Məhkəmə qərarları › İş №8(001)-201/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-201/2022

28.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-201/2022 28.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi ilə, Binəqədi rayon icra şöbəsinin icra məmuru Kamran Mirzəyevin Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 18 sentyabr 2017-ci il tarixli, 2(004)-5177/2017 saylı və Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 oktyabr 2018-ci il tarixli, 2(001)-8599/2018 saylı icra sənədlərində göstərilən tələblərin icrasını təmin etmək məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatına açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Binəqədi rayon icra şöbəsinin icra məmuru Kamran Mirzəyev Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 18 sentyabr 2017-ci il tarixli, 2(004)-5177/2017 saylı və Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 oktyabr 2018-ci il tarixli, 2(001)-8599/2018 saylı icra sənədlərinin icrası ilə əlaqədar Borclu ölkədən getmək hüququnun müvəqqəti məhudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 18 sentyabr 2017-ci il tarixli, 2(004)-5177/2017 saylı icra sənədinə əsasən Borclu 1.416 ABŞ dolları və 20 manat "xxxx" ASC-nin xeyrinə və Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 oktyabr 2018-ci il tarixli, 2(001)-8599/2018 saylı icra vərəqəsinə əsasən 418 manat tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədləri üzrə 10 iyul və 29 oktyabr 2018-ci il tarixlərdə icraata başlanılmış və tələbin könüllü icrası barədə borcluya bildirişlər göndərilmişdir. “Elektron-icra” sistemindən əldə olunan məlumata əsasən Borclu ölkə sərhədini 2018 və 2021-ci il tarixlərində 03 dəfə keçdiyi məlum olmuşdur. Elektronicra sisteminə əsasən borclunun adına tələbin yönəldilə biləcəyi əmlak, pensiya növü aşkar edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq təqdimatı vermiş icra məmuru, tələbkar və borclu məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna baxmayaraq məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 18 sentyabr 2017-ci il tarixli, 2(004)- 5177/2017 saylı icra sənədinə əsasən Borclu Tələbkar1 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 0356 YMA saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 1.069 ABŞ dolları, müqavilə müddətinin sonuna, yəni yanvar 2016-cı tarixə ödənilməmiş faiz borcu qismində 229 ABŞ dolları, 29 yanvar 2016-cı tarixdən 18 sentyabr 2017-ci il tarixə olan illik 5% dərəcəsi hesablanmış faiz borcu qismində 118 ABŞ dolları, cəmi 1.416 ABŞ dolları məbləğində pul vəsaiti, ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə manatla, habelə kredit və zaminlik müqavilələrinin surətlərinin notarial qaydada təsdiq olunmasına görə ödənilmiş vəsaitin əvəzi qisminə 12 və iş üzrə ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 10 manat, cəmi 22 manat məbləğində pul vəsaiti tutulmalıdır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 oktyabr 2018-ci il tarixli, 2(001)- 8599/2018 saylı icra sənədinə əsasən X1 və Borclu kreditor "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 398,26 manat və 20 manat dövlət rüsumu tutulmalıdır. Bakı şəhəri Yasamal və Binəqədi rayon İcra şöbələrinin borcluya göndərilmiş bildirişlərindən görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 18 sentyabr 2017-ci il tarixli, 2(004)-5177/2017 saylı və Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 oktyabr 2018-ci il tarixli, 2(001)-8599/2018 saylı icra sənədləri üzrə icraat başlanmış, borcluya icra sənədində göstərilən tələbin könüllü icrası barədə bildiriş borcluya göndərilmişdir. “Elektron icra” informasiya sistemində borclunun adına tələbin yönəldilə biləcəyi daşınar, daşınmaz əmlak, pul vəsaitinin olmasına dair bank hesabının olması, habelə əmək fəaliyyəti ilə məşğul olması barədə məlumat müəyyən edilməmişdir. Lakin, qeyd olunan çıxarışda borclunun bir neçə dəfə ölkə xaricinə çıxış etməsi aşkar edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının 22 aprel 2013-cü il tarixli, 2-N nömrəli Qərarı ilə təsdiq edilmiş "Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatın 2.2.3cü maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru Kamran Mirzəyevin Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatı əsaslıdır və təmin edilməlidir. Belə ki, icra məmuru tərəfindən borclunun əmlakının axtarılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər həyata keçirilmiş və icra sənədinin yönəldilə biləcək əmlak, əmək haqqı və s. aşkar dilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 231.3-cü maddəsinə əsasən, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq qərara aldı: Təqdimat təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 18 sentyabr 2017-ci il tarixli, 2(004)- 5177/2017 saylı və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 oktyabr 2018-ci il tarixli 2(001)-8599/2018 saylı icra sənədlərində göstərilən tələblərin təmin edilməsi məqsədi ilə xx xxxxxxx 1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ icra sənədi üzrə borc tam icra olunanadək müvəqqəti məhdudlaşdırılsın. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar