Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-237/2025 19.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Tələbkarın nümayəndəsi Nümayəndə, Borclu iştirakları ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-6872/2022-008 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu əmlakı üzərinə həbs qoyulması barədə Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Aqil Cəbiyevin təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-6872/2022-008 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 1804,97 manat pul vəsaiti Tələbkar ASC-nin xeyrinə tutulmalıdır. Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, Borclu mülkiyyətində olan “Kia Optima” minik markalı, **-RV-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması və borcun avtomobilə yönəldilməsi ilə bağlı qərardad qəbul edilməsini xahiş edir. Təqdimat onunla əsaslandırılmışdır ki, icra vərəqəsində göstərilən tələbi dərhal olaraq təmin etməsi barədə borcluya qərar və bildiriş göndərilməsinə baxmayaraq, tələb borclu tərəfindən dərhal təmin edilməmiş, qərəzli olaraq borcu ödəməkdən yayınmışdır. Borclu mülkiyyətində “Kia Optima” minik markalı, **-RV-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi var. Məhkəmə iclasında iştirak edən tələbkarın nümayəndəsi təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən borclu izahatında bildirmişdir ki, avtomobil əvvəl mövcud olsa da, sonradan etibarnamə ilə satılmışdır. Hazırda kimdə və harada olması ona məlum deyil. Borcun ödənilməsi üçün icra şöbəsi tərəfindən hər hansı məcburi icra tədbiri görülməyib. Bankın Təhlükəsizlik Xidmətinin rəhbərliyi ilə arasında yaranan münaqişəyə görə borcun ödənilməsi gecikir. Avtomobil satılanda bank avtomobilin satılan şəxsin mülkiyyətinə keçməsinə imkan yaratmadı. Məhkəmə təqdimatı və əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat qismən təmin olunmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələb əmlaka yönəldilə bilər. 45.1-ci bəndinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 45.7-ci maddəsinə əsasən tələb, borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunın əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.3-cü maddəsinə əsasən borclunun əmlakı üzərində sərəncam vermək hüququna və ya borclunun əmlakından istifadə etmək hüququna icra məmuru tərəfindən qoyulmuş məhdudiyyətlərə əməl olunmaması Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. 50.5-ci bəndinə əsasən üzərinə həbs qoyulduğu vaxtdan beş gündən tez, lakin bir aydan gec olmayaraq, borclunun əmlakı icra məmuru tərəfindən satılmağa verilməsi üçün götürülür. Əmlak götürülənə qədər borclu, icra məmurunun nəzarəti altında onu sata bilər. İş materialları ilə müəyyən edilir ki, “Kia Optima” minik markalı, **-RV-*** qeydiyyat nişanlı avtomobil Borclu mülkiyyətindədir. Təqdimata əlavə olunmuş sənədlərdən görünür ki, icra sənədi üzrə icra məmuru icraata başlamış, tələbin könüllü icrası barədə borcluya bildiriş verilmiş, borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmiş, lakin tələb icra olunmamışdır. Beləliklə məcburi icra tədbirinin tətbiqi üçün əsas yaranmışdır. İcra məmuru təqdimatla məhkəməyə müraciət edərək, icra sənədinin icrasının təmin edilməsi məqsədilə avtomobilin üzərinə həbs qoyulması və tələbin avtomobilə yönəldilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, icra sənədi qanunvericiliklə müəyyən olunmuş müddət ərzində icra olunmadığına və nəticədə məcburi icra tədbirinin tətbiqi üçün əsas yarandığına görə təqdimat qismən təmin edilməli, icra sənədinin icrasının təmin olunması məqsədilə borclunun mülkiyyətində olan avtomobilin üzərinə həbs qoyulmalıdır. Tələbin göstərilən nəqliyyat vasitəsinə yönəldilməsi hissəsində isə məhkəmə hesab edir ki, həmin məsələ icra məmurunun səlahiyyətləri daxilində həll edilməlidir. Belə ki, məcburi icra tədbiri kimi borclunun əmlakı üzərinə həbs qoyulmasının mahiyyəti tələbin həmin əmlakın satışından əldə olunan vəsait hesabına ödənilməsi təşkil edir. İcra haqqında qanunun məzmunundan görünür ki, tələbin borclunun əmlakına yönəldilməsi hallarında yalnız əmlak üzərinə həbsin qoyulması bir qayda olaraq məhkəmənin səlahiyyətinə aid edilmişdir. Yuxarıda göstərilənlərə əsasən, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 264, 267 və 268-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-6872/2022-008 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu mülkiyyətində olan “Kia Optima” minik markalı, **-RV-*** qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Təqdimat qalan hissədə təmin edilməsin. Qərardad icra edilməsi üçün Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №8(001)-237/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-237/2025
19.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver