Məhkəmə qərarları › İş №8(001)-252/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-252/2022

22.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-252/2022 22.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1585/2022 saylı 17.03.2022-ci il tarixli icra sənədi üzrə Borclu əmlakı üzərinə həbs qoyulması barədə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru Kamran Mirzəyevin təqdimatına və həmin təqdimatın geri qaytarılmasına dair Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin müraciətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru Kamran Mirzəyev Borclu məxsus BMW 330D minik markalı **-OT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyularaq duracağa yerləşdirilməsinə dair təqdimatla məhkəməyə müraciət etmişdir. Daha sonra Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin rəisi İ.Həsənov məhkəməyə ünvanladığı 22.04.2022-ci il tarixli 17/68-63514-30 saylı məktub ilə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru X1 Borclu mülkiyyətində olan nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmasına dair təqdimatının, borclu tərəfindən aliment borcunun tam ödənilməsi səbəbindən, baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə təqdimatı, təqdimata əlavə olunan sənədləri araşdırıb hesab edir ki, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin rəisi İ.Həsənov təqdimatı müdafiə etməyərək baxılmadan geri qaytarılmasını xahiş etdiyindən təqdimat baxılmadan geri qaytarılmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1585/2022 saylı 17.03.2022-ci il tarixli icra sənədi üzrə Borclu əmlakı üzərinə həbs qoyulması barədə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru Kamran Mirzəyevin təqdimatı geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar