Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-21/2025 21.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5751/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına” dair Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Bəxtiyar İsmayılovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Bəxtiyar İsmayılov məhkəməyə təqdimatla müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5751/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən göstərilmiş tələbin təmin edilməsi məqsədilə xx.xx.1976-cı il təvəllüdlü, Ermənistan Respublikasının Leninakan şəhərində anadan olmuş, ünvan 1 ünvanında yaşayan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)- 5751/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən, Borclu hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 320 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi üzrə icraata başlandıqdan sonra xx.xx.2019-cu il tarixdə tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü qaydada təmin edilməsi məqsədilə borcluya qeydiyyatda olduğu və yaşadığı ünvana qərar və bildiriş göndərilmişdir. Borclu icra sənədində göstərilən tələbi ona verilmiş müddət ərzində təmin etməmiş və bu səbəbdən onun barəsində məcburi icra hərəkətlərinin tətbiqinə zərurət yaranmışdır. Qeyd olunanları nəzərə alaraq, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5751/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədində göstərilən tələbin icrasını təmin etmək məqsədilə xx.xx.1976-cı il təvəllüdlü, Ermənistan Respublikasının Leninakan şəhərində anadan olmuş, ünvan 1 ünvanında yaşayan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair məsələyə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlməmişlər və səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də, məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5751/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin surətindən görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 02 iyul 2019-cu il tarixdən başlayaraq, cavabdeh Borclu hər ay hər uşağa görə 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment alınıb iddiaçı Tələbkar verilməlidir. Binəqədi rayon İcra şöbəsinin xx.xx.2019-cu il tarixli qərarından və bildirişindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5751/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata başlanılmış və həmin tarixdə tələbin könüllü icrası barədə bildiriş Borclu rəsmi qaydada təqdim edilmişdir. Binəqədi rayon İcra şöbəsinin xx.xx.20124-cü il tarixli, 138030/2019-1 saylı xəbərdarlıq məktubundan görünür ki, Borclu aliment borcu 10500 (on min beş yüz) manat təşkil edir və o, icra sənədi üzrə tələbi təmin etmədiyi təqdirdə barəsində məcburi icra tədbirləri tətbiq olunacaqdır. Elektron icra informasiya sistemindən çıxarışdan görünür ki, Borclu mülkiyyətində daşınar əmlak, yəni “Mercedes 230” minik markalı **-UL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi vardır. “İcra Haqqında” Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Eyni Qanunun 44.1, 44.1.2 və 44.1.3-cü maddələrinə əsasən icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və tələbin könüllü icrası üçün borcluya bildiriş verilməsi məcburi icra tədbirlərinin əsaslarındandır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının 22 aprel 2013-cü il tarixli, 2-N nömrəli Qərarı ilə təsdiq edilmiş "Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatın 2.2.3cü maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Lakin təqdimat və ona əlavə edilmiş sənədlərlə Borclu mülkiyyətində olan nəqliyyat vasitəsi ilə əlaqədar icra məmuru tərəfindən icra tədbirlərinin həyata keçirilməsi müəyyən edilmir. Belə olan halda məhkəmə hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5751/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatı təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5751/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrası məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Binəqədi rayon İcra şöbəsinin icra məmuru Bəxtiyar İsmayılovun təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №8(001)-21/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-21/2025
21.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver