Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-250/2023 16.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, Tələbkar iştirakı ilə, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3624/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin icra məmuru Ələddin Hüseynovun təqdimatına açıq məhkəmə iclasında baxaraq , məhkəmə m ü ə y y ə n e t d i: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3624/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə cavabdeh Borclu 40.000 manat məbləğində pul tutularaq Tələbkar ödənilməlidir. Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin icra məmuru Ələddin Hüseynov Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3624/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. İcra məmuru təqdimatını onunla əsaslandırmışdır ki,xx.xx.2022 ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tərəflərə, həmçinin məhkəməyə bildiriş göndərilmişdir. Borcluya tələbin 10 gün müddətində təmin edilməsi barədə bildiriş və qərar verilmiş, lakin icra sənədində göstərilən borcu tələbkara ödəməkdən yayınmışdır. Borclunun əmlak vəziyyəti yoxlanılmış, lakin, tələbin yönəldilə biləcəyi əmlak aşkar olunmamışdır. xx.xx.2023-cü il tarixdə borcludan tələbin icrası ilə bağlı izahat alınmış lakin borcunu ödəməkdən yayındığından barəsində həmin tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmənin 3(001)-738/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Borclu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində təqsirli bilinərək 20 gün müddətində inzibati həbs edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə iclasında iştirak edən tələbkar təqdimatın təmin edilməsini məhkəmədən xahiş edərək bildirdi ki, borclu qəsdən icra sənədini icra etməkdən boyun qaçırır, icra məmurunun tələblərinə məhəl qoymur. İcra sənədi üzrə təqdimat verən icra mmuru və borclu məhkəmə iclasının vaxtı yeri haqqında lazımı qaydada xəbərdar edildiklərinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlmədiklərinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən, ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, Lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə təqdimatı nəzərdən keçirib, tələbkarı dinləyib məhkəmə hesab edir ki, təqdimat əsaslıdır və təmin edilməlidir. Belə ki, “Elektron icra” informasiya sistemində borclunun adına tələbin yönəldilə biləcəyi daşınar, daşınmaz əmlak, pul vəsaitinin olmasına dair bank hesabının olması, habelə əmək fəaliyyəti ilə məşğul olması barədə məlumat müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə görə məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının 22 aprel 2013-cü il tarixli, 2-N nömrəli Qərarı ilə təsdiq edilmiş "Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatın 2.2.3-cü maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Binəqədi rayon İcra şöbəsinin icra məmuru Aqil Cəbiyevin Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3624/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatı əsaslıdır və təmin edilməlidir. Belə ki, icra məmuru tərəfindən borclunun icra sənədi üzrə yönəldilə biləcək əmlakı aşkar edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 231, 263 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: Təqdimat təmin edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3624/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclu – xx.xx.1973-cü il tarixdə Bakı şəhərində doğulmuş və ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququ icra sənədi üzrə yaranmış borcun ödənilməsinədək məhdudlaşdırılsın. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №8(001)-250/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-250/2023
16.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver