Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-208/2023 28.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru Ələddin Hüseynovun Borclu məxsus “Toyota Corolla” minik markalı **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulması barədə təqdimatına Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru Ələddin Hüseynovun Borclu məxsus “Toyota Corolla” minik markalı **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulması barədə təqdimatla Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1966/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən aşağıda göstərilən qızıl-zinət əşyaları, olmadığı təqdirdə dəyəri borclular X1 və Borclu tərəfindən müştərək qaydada alınaraq Tələbkar verilməlidir: 1.Ümumi dəyəri 3400 (üç min dörd yüz) manat, ümumi çəkisi 25 qram olan Türkiyə istehsallı, 585 əyarlı qadın üçün qızıl komplekt dəsti (qarnitur); bir ədəd boyunbağı,bir ədəd sırğa, bir ədəd qolbağ, bir ədəd badam formalı briliyant qaşlarla bəzədilmiş üzük. 2.İş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 4 (dörd) manat və mediasiya xərci kimi 50 manat məbləğində pul vəsaiti borclular X1 və Borclu alınaraq Tələbkar verilməlidir. xx.xx.2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir və borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilsə də borclu icradan yayınmışdır. İş üzrə tələbkar, borclu və icra məmuru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə olan sənədləri tədqiq edib, təqdimatın dəlillərinə qiymət verərək belə nəticəyə gəlir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1966/2022 saylı, xx.xx.2022-ci il tarixli İcra vərəqəsindən görünür ki, ümumi dəyəri 3400 manat, ümumi çəkisi 25 qram olan Türkiyə istehsallı, 585 əyarlı qadın üçün qızıl komplekt dəsti (qarnitur); bir ədəd boyunbağı, bir ədəd sırğa, bir ədəd qolbağ, bir ədəd badam formalı briliyant qaşlarla bəzədilmiş üzük və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 4 (dörd) manat və mediasiya xərci kimi 50 manat məbləğində pul vəsaiti borclular X1 və Borclu alınaraq Tələbkar xeyrinə tutulmalıdır. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, Borclu tələbin könüllü icrası haqqında bildirişi poçt vasitəsi ilə şəxsən qəbul etmiş və bu barədə bildirişə imza etmişdir. Təqdimata əlavə edilmiş elektron icra sisteminin çıxarışından görünür ki, **-CJ-*** dövlət qeydiyyat nişanlı Toyota Corolla minik avtomobili Borclu mülkiyyətindədir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən,borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirlərindəndir. Həmin Qanunun 44.1-ci maddəsinə müvafiq olaraq, məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. Həmin Qanunun 50.2-ci maddəsinə görə, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təqdimata əlavə olunmuş sənədlərdən görünür ki, icra vərəqəsi üzrə icra məmuru icraata başlamış, tələbin könüllü icrası barədə borcluya bildiriş verilmiş, lakin tələb icra olunmamış, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru qanunvericiliklə nəzərdə tutulmuş zəruri olan ilkin mərhələləri keçmiş və hər hansı nəticə əldə edilmədikdən sonra tələbin borcluya məxsus olan əmlaka yönəldilməsini təqdimatda xahiş etmişdir. Beləliklə, təqdimatda göstərilənləri, icra işinin materiallarını, eləcə də “Elektron məhkəmə” informasiya sistemində mövcud olan məlumatları nəzərə alaraq, məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 1966/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icranı təmin etmək məqsədilə Borclu mülkiyyətində olan **-CJ-*** dövlət qeydiyyat nişanlı Toyota Corolla minik avtomobiliüzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1966/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu mülkiyyətində olan **-CJ-*** dövlət qeydiyyat nişanlı Toyota Corolla minik avtomobili üzərinə həbs qoyulsun. Qərardadın icrası Bakı şəhəri Binəqədi Rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №8(001)-208/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-208/2023
28.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver