Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-214/2025 21.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi ilə, X1 icra məmurunun hərəkətlərindən şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X2 məhkəməyə şikayətlə müraciət etmiş və şikayətini onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4902/2024 saylı mülki iş üzrə 26 noyabr 2024-cü il tarixli qətnaməsi ilə iddiaçı-cavabdeh Maraqlı şəxs2 ona qarşı “08 aprel 2024-cü il tarixli ilkin alqı-satqı müqaviləsinə əsasən onun tərəfindən iddiaçıya satılmış ünvan 1 ünvanında yerləşən 310 kv.m torpaq sahəsində tikilmiş, 258.50 kv.m, 2 mərtəbəli, 4 otaqlı yaşayış evini və evin yerləşdiyi torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi” barədə ilkin iddia tələbi rədd edilmiş, onunla ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Maraqlı şəxs2 arasında ünvan 2 ünvanında yerləşən 310 kv.m torpaq sahəsində tikilmiş, 258,50 kv.m, 2 mərtəbəli, 4 otaqlı yaşayış evinin və evin yerləşdiyi torpaq sahəsinin sonuncuya satılmasına dair bağlanmış xx.xx.2024-cü il tarixli, 3M-519 Nli ilkin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ondan 110000 manat məbləğində pul alınaraq ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Maraqlı şəxs2 ödənilməsi qət edilmişdir. Lakin qətnamə rəsmi qaydada ona rəsmi olaraq təqdim etməmişdir. Məhkəmə qətnaməsinin nəticə hissəsini (icra vərəqəsini) Binəqədi rayon İcra və Probasiya şöbəsinin icra məmuru ona məlumat verdikdən sonra xəbəri olmuşdur. Məhkəmə elektron kabinetinə 11 fevral 2025-ci il tarixdə vəkil müraciəti edilmişdir. O, məhkəmə qətnaməsində qeyd edilənlərlə razı olmadığı üçün apellyasiya şikayəti vermək qərarına gəlmişdir. Qeyd edir ki, ünvan 1 ünvanına məhkəmə qətnaməsi rəsmi qaydada poçt vasitəsi ilə təqdim edilməmişdir. Apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətinə bərpasına dair Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Hal-hazırda buraxılmış müddətin bərpa edilməsi ilə bağlı məhkəmə mübahisəsi davam edir. Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsi tərəfindən ona rəsmi qaydada axtarış verilmişdir. Apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətinə bərpasına dair 2(001)- 4902/2024 mülki iş üzrə ərizə baxılıb qurtarana qədər bütün icra tədbirlərinin dayandırılması zərurəti yaranmışdır. Bununla bağlı Maraqlı şəxs1nə ərizə ilə müraciət edilmişdir. Lakin buna baxmayaraq icra hərəkətləri qanunsuz olaraq icra məmuru tərəfindən icra edilir. Ona görə də hesab edir ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4902/2024 saylı, 26 noyabr 2024-cü il tarixli icra sənədi üzrə Maraqlı şəxs1 icra məmuru Ələddin Hüseynovun qanunsuz hərəkətlərinə son qoyulmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4902/2024 saylı, 26 noyabr 2024-cü il tarixli icra sənədi üzrə Maraqlı şəxs1 icra məmuru Ələddin Hüseynovun hərəkətlərinin qanunsuz hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri dəfələrlə barədə lazımi qaydada məlumatlandırılmış borclu, tələbkar və icra məmuru məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, şikayət rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun: 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. 8.2-ci maddəsinin birinci hissəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. 8.3-cü maddəsinə əsasən icraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. 8.5-ci maddəsinə əsasən tərəflər icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət edə bilərlər. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X4 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Göründüyü kimi prosessual qanunvericilik hər bir tərəfin üzərinə öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi qoyur. Eyni zamanda həmin sübutlar həqiqəti əks etdirməli və təkzibolunmaz şəkildə iddia edən şəxsin dəlillərini təsdiq etməlidir. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması hazırkı halda borclunun birbaşa vəzifəsidir. Hazırda isə borclu və onun nümayəndəsi (vəkili) tərəfindən icra məmurunun hərəkətlərindən şikayət ilə müraciət olunmasına baxmayaraq, onlar şikayətlə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişlər və lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclaslarında iştirak etməmişlər. Halbuki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. Belə olan halda da, məhkəmə hesab edir ki, hazırda borclu icra məmurunun hərəkətlərindən verdiyi şikayəti sübut etmədiyindən, şikayət rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X1 icra məmurunun hərəkətlərindən verdiyi şikayət rədd edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №8(001)-214/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-214/2025
21.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver