Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-264/2022 20.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03.02.2022-ci il tarixli 2(001)-609/2022 saylı qətnaməsi üzrə borcunun hər ay 50 manat olmaqla hissə-hissə icraya yönəldilməsinə dair cavabdeh Borclu ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03.02.2022-ci il tarixli 2(001)-609/2022 saylı qətnaməsinə əsasən 03.09.2015-ci il tarixli kredit müqaviləsi üzrə cavabdeh Borclu 6210,21 ABŞ dolları məbləğində əsas borc, ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, habelə ödənilmiş dövlət rüsumunun 83 manat hissəsinin əvəzi iddiaçı FİNCA Azerbaijan MMQBKT-nin xeyrinə tutulması qət edilmişdir. Cavabdeh Borclu Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03.02.2022-ci il tarixli 2(001)-609/2022 saylı qətnaməsi üzrə borcunun hər ay 50 manat olmaqla hissə-hissə icraya yönəldilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında cavabdeh Borclu ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03.02.2022-ci il tarixli 2(001)-609/2022 saylı qətnaməsinə əsasən, ondan 6293,21 ABŞ dolları Finca Azerbaijan MMQBKT-nin xeyrinə tutulmuşdur. Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru Kamran Mirzəyev ondan qətnamə üzrə borcun tam ödənilməsini tələb etmişdir. O, qətnamə üzrə borcu tam ödəyə bilmir. Himayəsində 3 uşağının olduğunu, maddi vəziyyətinin acınacaqlı olmasını, işsiz olmasını nəzərə alaraq Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03.02.2022-ci il tarixli 2(001)-609/2022 saylı qətnaməsi üzrə borcunun hər ay 50 manat olmaqla hissəhissə icraya yönəldilməsinə dair qərardad qəbul edilməsini xahiş edir. Məhkəmə cavabdehin izahatını dinləyib, məhkəməyə təqdim olunan sübutları araşdırıb hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPMnin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Məhkəmə qeyd edir ki, Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında məhkəmə aktlarının vaxtında icra edilməməsini ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsinin təmin edilməməsi kimi qiymətləndirmişdir. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə hesab edir ki, qanuni qüvvəsini alan məhkəmə aktının hissə-hissə icra edilməsinə dair tərəflər arasında razılığın olmasına dair sübut məhkəməyə təqdim edilmədiyindən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03.02.2022-ci il tarixli 2(001)- 609/2022 saylı qətnaməsinin hissə-hissə icraya yönəldilməsi sonda tələbkarların məhkəmə aktının icrasını uzun müddət ərzində gözləməsi ilə nəticələnəcəyindən ərizə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03.02.2022-ci il tarixli 2(001)-609/2022 saylı qətnaməsi üzrə olan borcunun hər ay 50 manat olmaqla hissə-hissə icraya yönəldilməsinə dair cavabdeh Borclu ərizəsi təmin edilməsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №8(001)-264/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-264/2022
20.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver