Məhkəmə qərarları › İş №8(001)-227/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-227/2022

05.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-227/2022 05.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi ilə, Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Asəm Əhmədovun Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5087/2021 saylı, 14.10.2021-ci il tarixli icra sənədinin icrası ilə bağlı Borclu mülkiyyətində olan əmlak üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Asəm Əhmədov təqdimatla məhkəməyə müraciət edərək, Borclu məxsus olan “Hyundai elantra” markalı, **-HU-*** dövlət nömrə nişanlı avtomaşının üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhər Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-5087/2021 saylı, 14.10.2021-ci il tarixli icra sənədinə əsasən 13.03.2013-cü il təvəllüdlü X1 ve 25.10.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 08 iyun 2021-ci il tarixdən başlayaraq cavabdeh Borclu her ay hər uşağa görə 175 manat, cəmi 350 manat alimentin sabit pul məbləğində tutularaq iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. Belə ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 8(001)-68/2022 saylı, 03 fevral 2022-ci il tarixli qərardadı ilə həmin tələbi təmin etmək məqsədilə Borclu mexsus olan "Hundai Elantra" markali, **-HU-*** dövlət nömrə nişanlı avtomaşının üzərinə həbs qoyulmuşdur. İş üzrə Tələbkar 14.03.2022-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinə ərizə ilə müraciət edərək tələbinin təmin edildiyini və bununla bağlı Borclu məxsus "Hundai Elantra" markalı, **-HU-*** dövlət nömrə nişanlı avtomaşının üzərinə qoyulmuş həbsin müvafiq razılığa əsasən götürülməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat əsaslıdır və aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03.02.2022-ci il tarixli, 8(001)-68/2022 saylı qərardadından görünür ki, Borclu məxsus “Hyundai elantra” markalı, **-HU-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alımışdır. Tələbkar 14.03.2022-ci il tarixində Binəqədi rayon İcra Şöbəsinə ərizə ünvanlayaraq, bidirmişdir ki, ünvan 2l tarixli icra sənədinə əsasən Borclu adında olan"Hundai Elantra" markalı, **-HU-*** dövlət nömrə nişanlı avtomaşının üzərinə həbs qoyulmuşdur. Keçmiş həyat yoldaşı həmin avtomobili 2020-ci ilin avqust ayında satmışdır. Həmin avtomobil hazırda qeyri-müəyyən şəxslərin istifadəsindədir. Bununla bağlı yazıb xahiş edir ki, aliment tələbi ödənildiyi üçün həmin avtomobil üzərindən həbsin götürülməsini xahiş edir. Həmçinin icra şöbəsində təqdim etdiyi qəbz ilə Bakı şəhər Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5087/2021 saylı, 14.10.2021-ci il tarixli icra sənədinə əsasən aliment borcundan 1700 manat məbləğində borcun ona ödənildiyini təsdiq etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 43, 44, 45, 50, 74-cü maddələrinə əsasən əmlak üzərinə həbsin qoyulmasının məqsədi qətnamənin icrasını təmin etməkdir. Beləliklə məhkəmə hesab edir ki, icra sənədi icra edildiyindən avtomobil üzərinə qoyulmuş həbsə artıq lüzum qalmamışdır, bu səbəbdən təqdimat təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03.02.2022-ci il tarixli, 8(001)-68/2022 saylı qərardadına əsasən Borclu məxsus “Hundai Elantra” minik markalı, **-HU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Ərizə təmin olunsun. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03.02.2022-ci il tarixli, 8(001)-68/2022 saylı qərardadına əsasən Borclu məxsus “Hundai Elantra” minik markalı, **-HU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinə həvalə edilsin. Qərardaddan tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar