Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-238/2022 11.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru Aqil Cəbiyevin Borclu Binəqədi rayon İcra şöbəsinə məcburi gətirilməsi barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru Aqil Cəbiyev Borclu Binəqədi rayon İcra şöbəsinə məcburi gətirilməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 902/2021 saylı 18.02.2021-ci il tarixli icra sənədinə əsasən Atlas Cars MMC ilə Borclu arasında bağlanmış 24.10.2018-ci il tarixli 241018 saylı daxili lizinq müqaviləsi ləğv edilməli, Borclu 24.10.2018-ci il tarixli 241018 saylı daxili lizinq müqaviləsi üzrə əsas borca görə 5220 manat, faiz borcuna görə 1274,65 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 6524,65 manat Atlas Cars MMC-nin xeyrinə tutulmalıdır. İcra sənədi üzrə 12.04.2021-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü qaydada icra edilməsi üçün borcluya bildiriş göndərilmişdir. Lakin, tələb borclu tərəfindən təmin edilməmişdir. 04.10.2021-ci il tarixdə məcburi gətirilməsi barədə qərar qəbul edilərək Borclu göndərilmişdir. Lakin borclu icra sənədinin icrası ilə bağlı şöbəyə gəlməmişdir. Borclu icra sənədinin icrasından yayınır, edilmiş çağırışlara gəlməkdən imtina edir. Barəsində məcburi gətirilmə barədə qərar qəbul edilərək özünə göndərilsə də, borclu İcra şöbəsinə gəlməməklə icra sənədinin icrasından qərəzli şəkildə yayınır. Ona görə də Borclu Binəqədi rayon İcra şöbəsinə məcburi qaydada gətirilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Məhkəmə təqdimatı, təqdimata əlavə olunan sənədləri nəzərdən keçirib hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, İcra haqqında Azərbaycan Respublikası Qanununun 84.2.-ci maddəsinə əsasən məhkəmə icraçısının çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Normanın mənasına görə borclu üzrsüz səbəbdən çağırışlara gəlmədiyi halda onun barəsində məcburi gətirilmə tədbiri tətbiq edilə bilər. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-902/2021 saylı 18.02.2021-ci il tarixli icra sənədinə əsasən Atlas Cars MMC ilə Borclu arasında bağlanmış 24.10.2018-ci il tarixli 241018 saylı daxili lizinq müqaviləsi ləğv edilməli, Borclu 24.10.2018-ci il tarixli 241018 saylı daxili lizinq müqaviləsi üzrə əsas borca görə 5220 manat, faiz borcuna görə 1274,65 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 6524,65 manat Atlas Cars MMC-nin xeyrinə tutulmalıdır. Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru Aqil Cəbiyevin 04.10.2021-ci il tarixli borclunun məcburi gətirilməsi barədə qərarından müəyyən olunur ki, Borclu məcburi qaydada Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə gətirilməsi qərara alınmışdır. Təqdimata əlavə olunan sənədlərdən müəyyən olunur ki, icra məmuru icra sənədi üzrə borclunu icra şöbəsinə dəvət etmiş, lakin borclu bildirişlərə cavab verməmişdir. Bununla da qanuni qüvvəsini alan məhkəmə aktının uzun müddət icrasının təmin edilməsi mümkün olmamışdır. Ona görə də məhkəmə təqdimatı əsaslı hesab edib təmin edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutub məhkəmə QƏRARA ALDİ Təqdimat təmin edilsin. Borclu Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə məcburi qaydada gətirilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №8(001)-238/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-238/2022
11.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver