Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-191/2022 18.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, Tələbkar, İcra məmuru X3 iştirakları ilə, X1 Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin icra məmuru Ələddin Hüseynovun icraata başlamaq haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X2 Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin icra məmuru Ələddin Hüseynovun 21 fevral 2022-ci il tarixli icraata başlamaq haqqında qərarından şikayət verərək göstərmişdir ki, Tələbkar iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək azyaşlı uşaqları ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 1, Korpus 40, 35A saylı evə köçürülməsini tələb etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəsinin 01 noyabr 2018-ci il tarixli, 2(001)-8295/2018 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək iddiaçının övladları ilə birlikdə qeyd olunan tikiliyə köçürülməsi qət edilmişdir. Həmin qətnamə üzrə icra sənədi Binəqədi rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Ələddin Hüseynov tərəfindən icra edilmiş və şöbənin 04 fevral 2019-cu il tarixli qərarı ilə həmin icra sənədinin icraatına xitam verilmişdir. Buna baxmayaraq iş üzrə tələbkar yenidən ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmənin sözügedən icra sənədinin yenidən icraya yönəldilməsini xahiş etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəsinin 2(001)-8295/2018 saylı, 10 fevral 2022-ci il tarixli məktubundan görünür ki, mülki iş materiallarında icra şöbəsi tərəfindən icra sənədinin məhkəməyə geri qaytarılması və ya icra sənədi üzrə icraata xitam verilməsi müəyyən olunmadığından Binəqədi Rayon Məhkəməsinin 01 noyabr 2018-ci il tarixli, 2(001)-8295/2018 saylı icra sənədi üzrə icraatın təzələnməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün icra sənədinin təsdiq olunmuş surəti təkrar icra şöbəsinə göndərilmişdir. Qeyd edir ki, “icra olunmuş icra sənədinin icraatına xitam verilməsi haqqında” Binəqədi rayon icra və probasiya şöbəsinin 04 fevral 2019-cu il tarixli qərarı icra məmuru tərəfindən məhkəməyə təqdim olunmalı olduğu halda icra məmuru Ələddin Hüseynov, "İcra haqqında" Azərbaycan Respublikasının Qanunun tələblərini kobud şəkildə pozaraq məhkəməyə bu barədə heç bir məlumat verməmiş və qərarın surətini məhkəməyə göndərməmişdir. Bundan başqa, məhkəmə həmin icra sənədi üzrə icraatın təzələnməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün icra sənədinin təsdiq olunmuş surətini təkrar göndərmədən əvvəl icra şöbəsindən işin nəticəsi haqqında məlumat almalı idi. Lakin məhkəmə heç bir araşdırma aparmadan birbaşa tələbkarın ərizəsi əsasında icra sənədini təkrar Binəqədi rayon icra şöbəsinə göndərmişdir. Qeyd edir ki, “icra olunmuş icra sənədinin icraatına xitam verilməsi haqqında” Binəqədi rayon icra və probasiya şöbəsinin 04 fevral 2019-cu il tarixli qərarı böyük icra məmuru Ələddin Hüseynov tərəfindən qəbul edilmiş və Bakı Şəhəri Binəqədi Rayon Məhkəsinin 2(001)- 8295/2018 saylı, 10 fevral 2022-ci il tarixli məktubu əsasında icra məmuru Ələddin Hüseynov həmin iş üzrə icraatı təzələyərək yenidən 21 fevral 2022-ci il tarixdə “icraata başlamaq haqqında’' qərar qəbul etmişdir. Hesab edir ki, “icra olunmuş icra sənədinin icraatına xitam verilməsi haqqında” Binəqədi rayon icra şöbəsinin 04 fevral 2019-cu il tarixli qərarı qüvvədə olduğundan icra məmuru tərəfindən həmin iş üzrə yenidən “icraata başlamaq haqqında” qərar qəbul edilə bilməz və Binəqədi rayon icra şöbəsinin böyük icra məmuru Ələddin Hüseynov tərəfindən qəbul edilmiş 21 fevral 2022-ci il tarixli “icraata başlamaq haqqında” qərar ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən tələbkar şikayətin təmin edilməməsini məhkəmədən xahiş edərək bildirdi ki, onun Bakı Şəhəri Binəqədi Rayon Məhkəsinin 01 noyabr 2018-ci il tarixli, 2(001)-8295/2018 saylı qətnaməsi ilə azyaşlı uşaqları ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 1, Korpus 40, 35A saylı evə köçürülməsi qət edilmiş, həmin qətnamə icra edilərək, o, uşaqları ilə birlikdə qeyd olunan evə köçürülmüşdür. Lakin borclu ona müxtəlif formada təzyiqlər göstərməyə başladığından o, məcbur qalaraq uşaqları ilə həmin evdən çıxmışdır. O, icra sənəndinin yenidən icraya yönəldilməsi ilə bağlı məhkəməyə müraciət etmiş, məhkəmə müraciətini təmin etmişdir. Hazırda icra sənədi icra olunmuş, o, və uşaqları həmin evə köçürülmüşdür. Borclu evin bir hissəsini qanunsuz olaraq kirayəyə vermiş, evin digər hissəsini isə qəsdən bərbad vəziyyətə salmışdır ki, o, orada yaşaya bilməsin. Məhkəmə iclasında iştirak edən icra məmuru Ələddin Hüseynov şikayətin təmin edilməməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş edərək bildirdi ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəsinin 01 noyabr 2018-ci il tarixli, 2(001)-8295/2018 saylı icra sənədi icra edilmiş, Tələbkar azyaşlı uşaqları ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 1, Korpus 40, 35A saylı evə köçürülmüşdür. Daha sonra borclu tələbkarın həmin ünvanda yaşamasına yenidən maneçilik törətmiş, tələbkar bununla bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 73.5-ci maddəsini rəhbər tutaraq tələbkarın müraciətini təmin etmiş və icra sənədini yenidən icra edilməsi üçün 10 fevral 2022-ci il tarixli məktubla icra şöbəsinə göndərmişdir. O da qanunun tələblərinə riayət etməklə icra sənədi üzrə icraata başlamış və bu barədə bildirişi tərəflərə göndərmişdir. Hazırda icra sənədi təkrar olaraq icra edilmiş və tələbkar evə köçürülmüşdür. İcra prosesində sahə müvəkkili də iştirak etmiş, borcluya məlumat verilməsinə baxmayaraq o, iştirak etməmişdir. İcra sənədi üzrə icraata xitam verməməsinin səbəbi odur ki, borclu tərəfindən hazırki şikayətlə məhkəməyə müraciət edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş tələbkar məhkəmə iclasına gəlməmişdir. Məhkəmə şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, şikayəti və ona əlavə edilmiş sənədləri, habelə icra işinin materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 noyabr 2018-ci il tarixli, 2(001)- 8295/2018 saylı icra vərəqəsindən görünür ki, Tələbkar yetkinlik yaşlarına çatmamış övladları 02 iyun 2007-ci il təvəllüdlü X8 və 02 mart 2010-cu il təvəllüdlü X9 ilə birlikdə Bakı şəhəri, Binəqədi qəsəbəsi, mədən 1, korpus 40-da yerləşən 35A saylı tikiliyə köçürülməlidir. Binəqədi rayon icra şöbəsinin icra məmuru Ələddin Hüseynov tərəfindən qəbul edilmiş 04 fevral 2019-cu il tarixli icra sənədinin icraatına icraata xitam verilməsi barədə qərardan görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 noyabr 2018-ci il tarixli, 2(001)-8295/2018 saylı icra sənədi icra olunduğundan icra sənədinin icraatına xitam verilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli məktubun surətindən görünür ki, tələbkarın ərizəsi əsasında Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 noyabr 2018-ci il tarixli, 2(001)-8295/2018 saylı icra sənədi üzrə icraatın təzələnməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün icra sənədinin təsdiq olunmuş surəti icra edilməsi üçün Binəqədi rayon icra şöbəsinə göndərilmişdir. Binəqədi rayon icra şöbəsinin icra məmuru Ələddin Hüseynovun 21 fevral 2022-ci il tarixli qərarının və bildirişin surətindən görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 noyabr 2018-ci il tarixli, 2(001)-8295/2018 saylı icra sənədi üzrə icraata başlanılmış, tələbin 10 gün müddətində könüllü icrası barədə bildiriş borcluya təqdim edilmişdir. 02 mart 2022-ci il tarixdə Binəqədi rayon icra şöbəsinin icra məmuru Ələddin Hüseynovun və X6 tərtib etdikləri aktın surətindən görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 noyabr 2018-ci il tarixli, 2(001)-8295/2018 saylı icra X2 02 mart 2022-ci il tarixdə saat 18:51 radələrində icra məmuruna məxsus mobil nömrəyə zəng edərək, hədə-qorxu gəlmiş və nalayiq ifadələr işlətmişdir. Bu barədə Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinə məlumat verilmişdir. 09 mart 2022-ci il tarixdə Binəqədi rayon icra şöbəsi tərəfindən borclu və tələbkara ünvanlanmış bildirişdən görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 noyabr 2018-ci il tarixli, 2(001)-8295/2018 saylı icra sənədinin icrası 11 mart 2022-ci il tarixə, saat 11:00-a təyin edilmişdir. 11 mart 2022-ci il tarixdə Əhmədova X5 rayon icra şöbəsinə ərizə ünvanlayaraq bildirmişdir ki, o, övladları ilə birlikdə Bakı şəhəri, Binəqədi qəsəbəsi, mədən 1, korpus 40da yerləşən 35A saylı boş vəziyyətdə olan evə köçürülmüş, tələbi təmin olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 73.5-ci maddəsinə əsasən tələbkarın köçürülməsi barədə akt tərtib edildikdən sonra, borclu tələbkarın yaşamasına (olmasına) yenidən maneçilik törətdikdə, icra sənədi üzrə icraat təzələnməlidir. 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. 8.2-ci maddəsinin birinci hissəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. 8.3-cü maddəsinə əsasən icraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. 8.5-ci maddəsinə əsasən tərəflər icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət edə bilərlər. İş materiallarından göründüyü kimi, icra məmuru tərəfindən icra hərəkətləri icra qanunvericilyinin tələblərinə uyğun qaydada həyata keçirilmişdir. Belə ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 noyabr 2018-ci il tarixli, 2(001)-8295/2018 saylı icra sənədi icra edilmiş, Tələbkar azyaşlı uşaqları ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 1, Korpus 40, 35A saylı evə köçürülmüş və icra sənədi üzrə icraata xitam verilmişdir. Daha sonra borclu tələbkarın həmin ünvanda yaşamasına maneçilik törətmiş, tələbkar bununla bağlı məhkəməyə müraciət etmiş, məhkəmə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 73.5-ci maddəsini rəhbər tutaraq tələbkarın müraciətini təmin etmiş və icra sənədini yenidən icra edilməsi üçün 10 fevral 2022-ci il tarixli məktubla icra şöbəsinə göndərmişdir. İcra qanunvericiliyinin tələblərinə əsasən icra məmuru başlamaq haqqında qərar qəbul etmiş və tələbin könüllü icrası üçün borcluya bildiriş təqdim etmiş, bununla da qanunvericiliklə üzərinə qoyulmuş vəzifələri yerinə yetirmişdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 noyabr 2018-ci il tarixli, 2(001)-8295/2018 saylı icra sənədi üzrə Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin icra məmuru Ələddin Hüseynovun 21 fevral 2022-ci il tarixli icraata başlamaq haqqında qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən X1 şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 8, 73cü maddələrini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X1 Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 noyabr 2018-ci il tarixli, 2(001)- 8295/2018 saylı icra sənədi üzrə Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin icra məmuru Ələddin Hüseynovun 21 fevral 2022-ci il tarixli icraata başlamaq haqqında qərarından verdiyi şikayət əsassız olduğundan təmin edilməsin. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №8(001)-191/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-191/2022
18.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver