qərardadın icrası öz səlahiyyətləri daxilində Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinə həvalə edilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar