Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-20/2023 24.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, Borclu iştirakı ilə, Quba rayon icra və probasiya şöbəsinin “icraatın dayandırılması” barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:̇ xx.xx.2022-ci il tarixdə Quba rayon icra və probasiya şöbəsi “icraatın dayandırılması” barədə təqdimatla məhkəməyə müraciət etmiş, daha sonra xx.xx.2023cü il tarixdə isə ərizə ilə məhkəməyə müraciət edərək, hal-hazırda zərurətin aradan qalxdığını bildirmiş və təqdimatın baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən borclu təqdimatın baxılmamış saxlanması barədə ərizənin təmin edilməsini xahiş edərək bildirdi ki, o, könüllü şəkildə icra şöbəsinə yaxınlaşmış və izahat vermişdir. Beləliklə də, hazırkı təqdimata baxılmasına zərurət qalmamışdır. Hazırkı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslər lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Repsublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən onların iştirakları olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə icra şöbəsinin ərizəsini araşdırıb hesab edir ki, təqdimat baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 259, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Ərizə təmin edilsin. Quba rayon icra və probasiya şöbəsinin “icraatın dayandırılması” barədə təqdimatı baxılmamış saxlanılsın. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №8(001)-20/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-20/2023
24.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver