Məhkəmə qərarları › İş №8(001)-261/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-261/2024

13.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-261/2024 13.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsini 07 noyabr 2023-cü il tarixli, e-2(001)- 6437/2023 nömrəli icra sənədinin icrası ilə əlaqədar Borclu Binəqədi rayon İcra Şöbəsinə məcburi gətirilməsi barədə Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru Nəbi Allahverdiyevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru məmuru Nəbi Allahverdiyev təqdimatla məhkəməyə müraciət edərək, Borclu Binəqədi Rayon İcra Şöbəsinə məcburi gətirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsini 07 noyabr 2023-cü il tarixli, e-2(001)-6437/2023 nömrəli icra sənədinə əsasən Borclu 783 manat məbləğində pul vəsaiti tutularaq, Tələbkar MMC-yə ödənilməlidir. İcra sənədi şöbənin icraatına xx.xx.2023-cü il tarixdə daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul edilmiş icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər poçt vasitəsilə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xaqani küçəsi, ev 60 ünvanında yaşayan Borclu göndərilmişdir. Eyni zamanda borcluya dəfələrlə yazılı və şifahi surətdə xəbərdarlıqlar olunmasına baxmayaraq, sonrakı çağırışlara gəlməmiş və icra sənədində olan tələb borclu tərəfindən təmin edilməmişdir. Hesab edir ki, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tətbiq olunmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən, təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə təqdimatı, təqdimata əlavə olunan sənədləri araşdırıb hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsini 07 noyabr 2023-cü il tarixli, e-2(001)-6437/2023 nömrəli icra sənədindən görünür ki, Borclu cəmi 783 manat məbləğində pul vəsaiti Tələbkar MMC-nin xeyrinə tutulmalıdır. İş materiallarına əlavə edilmiş 11 dekabr 2023-cü il tarixli icraata başlamaq haqqında qərardan və tələbin könüllü icrası barədə bildirişdən görünür ki, həmin qərar və bildiriş tərtib edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsini 07 noyabr 2023-cü il tarixli, e- 2(001)-6437/2023 nömrəli icra sənədi icra edilməsi üçün borcluya göndərilmişdir. İş materiallarına əlavə edilmiş 29 yanvar 2024-cü il tarixli borclunun məcburi gətirilməsi barədə qərardan görünür ki, Borclu Binəqədi Rayon İcra Şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, borclu icra məmurunun çağırışına gəlməkdən üzrsüz səbəbdən yayındığına görə təqdimat təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, e-2(001)-6437/2023 nömrəli icra sənədinin icrası ilə əlaqədar ünvan 1 ünvanında yaşayan Teymurov X1 Rayon İcra Şöbəsinə məcburi gətirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Təqdimat təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, e-2(001)- 6437/2023 nömrəli icra sənədinin icrası ilə əlaqədar ünvan 1 ünvanında yaşayan Teymurov X1 Rayon İcra Şöbəsinə məcburi gətirilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar