Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-209/2023 02.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə Binəqədi rayon İcra şöbəsinin icra məmuru Aqil Cəbiyevin Borclu mülkiyyətində olan Sumqayıt şəhəri Novxanı bağ massivi 499 nömrəli bağ sahəsinin üzərinə həbs qoyulmasına və borcun bağ sahəsinə yönəldilməsinə dair təqdimatına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Binəqədi rayon İcra şöbəsinin icra məmuru Aqil Cəbiyev Borclu mülkiyyətində olan Sumqayıt şəhəri Novxanı bağ massivi 499 nömrəli bağ sahəsinin üzərinə həbs qoyulmasına və borcun bağ sahəsinə yönəldilməsinə dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 111/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu fərdi yaşayış evinin inşasına sərf olunan vəsaitə görə 78126 manat, dövlət rüsumuna görə 20 manat, mütəxəssis rəyinə görə 155,5 manat olmaqla cəmi 78301,5 manat tutularaq Tələbkar ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə daxil olmuş və xx.xx.2022-ci il tarixdə qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. Belə ki, Elektron icra informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan Sumqayıt şəhəri Novxanı bağ massivi 499 nömrəli bağ sahəsi vardır. Ona görə də İcra haqqında Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsaslanaraq, Borclu məxsus Sumqayıt şəhəri Novxanı bağ massivi 499 nömrəli bağ sahəsinin üzərinə həbs qoyulmasına və borcun bağ sahəsinə yönəldilməsinə dair qərardad qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında icra sənədi üzrə Tələbkar təqdimatı müdafiə edərək izahatında göstərmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-111/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddia ərizəsi qismən təmin edilərək Borclu fərdi yaşayış evinin inşasına sərf olunan vəsaitə görə 78126 manat, dövlət rüsumuna görə 20 manat, mütəxəssis rəyinə görə 155,5 manat olmaqla cəmi 78301,5 manatın onun xeyrinə tutulması, onun Sumqayıt şəhəri Novxanı bağ massivi 499 nömrəli bağ sahəsinə ½ hissədə payının müəyyən edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5279/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 111/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İcra sənədi uzun müddətdir ki, icra şöbəsinə göndərilmiş, lakin borclu tərəfindən icra edilməmişdir. Ona görə də təqdimatın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında icra sənədi üzrə Borclu təqdimatla razılaşmayaraq izahatında göstərmişdir ki, təqdimatda göstərilən əmlakın satışından əldə olunan vəsait icra sənədi üzrə borcun ödənilməsinə yetməyəcəkdir. O, iki ay müddətində icra sənədini tam icra edəcəyindən təqdimatın təmin edilməməsini xahiş edir. Məhkəmə icra sənədi üzrə tərəflərin izahatını dinləyib, təqdimatı, təqdimata əlavə olunan sənədləri tədqiq edib təqdimatın qismən təmin edilməsi qənaətinə gəlir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-111/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddia ərizəsi qismən təmin edilərək Borclu fərdi yaşayış evinin inşasına sərf olunan vəsaitə görə 78126 manat, dövlət rüsumuna görə 20 manat, mütəxəssis rəyinə görə 155,5 manat olmaqla cəmi 78301,5 manatın Tələbkar xeyrinə tutulması, Tələbkar Sumqayıt şəhəri Novxanı bağ massivi 499 nömrəli bağ sahəsinə ½ hissədə payının müəyyən edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5279/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-111/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-111/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədindən müəyyən olunur ki, Borclu fərdi yaşayış sahəsinin inşasına sərf olunan vəsaitə görə 78126 manat, dövlət rüsumuna görə 20 manat, mütəxəssis rəyinə görə 155,5 manat olmaqla cəmi 78301,5 manat Tələbkar xeyrinə tutulmalı, Tələbkar Sumqayıt şəhəri Novxanı bağ massivi 499 nömrəli bağ sahəsinə ½ hissədə payı müəyyən edilməlidir. Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarından müəyyən olunur ki, Borclu Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-111/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədini 10 gün müddətində könüllü icra etməsi üçün vaxt müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2006-cı il tarixli MH seriyalı ******* saylı çıxarışın surətindən müəyyən olunur ki, Sumqayıt şəhəri Novxanı bağ massivi 499 nömrəli bağ sahəsinə dair Borclu mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İcra haqqında Azərbaycan Respublikası Qanununun 43.1.-ci maddəsinə əsasən məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 45.2-ci maddəsinə əsasən, icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Həmin Qanunun 45.3-cü maddəsinə əsasən, borclunun banklarda və digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda pul vəsaitlərini və başqa sərvətlərinin olması barədə məlumat olduqda, onların üzərinə həbs qoyulur. Həmin Qanunun 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 50.1.-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Həmin Qanunun 50.2.-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə huququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. İstinad olunan normalardan müəyyən olunur ki, əmlakın üzərinə həbs qoyulması üçün məhkəmə qərarının olması tələb olunur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, borclu qanuni qüvvəsini almış məhkəmə aktını könüllü icra etməmişdir. Məhkəmə qeyd edir ki, borclu tərəfindən icra sənədi könüllü icra edilmədiyi halda icra məmuru İcra haqqında Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilən səlahiyyətlərindən istifadə etməklə icra sənədinin icrasının təmin etməli olduğundan, tələbin üzərinə həbs qoyulmuş əmlaka yönəldilməsi icra məmurunun səlahiyyətləri olduğundan, Sumqayıt şəhəri Novxanı bağ massivi 499 nömrəli bağ sahəsinin ½ hissəsi borclunun mülkiyyətində olduğundan, təqdimat qismən təmin edilərək borclunun mülkiyyətində olan Sumqayıt şəhəri Novxanı bağ massivi 499 nömrəli bağ sahəsinin ½ hissəsinin üzərinə həbs qoyulmalı, təqdimat qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Təqdimat qismən təmin edilsin. Borclu mülkiyyətində olan Sumqayıt şəhəri Novxanı bağ massivi 499 nömrəli bağ sahəsinin ½ hissəsinin üzərinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 111/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədi üzrə tələb həcmində həbs qoyulsun. Təqdimat qalan hissədə təmin edilməsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №8(001)-209/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-209/2023
02.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver