Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-236/2022 18.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi Ağazadə Səbinə Əjdər qızının katibliyi ilə, Binəqədi Rayon Məhkəməsinin 8(001)-780/2021 saylı, 29.12.2021-ci il tarixli qərardadına əsasən avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Faiq Əkbərovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Faiq Əkbərov təqdimatla məhkəməyə müraciət edərək, iş üzrə icraata xitam verildiyindən Borclu məxsus “Hyundaı Matrix” markalı **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5730/2021 saylı, 25.08.2021-ci il tarixli icra sənədinə əsasən Borclu 989,12 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq, tələbkar BOKT "xxxx" QSCnin xeyrinə ödənilməlidir. 06.10.2021-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin 10 gün müddətində könüllü qaydada icra edilməsi üçün borclunun ünvanına bildiriş göndərilmişdir. İcra sənədinin icrası könüllü müddət ərzində borclu tərəfindən təmin edilmədiyi üçün, məcburi icra hərəkətlərinə başlanılmışdır. Görülmüş icra tədbirləri nəticəsində Borclu məxsus “Hyundaı Matrix” markalı **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İcra sənədinə əlavə edilmiş tələbkarın məktubundan görünür ki, icra sənədi üzrə borc məbləği tam olaraq ödənilmişdir. Göstərilənlərə əsasən, icra məmuru Borclu məxsus “Hyundaı Matrix” markalı **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. İcra məmuru, tələbkar və borclu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər və səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də, məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməli, Binəqədi rayon Məhkəməsinin 8(001)-780/2021 saylı, 29.12.2021-ci il tarixli qərardadına əsasən Borclu məxsus “Hyundaı Matrix” markalı **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs ləğv edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-780/2021 saylı, 29.12.2021-ci il tarixli qərardadından görünür ki, həmin məhkəmənin 2(001)-5730/2021 saylı, 25.08.2021-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu məxsus məxsus “Hyundaı Matrix” markalı **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İş materiallarına əlavə edilmiş tələbkar BOKT "xxxx" QSC-nin 16.03.2022-ci il tarixli arayışından görünür ki, Bakı şəhəri Binəqədi rayon 2(001)-5730/2021 saylı, 25.08.2021-ci il tarixli icra sənədi üzrə borc tam ödəndiyindən icra sənədi üzrə icraata xitam verilməsi xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinin icra məmuru Faiq Əkbərovun 18 mart 2022-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5730/2021 saylı, 25.08.2021-ci il tarixli icra sənədi üzrə borc tam ödənildiyindən icra sənədi üzrə icraata xitam verilməsi qərara alınmışdır. “İcra haqqında” Azərbaycan Respublikası qanunun 20.1.5-ci maddəsinə əsasən, icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin qanunun 20.8-ci maddəsinə əsasən, icra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir. Yuxarıda göstərilənlərə əsasən, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 22-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqdimat təmin edilsin. Borclu məxsus “Hyundaı Matrix” markalı **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə Binəqədi Rayon Məhkəməsinin 8(001)-780/2021 saylı, 29.12.2021-ci il tarixli qərardadına əsasən qoyulmuş həbs ləğv edilsin. Qərardadın icrası öz səlahiyyətləri daxilində Binəqədi Rayon İcra Şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə həvalə edilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №8(001)-236/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-236/2022
18.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver