Məhkəmə qərarları › İş №8(001)-264/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №8(001)-264/2025

19.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(001)-264/2025 19.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qoşqarlı Rəşad Nizami oğlu, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-4902/2024 saylı, xx.xx.2024cü il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu məxsus əmlakın üzərinə həbs qoyulmasına dair Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin icra məmuru Ələddin Hüseynovun təqdimatının məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq m ü ə y y ə n e t d i m: Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru Ələddin Hüseynov təqdimatla məhkəməyə müraciət edərək, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin e- 2(001)-4902/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu məxsus “CHEVROLET CRUZE” minik markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdmatı araşdıraraq hesab edirəm ki, təqdimat düzgün verilmədiyindən geri qaytarılmalıdır. Belə ki, icra məmuru eyni təqdimat ilə məhkəməyə daha əvvəl müraciət etmiş və hazırda həmin təqdimat üzrə məhkəmə icraatında iş (iş nömrəsi 8(001)-248/2025) saylı) var. Belə olan halda hesab edirəm ki, təqdimat geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 152.2-ci maddəsində göstərilir ki, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264-cü maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-4902/2024 saylı, xx.xx.2024cü il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu məxsus əmlakın üzərinə həbs qoyulmasına dair Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin icra məmuru Ələddin Hüseynovun təqdimatı və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar