Məhkəmə qərarları › İş №8(001)-190/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-190/2024

27.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-190/2024 27.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Bəkirzadə Fidumə Akif qızının katibliyi ilə, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru Ruslan Məmmədovun Borclu məxsus avtomobilin üzərinə həbs qoyulması barədə təqdimatına Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru Ruslan Məmmədov Borclu məxsus avtomobilin üzərinə həbs qoyulması barədə təqdimatla Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e- 2(001)-3867/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 1282,17 manat məbləğində pul vəsaiti və 32,82 manat dövlət rüsumu tutularaq Tələbkar Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İcraat zamanı “Elektron İcra” informasiya sistemində Borclu adına Mersedes Benz 250D minik markalı, 99XL479 dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyatdan keçdiyi müəyyən edilmişdir. İş üzrə tələbkar, borclu və icra məmuru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə olan sənədləri tədqiq edib, təqdimatın dəlillərinə qiymət verərək belə nəticəyə gəlir ki, təqdimat təmin edilməlidir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası "məhkəmə baxışının tərkib hissəsi" kimi qiymətləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi "Burdov Rusiyaya qarşı" iş üzrə qərarında eyni xarakterli məsələlərə bir daha toxunaraq qeyd etmişdir ki, məhkəmə qərarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1-ci bəndində ifadəsini tapmış müddəanı faydalılıq qüvvəsindən məhrum etmiş olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinə istinadlar bir daha göstərir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin icra olunmaması ədalətli məhkəmə baxışı hüququnun pozulmasıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsinə əsasən, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, 1995-ci il buraxılışlı, tünd göy rəngli Mersedes Benz 250D minik markalı, 99XL479 dövlət qeydiyyat nişanlı avtomobil Borclu mülkiyyətindədir. Beləliklə, təqdimatda göstərilənləri, icra işinin materiallarını, eləcə də “Elektron məhkəmə” informasiya sistemində mövcud olan məlumatları nəzərə alaraq, məhkəmə hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3867/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu mülkiyyətində olan Mersedes Benz 250D minik markalı, 99XL479 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3867/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu mülkiyyətində olan Mersedes Benz 250D minik markalı, 99XL479 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardadın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə və Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar