Məhkəmə qərarları › İş №8(001)-254/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-254/2024

08.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-254/2024 08.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, Borclunun nümayəndəsi Nümayəndə, Tələbkar iştirakları ilə, X1 “qətnamənin hissə-hissə icra edilməsi” barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-1733/2023 saylı qətnaməsinə əsasən verilmiş icra vərəqəsinin hər ay 1000 manat olmaqla hissə-hissə icra edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Borclu ərizəsini onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-1733/2023 saylı qətnaməsi ilə iddiaçı Tələbkar ona qarşı iddia tələbi təmin edilərək, Tələbkar ilə onun arasında xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 27 saylı notariat ofisində bağlanmış, reyestrdə 3M-67 nömrə ilə qeydə alınan ilkin alqı-satqı müqaviləsinin ləğv edilmiş hesab edilməsi və 360.720 manat məbləğində pulun ondan tutularaq iddiaçı Tələbkar verilməsi, ondan 650 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamə qanüni qüvvəsini almış və icra edilməsi üçün İcra şöbəsinə göndərilmişdir. İcra sənədində göstərilən məbləği bir dəfəyə ödəmək imkanında olmadığı üçün o, həmin pulu iddiaçıya hər ay 1000 manat olmaqla hissə-hissə ödəmiş və hazırda da ödəyir. Lakin halhazırda icra məmuru pulu dərhal ödəməyini tələb edir, hətta icra məmuru ona xəbərdarlıq verərək, pulu dərhal ödəmədiyi təqdirdə barəsində inzibati xəta haqqında protokol tərtib edəcəyini bldirmişdir. Bildirir ki, onun mülkiyyətində tələbin yönəldilə biləcəyi hər hansı bir əmlak yoxdur, hazırda yaşadığı evin isə sənədləri olmadığına görə onu sata bilmir. Lakin o, evi sənədsiz də satmağa razıdır və evi bu qaydada satmaq üçün elan vermişdir. Əgər evi satılarsa o, borcu dərhal ödəyəcək, hal-hazırda isə həmin məbləğdə borcu tam ödəməsi mümkün deyil. Bununla belə o, icra sənədini ödəmək üçün əlindən gələni edir, icra sənədini ödəməkdən yayınmır. Sadəcə icra məmuru ona icra sənədini 4-5 aya hissəhissə ödəməyə icazə versə, o, o vaxta qədər evini satıb pulu tam ödəyə bilərdi. Lakin icra məmuru buna icazə vermir, maddi imkanının olmamasını bilə-bilə ondan mümkün olmayan bir hərəkəti - 360000 manat pulu bütövlükdə ödəməsini tələb edir. Hesab edir ki, məhkəmə ona həmin məbləği hər ay 1000 manat olmaqla ödəməyə icazə verərsə, o, hər ay 1000 manat olmaqla icra sənədini bir müddət ödəyər və evini satan kimi qalan bütün borcu ödəyib qurtarar. Məhkəmə icrlasında iştirak edən borclunun nümayəndəsi ərizənin məzmununa uyğun izahat verərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən tələbkar ərizəyə etiraz edərək rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış icra məmuru məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 231.2-ci maddəsinə əsasən ərizəyə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə rədd edilməlidir. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)- 1733/2023 saylı qətnaməsindən görünür ki, iddiası təmin edilmiş, Tələbkar ilə X5 arasında xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 27 saylı notariat ofisində bağlanmış, reyestrdə 3M-67 nömrə ilə qeydə alınan ilkin alqı-satqı müqaviləsinin ləğv edilmiş hesab edilməsi və 360.720 manat məbləğində pulun cavabdeh X3 tutularaq iddiaçı Tələbkar verilməsi, cavabdeh X3 350 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli qərarının və bildirişinin surətlərindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)-1733/2023 saylı icra sənədi üzrə icraat başlanmış, icra sənədində göstərilən tələbin könüllü icrası barədə bildiriş borcluya təqdim edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə əsasən Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyası partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 12-ci və 13-cü bəndlərində göstərilmişdir ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Qətnamənin icrasına möhlət verilməsinin və ya onun hissə-hissə icrasının əsası kimi nəzərə alınmalı olan borclunun əmlak vəziyyəti onun elə bir maddi təminat səviyyəsini nəzərdə tutur ki, bu vəziyyətdə borclu ona məxsus və tələbin yönəldilməsi mümkün olan əmlakının realizəsi hesabına qətnamə üzrə tələbi bir dəfəyə könüllü və ya məcburi qaydada tam icra edə bilmir. Ali Məhkəmənin Plenumunun Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və insan hüquqları üzrə Avropa məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli, 5 nömrəli Qərarının 6-cı bəndində isə qeyd olunmuşdur ki, Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. Məhkəmə qeyd edir ki, borclu maddi imkanının qətnamənin icra edilməsinə imkan vermədiyini, bu səbəbdən yaranmış borcun hissə-hissə icrasını xahiş etsə də, o, bununla bağlı hər hansı sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. Məhkəmə həmçinin qeyd edir ki, qətnamənin hissə-hissə icra edilməsi məsələsi həll edilərkən borclu ilə yanaşı, tələbkarın mənafeyi də nəzərə alınmalıdır. Hazırda da tələbkar ərizəyə etiraz edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, borclunun qətnamənin hissəhissə icra edilməsi barədə ərizəsi əsassız hesab edilməli və rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X1 qətnamənin hissə-hissə icra edilməsi barədə ərizəsi rədd edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar