Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-239/2023 14.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi ilə Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Kamran Mirzəyevin Borclu məxsus avtomobilin üzərinə həbs qoyularaq duracağa yerləşdirilməsi barədə təqdimatına Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Kamran Mirzəyev Borclu məxsus “Chevrolet Cruze minik” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyularaq duracağa yerləşdirilməsi barədə təqdimatla Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4539/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 2159,64 manat pul tutularaq Tələbkar xeyrinə ödənilməlidir. xx.xx.2022-ci il tarixdə icra vərəqəsi üzrə icraata başlamaq haqqında qərar qəbul edərək tələbin 10 gün müddətində könüllü qaydada təmin edilməsi üçün borclunun ünvanına bildiriş göndərilmişdir. “Elektron-İcra” sistemində Borclu məxsus pul vəsaitinin olmasına dair bank hesabları, daşınmaz əmlak aşkar edilməsə də, onun adına qeydiyyatdan keçən “Chevrolet Cruze minik” markalı, “**- CD-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi aşkar edilmişdir. İş üzrə borclu, tələbkar və icra məmuru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə təqdimata borclu, tələbkar və icra məmurunun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatın dəlillərini və təqdimata əlavə edilmiş sənədləri araşdıraraq belə qənaətə gəlir ki, təqdimat qismən təmin edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən,borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirlərindəndir. Həmin Qanunun 44.1-ci maddəsinə müvafiq olaraq, məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. Həmin Qanunun 50.2-ci maddəsinə görə, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təqdimata əlavə olunmuş sənədlərdən görünür ki, icra vərəqəsi üzrə icra məmuru icraata başlamış, tələbin könüllü icrası barədə borcluya bildiriş verilmiş, lakin tələb icra olunmamış, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru qanunvericiliklə nəzərdə tutulmuş zəruri olan ilkin mərhələləri keçmiş və hər hansı nəticə əldə edilmədikdən sonra tələbin borcluya məxsus olan əmlaka yönəldilməsini təqdimatda xahiş etmişdir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, təqdimat qismən təmin edilməli, Borclu məxsus “Chevrolet Cruze minik” markalı, “**-CD- ***” dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqdimat qismən təmin edilsin. Borclu məxsus Chevrolet Cruze minik markalı, 77CD197 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Təqdimat qalan hissədə təmin edilməsin. Qərardadın icrası Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №8(001)-239/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-239/2023
14.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver